Loading...
Azərbaycanda “Brat Li” filmi

Azərbaycanda “Brat Li” filmi

Loading...

Azərbaycanda

 
Azərbaycanlı ssenarist - rejissor Nicat Rzazadə komediya janrında "Brat Li" adlı kino çəkir. 

Filmdə baş rolda döyüş sənətləri üzrə dünyanın məşhur döyüş ustası və aktyoru Brüs Linin yalnız xarici görkəmcə deyil, həmçinin hərəkətləri ilə qüsursuz bənzəri olan 21 yaşlı Əfqanıstan vətəndaşı Abbas Əlizadə çəkilir. 

Ekran işində eyni zamanda populyar aktyor Elməddin Cəfərov da baş rolda çəkiləcək. Layihənin mətbuat katibi Fuad Mədətov hazırda digər aktyorların seçim turlarına start verilib. Şərti adı "Elli”, hazırda isə dəqiq adı "Brat Li” olan komediya janrında çəkiləcək bədii filminin aktyor və aktrisa seçimləri (kastinq) Bakıda Bakı Slavyan Universitetinin əsas korpusunda keçiriləcək.

Seçimlərdə 18 yaşdan 55 yaşadək hər bir şəxs iştirak edə bilər. Kastinq 26 aprel saat 10:00-dan 17:00-dək davam edəcək.

Filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru, ssenari müəllifi Nicat Rzazadə və rejissoru Ruslan İsmayılovdur.

Filmin bütün texnikası və texniki heyəti xarici ölkələrin birinə həvalə olunub. Komediya janrında olan filmin çəkilişləri Bakıda, İsmayıllıda və Şəkidə aparılacaq. Film Azərbaycan, Əfqanıstan, Türkiyə və MDB ölkələrində nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, qeydiyyatdan keçmək istəyən şəxslər ad-soyad, yaş, boy və çəki, o cümlədən, 3-4 ədəd şəkillərini və özləri haqda qısa məlumatı qeyd olunan mobil telefon nömrəsinə ((+994 55) 934 36 71) "WhatsApp” vasitəsilə göndərməklə kifayətlənə bilərlər
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

faiq123

8 İyul 2015 19:17

elmeddin varsa gulmeli olar
--------------------
Facebook profil
Twitter
Tpo.com

elena

13 Aprel 2015 16:03

Xebere gore tesekurler

Ero

13 Aprel 2015 14:25

Elməddin varsa, sözsüz ki əla film olacaq

Ahu 05

13 Aprel 2015 14:23

xeber gore tesekkurler.