Loading...
Ağızla eşidə biləcəyik

Ağızla eşidə biləcəyik

Loading...

Ağızla eşidə biləcəyik

 

Eşitmə qüsurlular artıq ağızları ilə eşidə biləcəklər.

 ABŞ-ın Kolorado əyalətində bir araşdırma aparan alimlər əlil insanların eşidə bilməsi üçün unikal bir cihaz hazırlayıblar. Sözügedən cihaz elektrik axınlarına çevrilmiş olan səs dalğalarını beynə çatdıracaq. 

Bu qurğu vasitəsi ilə eşitmə qüsurlu insanlar da eşidə biləcək. Hələ test mərhələsində olan cihaz üzərində təxminən bir ildir ki, araşdırma aparılır. 

Kolorado Əyalət Universitetinin səlahiyyətli şəxslərindən biri olan Con Viliams bu üsulun eşitmə qüsurluları üçün çox ucuz başa gələcəyini söyləyib. O deyir ki, bu cihaz əməliyyat olmadan istifadə edilə bilir və həyati risk də daşımır.

Cihazın ideasını verən Viliams bu fikri qulağında yaranan zingildəmələr əsnasında tapdığını söyləyir. Dilin üzərində minlərlə sinir olduğunu ifadə edən alim eşitmək üçün artıq qulağa ehtiyac qalmadığını bildirib.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

10 Fevral 2015 15:10

xebere gore tesekkurler.....