Loading...
Dərinin qırışmasının qarşısını almağın yolları

Dərinin qırışmasının qarşısını almağın yolları

Loading...

 

Üzdəki qırışları necə azaltmaq olar? Bu sualın cavabını bilmək istəməyən qadın yoxdur. Bu suala cavab verməzdən öncə qırışları yaradan nədir? sualına cavab verək. Qırışlar - dəri üzərində yaranan xətlər və bükülmələrdir. Onlardan bəziləri orqanizmin təbii qocalmasının nəticəsidir, digərləri xarici faktorların təsiri altında əmələ gəlir və buna görə onların qarşısını almaq daha asandır. Günəş şüalanması, siqaret çəkmək, ətraf mühitin çirkli olması, əsəb dəri hüceyrələrinin məhv etməklə dərinin özünü məhv edən azad radikalların yaranmasına səbəb olur. Bəzi sadə qaydalara riayət etsək bu təhlükədən qoruna bilərik:

1. Günəş şüalarının təsirindən qorunun, xüsusilə 10.00-dan 16.00-a kimi. Bu vaxt ərzində ultrabənövşəyi şüalar daha fəal və zərərli olur. Qırışların yaranmasının əsas səbəbi günəşdir. Özünüzü günəşin birbaşa şüalarından müdafiə etmək üçün küçəyə çıxarkən yüngül materialdan olan uzunqol paltar, papaq və eynək geyin. Eynəklər tək Sizin gözlərinizi yox, həm də onlar ətrafındakı dərini şüadan qoruyacaq.

2. Tamtoxumlu məhsullardan, təzə meyvə və tərəvəzlərdən, qozlardan, yağlı balıqdan (ən azı həftədə bir dəfə) daha çox istifadə edin və gün ərzində 8 stəkan su için. Zədələnmiş dərini bərpa edilməsinə və qırışların sayını azaltmaq üçün yeni kollagen şəbəkənin yaranmasına kömək edən antioksidant, Omeqa-3 turşu yağları, proteinlər kimi çıxış edən vitamin və mineralların miqdarı belə rasionda kifayət qədərdir. Bundan başqa, su qidalandırıcı maddələrin bütün orqanizm üzrə nəqlinə və toksinlərin bədəndən xaric edilməsinə kömək edir, dərini nəmləndirir və onun elastikliyini saxlayır.

 

 Dərinin qırışmasının qarşısını almağın yolları

 

Dərinin gözəlliyi və yaxşı əhval-ruhiyyə üçün hər gün 500 qram (9 porsiya) müxtəlif rəngdə meyvə və tərəvəz yemək lazımdır ki, bədinin vitamin və minerallara qarşı tələbi ödənilsin. Bədəni Omeqa-3 tərkibli yağlı turşular və faydalı proteinlər ilə təmin etmək üçün həftədə 3-4 dəfə menyunuza balığı daxil edin. Lakin, bir çoxlarımızın sürdüyü bu dinamik və fəal həyat tərzində biz adətən gün ərzində yalnız 3 porsiya meyvə-tərəvəz və həftədə 1 porsiya yağlı balıq istehlak edirik. Məhz buna görə, bədənimizin gündəlik tələbatını ödəmək üçün Orifleym şirkətindən Velnes Pek kimi qida əlavələrini istifadə etmək mühümdür. Velnes Pek yaxşı əhval-ruhiyyə üçün lazım olan vitamin və mineralları bədənə verir. Omeqa-3 turşu yağları dərini nəm və təzə saxlayır, ürək-damar sisteminin və baş beyinin işini yaxşılaşdırır. Orifleym şirkətinin Velnes Pek məhsulunun tərkibinə Astaksantin daxildir - bu, azad radikalların qarşısını alan, qırışları azaldan, dərinin nəmlənmə və elastiklik dərəcəsini artıran güclü antioksidantdır.

3. Tez qocalmaya, orqanizmin oksidləşməsinə və sağlamlığın pisləşməsinə səbəb olan qidadan imtina edin, xüsusilə də marqarin, çips, sənaye istehsalı olan şirniyyat və s. kimi hidrogenerezasiya olunmuş məhsullarda olan trans-yağlardan.

4. Siqareti tərgidin: siqaret çəkmək kollaqen və elastini məhv etməklə qırışların dərin olmasına və yerində bərkiməsinə səbəb olur. Siqaret çəkmək həm də dəriyə qanın axınını azaldır, dəri oksigen və qida maddələrinin qıtlığından əziyyət çəkir, solğun, bürüşük və halsız olur.

 

Dərinin qırışmasının qarşısını almağın yolları

 

5. Spirtli içkilərin istehlakını məhdudlaşdırın. Orqanizmi zəhərlənmə və yüksək kaloriylilik ilə təmin etməkdən başqa, spirtli içkilər həm də bədəni susuzlaşdırır və dəriyə qeyri-sağlam görünüş bəxş edir. O, solğun olur, məsamələr və qırışlar genişlənir.

6. Aktiv həyat tərzi sahibi olun. Gün ərzində 20-30 dəqiqə fiziki məşqlər qan dövranını yaxşılaşdırır və bu, oksigen və qida maddələrinin dəri kapilyarlarına fəal keçməsinə kömək edir.

7. Gündüz kremləri və gecə kremləri. Üz dərisinin təmizlənməsindən sonra nəmləndirici kremin istifadəsi qırışları azaldır.

 

Dərinin qırışmasının qarşısını almağın yolları

 

8. Əsəbləşməyin. Əsəbləşərkən kortizol kimi hormon bədənə ifraz olunur. Kortizolun bədəndə artıq miqdarı insanın immunitetinə məhvedici təsir göstərir, əzələ kütləsi zəifləyir və dərinin nazikləşməsinə səbəb olur, bu da qırışları yaradır.

Əsəbləşməni "idarə etmək" üçün yaxşı vasitə "ekoterapiya" və ya "yaşıl terapiya" ola bilər. Həyatınızda stressin əlamətlərini hiss edərsinizsə, gəzintiyə çıxın, bostanda iş görün və ya təbiətdə hər hansı digər fəaliyyət növü ilə məşğul olun. Təmiz hava bir çox şeylərə yeni tərəfdən yanaşmağa və fikirlərinizi cəmləməyə kömək edəcək.

9. Yuxunuzu alın. Əmin olun ki, kifayət qədər dincəlirsiniz. Bu, dərinizin yenilənməsi üçün lazımdır. Qırışların yaranmasını dayandırmaq üçün beliniz üstündə yatın.

 

Dərinin qırışmasının qarşısını almağın yolları

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

9 Fevral 2015 15:16

tesekkurler...