Loading...
Kişi öz yasında ağladı

Kişi öz yasında ağladı

Loading...
Kişi öz yasında ağladı
 
Çində yaşayan 45 yaşlı kişi gün ərzində 2 qutu siqaret çəkdiyi üçün ürək çatışmazlığından vəfat edib. Hər halda, həkimlərin sözlərinə görə o vəfat edib. Lakin həkimlər də səhvə yol verə bilir.
 
Kişinin yasında dostları və yaxınları mərhumun ayılaraq ağladığına şahid olublar.
 
Hadisə isə belə olub. Qo Lyu adlı çinli kişi yoldaşlarının əhatəsində olarkən yerə düşən siqareti qaldırmaq üçün əyilib və huşunu itirib. Onun dostu deyib: "Biz əylənirdik, içirdik. Lyu da siqaret çəkirdi. Qəfildən o, əlindən düşən siqareti qaldırmaq üçün əyildi və özü də asfalta yıxıldı. Biz elə bildik ki, o zarafat edir. Lakin onun vəziyyətinin həqiqətən pis olduğunu gördükdən sonra təcili tibbi yardım çağırdıq”.
 
Xəstəxanada isə Qo Lyuya "güclü beyin qanaxması” diaqnozu qoyuldu. Həkimlər kişinin yaşama ehtimalının 5 faiz olduğunu dedi. Siqaret həvəskarı Lyu xəstəxanada 3 ay qaldıqdan sonra həkimlər onun həyat yoldaşına kişinin öldüyünü deyib. Sonradan isə həkimlərin səhvə yol verməsi məlum olub.
 
Lyu öz yas mərasimində qəfildən xırıldayaraq ağlamağa başlayıb. Kişini dərhal xəstəxanaya aparıblar. Həkimlər onun qeydinə gecə-gündüz qalsa da, Qo Lyunun normal həyata qayıtma ehtimalı sual altındadır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

4 Fevral 2015 12:52

hmmmmm maraqli olub.