Loading...

Ən cazibədar qoxu tapıldı!
Maraqlı
- 23 Yanvar, 2010
- 4 245 Baxış
Loading...

Qadınların qarşı cinsi cəzb etmək üçün ətir istifadə etməsinə gərək qalmadı.
Kişilərdəki testosteron hormonunun, qadınların yumurtlama dövrünün işarələrinə cavab verdiyi bildirildi.
Science Dailyin internet saytına görə araşdırmada, qadınların hər il qarşı cinsi cəzb etmək üçün ətir və losyonlara boşuna milyardlarla dollar xərclədiyini, qadının təbii qoxusunun kişinin maraqını çəkmək üçün ən yaxşı yol ola biləcəyini göstərdi.
Nəticələri Psychological Science jurnalında nümayiş olunan araşdırma çərçivəsində, Floruda Universitetində vəzifəli elm adamları Paul L. Millər və Jon K. Maner, heyvanlarda bilinən bu xüsusiyyətin insanlar üçün də etibarlı olduğunu ortaya çıxardı.
Edilən iki ayrı araşdırmaya görə, qadınlara menstrüel dövrlərinin müxtəlif mərhələləri boyunca 3 gecə şortlar geydirildi və iştirakçı kişilərə, qadın iştirakçıların geydiyi, bəzi kişilərə də kimsənin geymədiyi şortlar iylədildi.
Araşdırmada, kişilərdən şortlar iyləmədən əvvəl və iylədikdən sonra tüpürcək nümunələri alındı, yumurtlama dövründə qadınların geydiyi şortları iyləyən kişilərdəki testosteron səviyyələrinin, yumurtlama dövründə olmayan ya da kimsənin geymədiyi şortları iyləyən kişilərinkindən daha yüksək çıxdığı təsbit edildi.
Elm adamları ayrıca, kişilərin şortlardəki qoxuları cazibədarlığına görə sıralandırarkən, yumurtlama dövründəki qadınlar tərəfindən geyilənləri ən üst sıraya yerləşdirdiklərini söylədi.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...