Loading...

Doğru zamanda doğru işlə məşğul olun! - TÖVSİYƏ
Maraqlı
- 18 Avqust, 2014
- 1 591 Baxış
Loading...
Günlərinizi daha məhsuldar və daha əyləncəli keçirmək istəyirsizsə, hər şeyin özünün bir vaxtının olduğunu bilməlisiz. Mütəxəssislərə görə, doğru zamanda doğru iş görmək sizi hədəflərinizə daha asanlıqla çatdıracaq.
07:00 – Uşaq sahibi olmaq istəyən cütlüklər bu saatda aktiv olsunlar. Araşdırmalara görə, kişilərin sperma səviyyəsi səhər erkən saatlarda daha çox olur.
08:30 – Vacib bir qərar verin. Günorta və axşam saatları qərar verməmizi çətinləşdirir. Və buna görə vacib qərarlarınızı səhər bu saatlarda verin.
09:30 – Yoxlanış keçirin. Statistkalara görə, əksər insanlar ən sevdiyi internet saytlarını səhər saat 10:00 dan əvvəl gözdən keçirir. Yazılarınızın daha çox oxunması üçün, internet paylaşımlarınızı səhər yeməyindən dərhal sonraya planlaşdırın.
13:00 - İnternetdən gülməli bir video izləyin. İnsanlar 13:00 radələrində günün ən pis ruh halında olurlar. Günorta yeməyindən sonra sizi yaxalayan depressiv halı internetdən izləyəcəyiniz gülməli video sayəsində yox edə bilərsiz.
14:00 - 10 dəqiqə yuxu fasiləsi elan edin. Günorta saat 2-ni göstərəndə bədən istiliyiniz axşam olduğu kimi aşağı düşər və bitkin hiss etməyə başlayarsız. Bunun üçün 10 dəqiqə yuxu kifayətdir.
16:30 - Evdə təmizlik işləri ilə məşğul olun. Təmizlik işi görmək istəyənlər 16:00 - 17:00 aralıqlarında görməlidirlər.
22:00 - Dünyanı xilas edin . Günorta həllini tapa bilmədiyiniz bir problemin həlli haqqında gecə yatmadan əvvəl bir də düşünün. Yorğunluq düşünmə bacarıqlarına təsir edir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...