Loading...
Oruclu olarkən susuzluq çəkməmək üçün 5 məsləhət

Oruclu olarkən susuzluq çəkməmək üçün 5 məsləhət

Loading...

 

Ramazan ayında aclıqdan daha çox susuzluq hissi, kimimiz üçün orucu çətinləşdirən ən əhəmiyyətli faktor olmaqdadır. Yay mövsümündə bədənimizin ən çox ehtiyacı olan suyun yoxluğunu, Ramazan ayında necə daha az hiss edə, oruclu ikən susuzluq çəkməmək və ramazanda daha az susamaq üçün nələr etməliyik?
 
 1. Dərhal suya yüklənməyin
 
Günlərin uzun olması ilə birlikdə bədənimiz ramazan ayında ən çox suyun yoxluğunu hiss etməkdədir. İftar vaxtının gəlməsi ilə birlikdə suya yüklənib bir anda çox-çox su istehlak etmənin, sabahısı gün çəkilən susuzluq problemini minimuma endirəcəyini düşüncəsi səhv bir düşüncə olub, mütəxəssislər iftardan sahura qədər az-az su içərək bədənin ehtiyac duyduğu su miqdarının bölüştürülmesinin bədənimiz üçün daha faydalı olduğunu müdafiə etməkdədirlər. İftar vaxtında bir anda sıx miqdarda alınan su, eynilə bir anda yenilən sıx yemək kimi həzm problemlərinə səbəb olar.

2. Sahurda yüngül yeməklər seçin
 
Sahurda nə qədər çox yemək yeyilsə sabahısı gün o qədər az acılacağı düşüncəsi səhv bir düşüncədir. Sahurda çox-çox yemək istehlak etdiyiniz zaman sabahısı gün hiss su ehtiyacı da o qədər çox olacaq. Buna görə sahur zamanı yüngül qidalar istehlak etməyə, qızartmalardan və duzlu ağır yeməklərdən uzaq dayanmağa diqqət göstərməlisiniz.
 

 

3. Qəhvə və çayı kəsin

Qəhvə və çay istehlakının çox olması da əlavə bir susuzluğa səbəb olmaqdadır. Çay və qəhvəni çox sevənlər və çox içənlər anlıq olaraq susuzluqlarının keçdiklərini düşünsələr də, qəbul edilən bu mayelər eyni hətta daha çox miqdarda mayenin bədəndən atılmasına, bu da bədənimizin təkrar susuz qalmasına səbəb olacaq.

4. Yüngül paltarlar və sərin mühitlər seçin

Oruclu qalınan müddət ərzində bədənimizin su israfçılığına səbəb olacaq və susuz hiss etməmizi təmin edəcək fiziki fəaliyyətlərdən uzaq dayanmalıyıq. Yüngül paltarlar geyinib, sərin mühitlərdə olmaqda susuzluğu azaltmağa da köməkçi olacaq.
 

 

5. Meyvə istehlak edin
 
 Bədənimiz su ehtiyacını yalnız su ilə əvəz edə bilmir. Meyvələrdən və tərəvəzlərdən də müəyyən miqdarlarda su qəbul edirik. Buna görə iftar və sahurda istehlak etdiyiniz yeməklərin su ehtiyacınızı qarşılamağa köməkçi olacaq qidalar və sulu yemək olmasına diqqət yetirməlisiniz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Jenny J

1 İyul 2014 17:23

4.cü ilimdi tuturam uje bu məsləhətləri çoxdan bilirəm))
--------------------
Wow man, this is weird on acid..



Dark PrincesSa

1 İyul 2014 17:08

Oruc tutmuram (

ARR

1 İyul 2014 13:56

Bu il oruc tuta bilmədim gələn il inşallah tutaram

Aslanova Deniz

30 İyun 2014 23:34

Cox saq olun meslehitinize gore..

Night Wolf

30 İyun 2014 23:29

qiyçmətli məsləhətdi təşəkkürlər
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

gulumse

30 İyun 2014 22:51

INSALLAH MEKTEBE QEBUL OLUM BOYUN ALMISHAM BIR HEFTE ORUC TUTACAM

Ahu 05

30 İyun 2014 22:34

Allah orucunuzu qebul etsin AMIN!

IBRAHIMOVA LEMAN

30 İyun 2014 22:17

tesekkurler mutleq ederem