Loading...
Azərbaycanda siqaret çəkənlərin yaş həddi dəyişir

Azərbaycanda siqaret çəkənlərin yaş həddi dəyişir

Loading...
 

Azərbaycanda siqaret çəkənlərin yaş həddi dəyişir

 

"Siqaret çəkənlər arasında 13 yaşlı uşaqları belə görmək olar”.

Azərbaycanda siqaret çəkənlərin sayı artır.

Bu barədə Davamlı İnkişafın Tədqiqatı Mərkəzinin sədri Nəriman Ağayev bildirib.

"Azərbaycanda siqaret çəkənlərin sayının nə qədər artdığını söyləmək çətindir. Bunu ölkədə siqaret satışı üzrə statistikanı araşdıraraq söyləmək olar. Amma ümumi müşahidə sayın artdığına dəlalət edir. Ən çox da narahatlıq yaradan siqaret çəkənlərin yaş həddinin getdikcə aşağı düşməsidir. Keçən əsrdə məktəblilər arasında belə bir sindrom var idi, onlar siqaret çəkməklə özlərini böyüklərə oxşatmaq istəyirdilər. Təəssüf ki, indi də bu tendensiya mövcuddur. Siqaret çəkənlər arasında 13 yaşlı uşaqlar da var. Baxmayaraq ki, ölkədə məktəb yaşlı uşaqlara siqaret satmağı qadağan edən qanun var, amma bu qanuna məhəl verilmir. Uşaqlar mağazalardan çox rahat şəkildə siqaret alıb çəkirlər. Bundan başqa, Azərbaycanda getdikcə daha çox qadın siqaret çəkməyə başlayıb”, - N.Ağayev qeyd edib.

Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da təsdiqləyib.

O, "Exo” qəzetinə bildirib ki, Azərbaycanda siqaret istehlakının səviyyəsi artıb. 

"Azərbaycanda siqaret istehlakının artması ilə yanaşı siqaret çəkən qadınların da sayı artıb. Əgər keçmişdə siqaret çəkənlərin əksər hissəsi kişilər idisə, son illərdə siqaret çəkən qadınların sayı gözəçarpacaq dərəcədə artıb”, - V.Bayramov deyib.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

resad12

17 Sentyabr 2014 21:09

siqeret-ziyandi-qardasiva-de-cekmesin mac

LlLesiARe

22 İyun 2014 22:12

Siqareti ceken en az yanindakina da bir o qeder ziyan vurmuw olur..

Dark PrincesSa

22 İyun 2014 11:39

mənim qardaşm çəkməyə başlayb

NICKY

21 İyun 2014 19:40

Eslinde siqaret iysinnen xowum gelir ama etrafimda cekenlere elbetde cekme deyirem .cox ziyandi siqaret
--------------------
♡♡♡

Gunay

21 İyun 2014 16:53

ne siqaret fuuuuuuuuuu nea

xowlairam siqareti iyi cox piss

Ahu 05

21 İyun 2014 16:32

ec xosum gelmirdee bu siqaretin iyinden

emiwka

21 İyun 2014 16:29

siqarete nifret edirem gelecekde bawima hicab ortecem ona gore de niwanlimda namaz qilacaq siqaret cekmeyecek......
--------------------
Getdim Sagolun

Night Wolf

21 İyun 2014 15:52

Siqaret çəkməmişəm fikrində də deyiləm
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!