Fon yüklənir...
Загрузка...

Zəhərlənmə

Загрузка...

 

Təhlükəli Ərzaqlar

İlin isti vaxtlarında hansı ərzzaqlar daha təhlükəli ola bilər?Ət, kremli qənnadı məlumatları, küçə alverçilərindən alınan kəsmik yaxud xama... İlıq bişirilmiş yumurta və ya yaxşı bişirilməmiş qayqanaq, paştetlər, kolbasalar, qiymələr, xarab olmuş meyvə və tərəvəzlər də xoşagəlməz nəticələr törədə bilər.

Diqqətli Olun

Qidadan zəhərlənmənin simptonları, bir qayda olaraq, bunlardır: ürək bulanması, ağızda xoşagəlməz tam yaxud hərarətin qalxması. Yüngülcə zəhərlənəndə heç bir dərmandan istifadə etmək lazımd deyil. Əgər ürək bulanıra, mədə yuyulmalıdır. 1,5-2 stəkan qaynanmış isti su içib, qaşıqla yaxud iki barmaqla dilin kökündən basaraq süni öyümə törətmək lazımdır. Nəticədə orqanizmdəki zəhərli maddələr xaric olacaq.

Çoxlu maye için

Ayaqişləmə və öyümə ilə müşayiət olunan kəskin qida zəhərlənməsi baş verəndə çoxlu maye içmək gərəkdir. Məsələn acı tünd çay və yaxud, sadəcə qaynanmış su. Bu məqamda dazıotundan və ya palıd qabığından hazırlanmış məhlul faydalıdır. 1 xörək qaşığı miqdarında xammalı 1 stəkan qaynar suya qatıb 15 dəqiqə su buxarında dəmdə saxlayın və süzgəclə süzərək gündə 3-4 dəfə için.

Yeməyi dayandırın

Qida zəhərlənməsi olanda yeməkdən heç olmasa 24-36 saat imtina etməlisiniz. Məcburi aclıqdan sonra 3-4 saatdan bir az-az yeyin. Ən yaxşısı suda bişirilmiş düyü, yaxud yulaf sıyığıdır. Növbəti gün isə südlü sıyıq, pörtlədilmiş ət, kartof və ya yerkökü püresi ilə balıq, un yaxud sedlə bişirilmiş qayqanaq, quru meyvə kompotu, kişmiş qəbul etmək olar. Çiy meyvə və tərəvəzlərdən onların şirələrindən isə bir neçə gün imtina etməlisiniz.
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

21 İyun 2014 10:19

xebere gore tesekkurler

Gunay

21 İyun 2014 10:10

1 defe zeherlenmiwem pomidor turwsunnan

emiwka

21 İyun 2014 09:02

Sitat: Night Wolf
heç zəhərləndiyim olmuyub

WUKUR
--------------------
Getdim Sagolun

Night Wolf

21 İyun 2014 00:54

heç zəhərləndiyim olmuyub
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Dark PrincesSa

20 İyun 2014 22:17

usaqlqda o qeder zeherlenmisem )
loading...
Загрузка...