Loading...
Cavabsız Suallar

Cavabsız Suallar

Loading...
 

Bir zamanlar yaşayan bir kralın ağlına belə bir düşüncə gəlir: Əgər bir işə nə vaxt başlayacağımı, kimə qulaq asacağımı və etməyim vacib olan şeyin nə olduğunu bilsəydim o zaman bütün işlərim yolunda gedərdi..
Və bu suallara cavab tapanı mükafatlandıracağını bildirir. Bunu eşidən ölkənin bütün alimləri səfərbər olurlar və düzgün cavabı tapmaq və mükafatı qazanmaq üçün mübarizəyə başlayırlar. Hər kəs bir iddia irəli sürür. Hərə özünə görə doğru bildiyi cavabları deyir. Ancaq heç bir cavab kralı qane etmir.
Həmən zamanlarda heç kimlə işi olmayan, özünü insanlardan təcrid etmiş,şəhərdən biraz aralıda çox ağıllı bir qoca yaşayırdı. O heç yerə getmir sadəcə öz daxmasında sadə xalqdan insanları qəbul edir, onlara məsləhətlər verirdi.
Onun heç hara getmədiyini bilən Kral sadə geyim geyinərək onun yanına yol alır. Qocanın evinə yaxınlaşanda mühafizlərinə tapşırır ki,bundan sonra mən yola tək davam edəcəm.
Və qocanın evinə gedir. Evə çatanda görür qoca həyətində torpağı belləyir. Yaxınlaşır və başlayır suallarını verməyə.
  

 
Deyir mənim cavabını aylardır tapmadığım suallarım var. Gəlmişəm bəlkə siz mənə kömək edə bilərsiniz.
Deyir:Əgər bir işə nə vaxt başlayacağımı, kimə qulaq asacağımı və etməyim vacib olan şeyin nə olduğunu necə bilə bilərəm?
Qoca susur və torpağı belləməyə davam edir.
Qoca o qədər gücsüz idi ki buna gücü də çatmırdı. Kralın ona yazığı gəlir və deyir:İcazə verin sizə yardım edim və bu arada da siz biraz dincələrsiniz.
Qoca razılaşır. Ancaq hələdə susmaqda davam edir.
Kral bir də suallarını verir,ancaq qoca susmaqda israrlıdır.
Kral deyir,mən sizdən suallarıma cavab almaq üçün gəlmişəm siz isə heç nə demirsiniz.
Getmək istəyir,ancaq qocaya yazığı gəldiyi üçün torpağı belləyib elə gedərəm deyə düşünür. Beləliklə bir neçə saat keçir. Hava qaralmaq üzərəykən birdən ağacların arasından kiminsə gəldiyini gördülər.
Gələn yaralı idi. Qocanın evinə çatmamış yıxılır. Kral tez kömək edir yaralını qocanın evinə gətirir və yarasını sağaltmağğa başlayır. Özü də çox yorgun olduğu üçün qocanın evində yuxuya gedir.
Səhər gözlərini açanda qarşısında yaralını görür. Deyir siz kimsiniz?
Yaralı deyir:Siz məni tanımırsınız ama mən sizi çox gözəl tanıyıram. Mən əslində bura sizdən intiqam almağa gəlmişdim. Siz mənim qardaşımın bütün malını əlindən aldınız,özünün isə başını kəsdirmişdinız. Mən də sizdən intiqam almaq üçün zaman axtarırdım. Sizin bura tək gəldiyinizi gördüm və sizi öldürmək üçün ağacların arasından çıxdığımda mühafizləriniz məni yaraladılar. Siz isə məni xilas etdiniz. Bindan sonra bir ömür boyu sizə borcluyam. Övladlarıma da deyəcəm,nə kömək lazım olsa biz hər zaman hazırıq.
Kral buna çox sevinir və ona qardaşından aldığı bütün malı geri qaytaracağına söz verir.
Kral çölə çıxdığında qoca bellənmiş yerlərə toxum səpirdi.
Kral dedi:Siz mənə bir cavab vermədiniz?
Qoca isə-siz artıq bütün suallara cavab tapdınız deyir. Bunu görə bilmirsinizmi?
Kral təəccüblənir:Necə? Siz nə demək istəyirsiniz?

Siz necə düşünürsünüz? Kralın suallarının cavabı nə idi?
Suallar belədir:
Ən önəmli vaxt hansıdır?
Ən önəmli insan kimdir?
Ən önəmli iş nədir?
Hekayəyə əsasən siz suallara cavab tapa biləcəksiniz.
Ən birinci düzgün  cavab yazan istifadəçilər mükafatlanacaq.

Cavablar acıqlandı!!!

Qoca deyir:
Bax Əgər siz dünən mənə yazığınız gəlib bu torpağı belləməsəydiniz gedəcəkdiniz və bu adamın hücumuna məruz qalacaqdınız. Və burda qalmadığınız üçün peşman olacaqdınız.
Yəni ən önəmli vaxt torpağı bellədiyiniz vaxt idi. Daha sonra Bu adam qaçaraq yanımıza gəldiyində sizin ona kömək etdiyiniz vaxt ən önəmli vaxt idi. Çünki əgər onun yaralarına kömək olmasaydınız o by dünyadan sizinlə barışmadan öləcəkdi. Beləliklə ən önəmli insan o idi və ən önəmli işdə ona etdiyiniz yardım idi

Bundan sonra bu həqiqəti unutmayın.
1.Tək önəmli vaxt vardır o da içində olduğumuz vaxtdır. O an ən önəmli vaxtdır çünki sadəcə o anda əlimizdən nəsə gələ bilər.
2.Ən önəmli insan kimlə birlikdəsinizsə odur. Çünki heç kim bir başqasıyla bir daha görüşüb görüşməyəcəyini bilə bilməz.
3.Və ən önəmli iş yaxşılıq etməkdir. Çünki insanların bu dünyaya göndərilməsinin tək səbəbi budur.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Mematinin_Gulu

27 Yanvar 2010 20:01

Thanks yerivar

mehdi207

19 Yanvar 2010 23:36

Cox Sagolun

Aze_girl

18 Yanvar 2010 21:11

Sitat: Londra
Əslində iki suala ən düz cavabı Aze verib,üçüncü suala hərə bir tərəfdən yanaşsa da hələ dəqiq düz cavab verən yoxdur

Sevindim demek ki,qoca kimi fikirleshmek uchun qoca olmaq lazim deyil laughing
Men yazanda ki,en önemli ish yaralini sagaltmaq idi bunu yaxhsiliq etmek menasinda yazmishdim.Sagaldirsa demek ki,yaxhsiliq edir))
Sitat: Lalitta
bu suallara ən düzgün cavabı Aze_girl verdiyi üçün hədiyyəni də o qazanmış olur. Təbrik edirəm.

Chox sagol ancaq mene hediyye gelmeyib axi mocking

J_LADY

18 Yanvar 2010 20:57

Vauu,çox gözəl,həqiqətən belədir,yaşadığımız anın qiymətini bilmirik...
--------------------
* Try Not To Become a Man of Success,but a Man of Value!

* Əsl kişi xanıma kişiliyini xatırladan yox,xanıma xanımlığını unutdurmayandır!(i.c)

*Sevgi olan yerdə Qürur-Günəş olan yerdə Ay kimidir...(i.c)

Mənliyim Məndən Üstündür!!! (i.c)

GaGuLiK

18 Yanvar 2010 17:11

HELE BULAR QURTARMIYIBLAR ))

Lineage

18 Yanvar 2010 15:41

Lalitta,

Konkret düzgün cavabı yazın!

Aze_girl

17 Yanvar 2010 22:45

Sitat: Lalitta
Bu hekayəyə görə isə məhz 100 də 100 qocanın dediklərini tapmaq lazımdır.

O zaman cavablari gözleyek menede maraqlidir qoca ile menim fikirlerim ne uchun ust-uste dushmur laughing

Ronnie_7

17 Yanvar 2010 22:39

Çox gözəl mövzudu)Çox sağol)Amma bir şey deyə bilməyəcəm)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Aze_girl

17 Yanvar 2010 22:26

Sitat: Lalitta
Hələ tam düzgün cavab verən yoxdur

Qoca kimi eynilikle dushunmek bu suallarin 100% lik cavabidir demek deyil.Chunki o qocanin mentiqidir bu ise diger insanlarin.Bezen ele suallar olur ki, o suallarin konkret cavabi olmur.Bax buda ele suallardir.Shexsen öz adima deyim ki, qocanin cavabi ne olursa olsun menim fikrim deyishmeyecek)Mene göre en önemli an hal hazirda oldugun vaxtidir.Kechmish kechmish zaman uchun önemli olur,gelecek uchun planlari evvelceden teyin ede bilmezsen.Demek ki, en önemli an en önemli ish indiki zamanda etdiklerin, en önemli insan ise indi ki, zamanda seninle birlikde olan insan olur.

nepasluwnaya

17 Yanvar 2010 22:08

Ən önəmli vaxt hansıdır?
Sade 3 sualcun her weyini,kralligini bele atib kendlinin huzuruna geldiyi vaxt(alacagi cavablarin onemi esasdi)
Ən önəmli insan kimdir?
sene bir omur minnetdar olacaq insan
Ən önəmli iş nədir?
rahatliq tapdigin iw))yeni canla bawla gorduyun iw))
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Lineage

17 Yanvar 2010 22:04

Bu sualların cavabları məni çox maraqlandırır) scratch_

frigh4

17 Yanvar 2010 21:16

deyesen maraglidi werhlerden bele bawa duwurem ancaq oxumaga vaxtim yoxdu telesirem evden cixmaliyam : ) yes

XeTaI

17 Yanvar 2010 20:17

Mən indi gördüm, oxuyum əvvəl

LARACROFT

17 Yanvar 2010 20:00

Lalitta çox sağ ol oxudum ama hele cvb tapa bilmirem.Birde oxuyacam.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Lineage

17 Yanvar 2010 19:33

Ən birinci düzgün cavab yazan istifadəçilər mükafatlanacaq.


Nə vaxt açıqlanacaq düzgün cavab yazanlar?

TARKANKA_210

17 Yanvar 2010 18:27

Aha oxudum.Əvvəlcə kral mənə yaxşı adam kimi görünsə də sonradan onu öldürməy istiyən adam deyəndə ki siz mənim qardaşımın malını mülkünü almısız bir az təəcübləndim çünki həmin kral özü gəlir qocanın ayağına daha sonra ona yazığı gəlir yeri belliyir daha sonra isə yaralıya köməy eliyir heç kralllığın əsər əlaməti qalmıre özündə winked Amma ki bir şeyi deyə bilərəm ki məncə burda önəmli insan qoca deyil çünki heç qoca ağzını açıb heç nə demir.
Önəmli insan
kralın özüdü
Önəmli vaxt
kralın torpağı bellədiyi vaxtdı
Önəmli iş
isə krala köməy etməsi
Mən belə düşünürəm maraqlı idi təşəkkürlər Lallita smile

Ronnie_7

17 Yanvar 2010 18:12

Ən önəmli insan kimdir?
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

TARKANKA_210

17 Yanvar 2010 17:41

Sonr baxacam smile təşəkkürlər

GaGuLiK

17 Yanvar 2010 16:23

dityirem uwaglar da hovsele var eee

Aze_girl

17 Yanvar 2010 14:46

Chox maraqli xeberdir.Sona kimi oxudum.Mene ele gelir ki, cavablar bele idi.
Ən önəmli vaxt hansıdır?
En önemli vaxt kralin qocaya kömek etmesi idi.Eger kral qoca kishiye kömek etmeseydi ve hava qaralmasaydi belke onu öldurmek uchun gelen adam onu öldure bilerdi.Beleliklede onun uchun en vacib vaxt kishiye yazigi gelib kömek etme ani olur.Insan uchun en vacib an onun hal-hazirda oldugu meqam olur.
Ən önəmli insan kimdir?
Men bu suala iki terefden yanashardim.Yarali rastlamamishdan evvel kral uchun en vacib insan qoca kishi idi.Chunki o kishiye kömek etmek isteyirdi.Suallarina cavab tapmaq isteyirdi.Hemin an uchun esas insan qoca kishi idi.Sonra ise yarali insan gelir.Yaraliya kral kömek etmeye bashlayir.Burda sadece vacib olan insan tek qoca ola bilmezdi.Veziyyet deyishir beleliklede en vacib insan artiq yarali insan olur.Chunki onu sagaltmaga bashlayir.Artiq onun uchun vacib insan yarali olur.
Ən önəmli iş nədir?
Bu zaman uchun en vacib ishide yaralini sagaltmaq olur.Beleliklede yaralinin ona qarshi hirsi soyuyur ve barishirlar.

Mentiqle fikrileshende sadece bir cavab insanin aglina gelir.Sen kechmishle gelecek haqqinda planlar qurub o anlarin o ishlerin vacib oldugunu deye bilmezsen.Sen hansi zamanda yashayirsansa,ne ish görursense,kimlese bir yerdesense bax en vacib olanlar onlardir.Yeni konkret olaraq desen yashadigin zamandir esas olan.Suallarin cavabi mene maraqlidir.Ancaq men olsaydim qocanin yerien bele deyerdim göresen qoca nece fikirleshir?

Lineage

17 Yanvar 2010 12:37

Ən önəmli vaxt hansıdır?
Yeri bellədiyiniz vaxt

Ən önəmli insan kimdir?
Ən önəmli insan mənəm

Ən önəmli iş nədir?
Ən önəmli iş mənə kömək etməyin idi

Nahid-19

17 Yanvar 2010 11:58

teshekkurleer xebere gore bir cox suallara cavab tapdiim....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

_E_D_I_K_

17 Yanvar 2010 11:51

Tesekkurler xebere gore

Rammstein-

17 Yanvar 2010 11:27

Ən önəmli vaxt hansıdır?
bir iwe qerar verme ani
Ən önəmli insan kimdir?
Sene sualin cavabin deyen yox onu ozunde axtarib tapmaqa yonlendiren,
Ən önəmli iş nədir?
Sebr etmek ve baqiwlamaq....
Ola biler cavablarim duz olmasin ama ozume 4ox mentiqli gelir....

_axmedov_

17 Yanvar 2010 11:18

[b] sual Siz necə düşünürsünüz? Kralın suallarının cavabı nə idi?
cSuallar belədir:

cavab Ən önəmli insan kimdir?[/b]
--------------------
26 10 1992