Loading...
İştahanı açmağın yolları

İştahanı açmağın yolları

Loading...
İştahanı açmağın yolları

İştahanın açılması orqanizmin gücünün bərpasının vacib şərtlərindən biridir.
Xalq təbabətində işatahnı açmaq üçün bir sıra üsullardan geniş istifadə olunur.

1. Bataqlıq gəcəvəri - Acorus calamus L.

Bu bitkinin qurudulmuş və xırdalanmış kökümsovunundan 1 çay qaşığı götürüb, qapaqla bağlanan emallı qabda yetişdirilib, üzərinə 2-3 stəakn qaynar su əlavə edirlər, 15 dəqiqə müddətində qaynadırlar, otaq temperaturuna düşənə qədər saxlayıb süzürlər.
Alınan dəmləməyə şəkər tozu və yabaləlavə edib bir qədər şirinləşdirir və gündə 3 dəfə yeməkdən əvvəl, hər dəfə 2 stəkan qəbul edirlər.
Mədə-bağırsaq xəstəliklərində iştahagətirici vasitə kimi istifadə edilir.

2. Mavi göyçiçək - Centaurea cyanus L.

1 xörək qaşığı qurudulmuş və xırdalanmış çiçəklərini 2 stəkan qaynar su ilə dəmləyirlər. Alınan dəmləməni 3 dəfəyə yeməkdən 30 dəqiqə əvvəl qəbul edirlər.
Bolqar xalq təbabətində bu bitki mədəni tonuslandıran və iştaha gətirən vasitə kimi istifadə olunur.

3. Dərman bədrənci - nMelissa officinalis L.

Qurudulmuş və xırdalanmış otundan 8 çay qaşığı götürüb, üzərinə 2 stəkan qaynar su tökürlər və 4 saat müddətində dəmləyib süzürlər.
Alınan dəmləmədən gündə 4 dəfə, hər dəfə ½ stəkan yeməkdən əvvəl qəbul edirlər
 
İştahanı açmağın yolları

4. Dərman acıqovuğu (dərman zəncirotu) - Taraxacum officinale Wigg.

2 çay qaşığı qurudulmuş və xırdalanmış kökün üzərinə 1 stəkan soyuq su əlavə edirlər və 8 saat müddətində dəmləyirlər, sonra süzürlər və ¼ stəkandan gündə 4 dəfə yeməkdən əvvəl qəbul edirlər.
Bu dəmləmə iştahanı və həzm prosesini nizamlayıcı vasitə kimi istifadə olunur.

5. Acı yovşan - Artemisia absintihum L.

1 çay qaşığı qurudulmuş və xırdalanmış otunun üzərinə 1 stəkan qaynar su əlavə edirlər və 30 dəqiqə müddətində dəmləyib süzürlər.
Gündə 3 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edirlər.
 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

9 May 2014 13:38

Sitat: Qismet directioner
al benden de o kadar

neçə kq san ki?
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Qismet directioner

9 May 2014 13:14

Sitat: Night Wolf
mən isə kökəlmək istiyrəm amma o qədər də iştahasız deeyil sadəcə çox hərəkətliyəm ona görə də çox da kökəlmirəm

al benden de o kadar winked fellow

Dark PrincesSa

9 May 2014 12:21

İndi biz bunları hardan tapaqki ))

Night Wolf

9 May 2014 12:18

mən isə kökəlmək istiyrəm amma o qədər də iştahasız deeyil sadəcə çox hərəkətliyəm ona görə də çox da kökəlmirəm
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

miss__lady

9 May 2014 11:02

men ariqlamaq isteyirem ona gore istemirem