Loading...
Yemək mədəniyyəti

Yemək mədəniyyəti

Loading...
Yemək mədəniyyəti

Süfrə arxasında əyləşərkən diqqətin yeməkdə olması ağızda qoyulmuş qidanın yaxşı çeynənilməsi çox vacibdir. Bəzən televizora baxa-baxa, bəziləri kompüterdə işləyərək, bəziləri qəzet və ya jurnal oxuya-oxuya yemək yeyirlər, bu da son nəticədə həzm prosesinin düzgün getməməsinə səbəb olur. Yeyərkən qətiyyən tələsməmək və tələsik olaraq qidanı normal şəkildə çeynənilməmiş udmaq düzgün deyil.

Yemək mədəniyyəti

Hamı, əsasən də yaşı 35-i ötənlər pəhriz anlayışına və onun incəliklərinə fikir verməlidir. Əlbəttə, yeməklərin və qida məhsullarının müxtəlif olması hər bir orqanizm üçün lazımlıdır. Lakin əgər hər səhər adi səhər yeməyini menyudan çıxararaq bir müdət herkules sıyığı yeyilərsə, maddələr mübadiləsi mütləq orqanizm sahibini mükafatlandırılacaq. Bunula yanaşı 1 stəkan portğal, yerkökü və ya təbii meyvə yoqortu da qəbul edilməsi ikiqat faydalıdır.

Yemək mədəniyyəti

Sağlamlıq üçün ən böyük problemlərdən biri də qida rejiminin düzgün qurulmaması, yəni vaxtlı-vaxtında yeməkdir. Axşam yeməyini vaxtında düzgün yeyilməməsi sağlamlıq üçün daha təhlükəli nəticələr verir. Axşam yeməyi 19.00-da yeyilməlidir. Lakin təəssüf ki, Azərbaycan ailərinin əxsəriyyət axşam saat 21, 22 və hətta bundan gec saatlarda şam süfrəsiə əyləşirlər. Bundan başqa bəzən belə bir fikir formalışıb ki "axşam işdən yorğun gəlirsən gərək də yaxşı yeyəsən” və çoxları bunu öz həyat tərzinə çevirir. İşdən yorğun gələn hər kəs axşam yeməyindən sonra divana əyləşib televizora baxır və bu proses ən çoxu 10-15 dəqiqə davam edir, çox keçmir ki, divanda yatır. Deməli, qida qəbulundan sonra heç bir fəaliyyət , yəni hərəkətlilik baş verir və qəbul olunmuş yüksək kalorili qida mədədə toplanmış qalır.
 
Həmin proses gündəlik olaraq, bir çox ailələrdə baş verir, yəni hər gün axşam yeməyindən sonra mədə, mədəaltı vəz və qaraciyər bir növ ağırlıq altında qalıb boğularaq fəaliyyət göstərməyə məcbur qalır və nəticədə əksər hallarda həmin orqanlarda müxtəlif cür xəstəliklər əmələ gəlir. Hətta bəzən qəribə düşüncə formalaşmış olur məsələn onların qaraciyər və yaxud mədəaltı vəzlərində hansı problem və ya xəstəlik baş verdikdə çox təəccüblənərək "mən yeməyimə fikir verən adam olmuşam, yaxşı yeyib içmişəm, özümə yaxşı baxmışam, durduğum yerdə xəstəlik hardan məni tapdı ”deyə gileylənirik. Həm problemlərin çox və rejimsiz yeməkdən əmələ gəldiyini izah edərkən bəziləri bununla razılaşır bəziləri isə bunları cəfəngiyyat hesab edir.

Əlbəttə, dadlı ləzətli yemək çox gözəldir onu hamı istəyir, lakin onu müəyyən ölçü və qədərində yedikdə daha faydalı olur.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Elen022

30 Mart 2014 15:19

Men cox tez yeyirem sufreye en gec oturub en tez qurtariram

Night Wolf

30 Mart 2014 13:47

çox təmkinlə yeməsəmdə tez-tez də yemirəm
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

30 Mart 2014 13:46

Ele hal hazırda bir elimde telefon bir elimdede yemek var:) bele çıxırki yemek medeniyyetim"0" -dı?))
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Jenny J

30 Mart 2014 13:10

Pis vərdişimdiki tez tez yeyirem 3 defe çeyniyib uduram
--------------------
Wow man, this is weird on acid..