Loading...
Ölümcül zəhər!

Ölümcül zəhər!

Loading...
Ölümcül zəhər!

 

Siqaret çəkənlər çəkməyənlərə nisbətən bakterial infeksiyalarla və iltihabi xəstəliklərlə daha çox xəstələnirlər. Bu, tütünün tərkibinə daxil olan yüzlərlə toksiki birləşmələrin orqanizmə daxil olması ilə əlaqədardır. Lakin onların necə təsir etdiyini son zamanlar aparılan tədqiqatlar göstərmişdir.
Məlumdur ki, nikotin immun sistemin hüceyrələrinin müdafiə qabiliyyətini – daha dəqiq isə, bakteriaları tapmaq və məhv etmək qabiliyyətini zəiflədir. Məsələ burasındadır ki, neytrofillər sümük iliyində formalaşır, differensasiya olunur. Nikotinin neytrofillərə qarşı təsiri əvvəllər də güman olunurdu. Lakin hələ ki, bunun təsir mexanizmi məlum deyildi.
Devid Skottun rəhbərliyi altında işləyən alimlər promielositlərdən neytrofillərin differensasiya prosesinin modelini yaratmışlar- nikotinli və nikotinsiz neytrofillərin. Aydın olmuşdur ki, nikotinli mühitdə formalaşan hüceyrələrdə bakteriyaları məhv etmək üçün lazım olan çoxlu miqdarda sərbəst radikalların əmələ gəlməsi prosesi zəifləyir.
Alimlər hesab edirlər ki, onların müşahidələri siqaret çəkənlərin bakterial infeksiyalara və iltihabi xəstəliklərə qarşı həssas olduğunu təsdiq edir.
Siqaret çəkmək süd vəzisinin xərçənginə birbaşa yoldur.
ABŞ Kaliforniyanın Mayo klinikasının alimləri süd vəzilərində xərçəngi olan 1 225 qadını və 6 872 sağlam müayinə etmişlər. Nəticələr göstərmişdir ki, onların 10%-i eksperiment anında siqaret çəkmiş, 9%-i siqaretdən yenicə imtina etmiş, 81%-i isə heç çəkməmişlər. Beləliklə, siqaret çəkən qadınlarda xəstələnmə riski daha yüksəkdir. Siqaretdən imtina edərkən isə dərhal risk aşağı enir. Həmçinin aydın olmuşdur ki, 11 il oral kontraseptiv preparatlar qəbul edən qadınlarda 200% süd vəzilərinin xərçəngi baş verir. Mütəxəssislərin hesablamalarına görə bu xəstəliyin artım sürəti hər il 2% artır.
Mütəxəssislər siqaretin menopauzadan əvvəl və yaxud sonrakı dövrdə də fərqli təsir etdiyini öyrənməyə çalışırlar.
Siqaretdən imtina tez bir vaxtda ürək xəstəliklərinin əmələ gəlmə riskini azaldır. Belə insanlarda adətən bir neçə həftə sonra onlarda C reaktiv zülalı, interleykin–6 maddəsi azalmış olur (iltihab əlamətlərini təsdiq edən göstəricilərdir, iltihabi proseslərdə immun sistemin cavab reaksiyasını bildirirlər).
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

gulumse

16 Mart 2014 17:00

MENCE BU ESEBLERI SAKITLESDIRMIR SIZ ELE DUSHUNURSUZKI CEKENDE ESEBLERIM SAKITLESECEK MENCE SIKARET CEKMEKI OGLANLAR TERKITMELDI

Mələk

15 Mart 2014 18:05

Sitat: Nahid-19
bir şeyi yaxşıdırki əsəblərimi siqaretlə sakitləşdirirəm

bu səndə asılılıq yaradıb artıq

Night Wolf

15 Mart 2014 14:31

Siqaret çəkmək fikrində deyiləm. Heç atam da siqret çəkmir
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Nahid-19

15 Mart 2014 12:47

İçgini dimək olarki tərgidmişəm bircə bu zəhəridə tərgidsəydim əla olardı.Ama bir şeyi yaxşıdırki əsəblərimi siqaretlə sakitləşdirirəm....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Jenny J

15 Mart 2014 12:45

Mənim atam 25 il olarki çəkir.Nə qədər deyirəm atmır.Özüdə deyirki peşmanam çəkdiyimə görə.Zibil insanda bağımlılıq yaradır.Gərək siqaret emalını saxlasınlar üstünədə yazırlar ziyandı.Ziyandısa xəsdəsən niyə satırsan?
--------------------
Wow man, this is weird on acid..



SwAg VaMpIrE

15 Mart 2014 12:12

bilirdim/amma yenede tsk

Dark PrincesSa

15 Mart 2014 11:47

Menim atam cekmir evvel cekirdi duzu soradan bawn doldurdum cekmedii )) puah

sevgi meleyi zema

15 Mart 2014 11:17

menimde atam cekir neqede eliyirem siqareti tergitmir

MiSS BlaCKStaR

15 Mart 2014 11:10

Bəzən xoş gəlir siqaret qoxusu bəzəndə alerqiya verir ))
Ama deşirdə adamın ciyərlərini...
Hələ sırtıq sırtıq üstündə də yazıblar siqaret çəkmək qəti qadağandır :)
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)