Loading...
Kompüterin ziyanları haqqında

Kompüterin ziyanları haqqında

Loading...
Kompüterin ziyanları haqqında

 

Üç zəif nöqtə
Kompüter arxasında oturanların ən zəif nöqtələrindən biri, əlbəttə ki, gözləridir. Monitorun ekranındakı təsvirlər nöqtələrdən təşkil olunub. Bu nöqtələr göz qamaşdırıcı olduğundan gözlər tez yorulur. Saatlarla monitorun qarşısında oturma təsvirin ikiləşməsi, işıqdan qorxma halları, cavanlarda və uşaqlarda isə daha çox uzaqgörmə halları ilə müşayiət olunur.
İkinci zəif nöqtə kompüter arxasında qeyri-düzgün oturuşdur. İnsana elə gəlir ki, onun yeri həqiqətən də rahatdır lakin bu orqanizm üçün məcburi və çox xoşagəlməz bir haldır. Bu zaman boyun gücə düşür, baş, əl və kürək əzələri yorulur nəticə də isə hər 2 nəfərdən birində osteoxondroz, uşaqlar da isə skolioz yarana bilər.
Üçüncü zəif nöqtə barmaqlardır. Bir qayda olaraq kompüter arxasında oturanların əl barmaqları daha çox ağrıyır. Əl barmaqlarının sinir ucluqları klaviaturanın düymələrinə toxunduqda əzilir, zədələnir. Buna görə də əl barmaqları elə bil quruyur və zəifləyir. Gələcəkdə belə hallar əldə ağrıların yaranması ilə nəticələnə bilər.

Kompüter arxasında oturma qaydaları
1.Oturduğunuz stulun söykənəcəyinin uzunluğu baldırınızın uzunluğu ölçüsündə olmalıdır.
2.Əllərin rahat işləməsi üçün klaviatura masadan aşağı səviyyə yerləşdirilməlidir.
3.İşıqlanma nə çox gur, nə də çox zəif olmalıdır. İşığın düz kompüterin üzərinə düşməyinə imkan verməyin. İşıq bir qayda olaraq sol tərəfdən düşməlidir. Komputerə kölgə düşməməlidir.
4.Ekranın mərkəzi gözlərə eyni səviyyədə olmalıdır. Əgər siz hər hansı bir yazını vərəqdən köçürəcəksinizsə, onda vərəqi dayaq üzərinə bərkidib, ekranla klaviatura arasında bir yerə yerləşdirin. Bunula siz artıq göz və boyun hərəkətlərindən özünüzü qorumuş olarsınız.
5.Hər 45 dəqiqədən bir aiqqətinizi ən azı 15 dəqiqə müddətində başqa işə yönəldin. Həkimlər tərəfindən məsləhət görülən idman hərəkətlərini 3-5 dəqiqə yerinə yetirmək də çox faydalıdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

gulumse

10 Mart 2014 13:43

3 gunde bi acram

Jenny J

9 Mart 2014 21:59

Gozlerim onsuzda zeifdi eynek taxiram birde kampitur belimede ziyan vurur
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

9 Mart 2014 21:25

əvvələr helə yox amma son 3 ay ərzində dəhşət istifadəçisi olmuşam. Kompüterin mənim ən çox belimə ziyanı var belim ağrıyır
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!