Loading...
Radar

Radar

Loading...

Son zamanlarda radarların çoxalmasına hamı diqqət edibdir yəqin ki. Yol polislərinin deyərdim ki, ən böyük silahlarından biridir. Prinsipi Dopler effektinə əsaslanan radar obyektin sürətini asanlıqla təyin edir, hətta ayrıca yaddaşa da qeyd edir. Yol hərəkət qaydalarına əsasən də yaşayış zonalarında sürət limiti var, təəssüf ki, sürücülərimizin bir çoxu buna əməl etmir, bir çoxundan da soruşsan sürət limiti neçədir bilməyəcək. Sürücülük vəsiqəsini pulla alanda belə olması düzü məni elə də təəccübləndirmir. Nəysə, mövzumuz sürücülük vəsiqəsi deyil.
Sürət limitinə əməl etməyən sürücülər asanlıqla  radara düşürlər. Bu da vəsiqələrində cərimə üçün kifayətdir. Radarların belə çoxalması prinsip cəhətdən yaxşıdır deyərdim, beləcə sürücülər ən azından diqqətli olmağa çalışırlar. Ən çox tələyə düşənlər isə Bakı - digər rayonlara gediş yollarında olur. Belə yollarda düz yolu görənlərin bir çoxu yaşayış zonası olub olmasına baxmayaraq tam sürət gedir. Gedir, ancaq bir yerə qədər, bir az daha irəlidə onu saxlamaq nədir ki polislər üçün. Təbii polislərin başqa bir taktikası da var, radarların bir çoxunu yol kənarında görünməyən yerlərdə, hətta kollarda gizlədirlər.
Bir çox sürücülər artıq benzin pulundan çox radara düşməyə görə cəriməyə pul ödəyirlər.

Sizcə radarların çoxluğu müsbət haldırmı, yoxsa bu qədər çox radar olması sadəcə pula görə tələdir?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Elif_87

11 Yanvar 2010 11:05

Sizcə radarların çoxluğu müsbət haldırmı, yoxsa bu qədər çox radar olması sadəcə pula görə tələdir?
Tez pis tərəfini fikirləşirik amma yaxşını niyəsə fikirləşmirik... Bunlar bütün maşın sürənlərin güvənliyi üçündür, olmağı yaxşıdır...

LARACROFT

10 Yanvar 2010 23:28

Məncə radarların olması müsbət haldı.Heç olmasa bəzən radara görə surəti azaldırlar.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

UKA

10 Yanvar 2010 22:10

Rammstein-,
Rayon yollarinda ewwek arabasinda gizlenirler...)))


yes

_axmedov_

10 Yanvar 2010 20:35

radarin elinnen adam rayona gedmir benzin pulunnan cox radara dusduyvun pulunu verirsen
--------------------
26 10 1992

Rammstein-

10 Yanvar 2010 20:28

Sitat: ROYA
Aydaa biabirciliqdi ey, her mawinin icinde bir radar gizledirler sonra ozleride qabaqda gozleyirler ki mawini saxlasinlar.

mawinin i4ine qoysalar adam seviner.....rayon yollarinda ewwek arabasinda gizledirler...))))

Paris

10 Yanvar 2010 19:52

Aydaa biabirciliqdi ey, her mawinin icinde bir radar gizledirler sonra ozleride qabaqda gozleyirler ki mawini saxlasinlar.

GaGuLiK

10 Yanvar 2010 19:36

NE DIYIRLER DISINLER SURETI SEVIREM...

15 YAWIMDA 138 ILE RADARA DUWMUWEM smile

_axmedov_

10 Yanvar 2010 18:30

mani mani
--------------------
26 10 1992

MR.QARRI

10 Yanvar 2010 17:20

MƏNCƏ HAMI QAYDALARA RİAYƏT ETSƏ NO PROBLEM OLAR

_E_D_I_K_

10 Yanvar 2010 17:04

Pul gelir fellow

black_men017

10 Yanvar 2010 16:57

Artik bilmirler ki,caamatdan nece pul cixartsinlar.130-140 gede bileceyin yolda 90 goyublar.Ozleri ise col itleri kimi agacliqda,masinin arxasinda gizlenirler.Bu milletin axri hara gedecek,bax onu bilmirem. eseb

SALOME

10 Yanvar 2010 16:50

yarali yere toxundun sen)))

50 qepik

10 Yanvar 2010 16:41

yeriyox yeriyox sos

Rammstein-

10 Yanvar 2010 15:33

bezen insan butun qaydalari bilsede emel etmeyi xowlamir.....elece de yolda......
Magstralda Minik mawinlari 110-dan yuxari surmemelidi,ama bizimkiler magstral yoxe adi yolda 150-den awaqi duwmur....yawayiw menteqelerinden kenarda minik mawinlari ve motoskletler 90 suretle getmelidi.....4oxsu emel etmir...Polis de oz iwin gorurde....