Loading...
İbratəmiz hekayələr

İbratəmiz hekayələr

Loading...
İbratəmiz hekayə

 

Anası o hələ 10 yaşı olanda vəfat etmiş, 1 il sonra isə atası başqa bir qadınla evlənmişdi. Qadın çox xoşniyyət və çox xoşxasiyyət idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kənddə yaşayan müdrik bir qocaya açmağı qərara aldı...
Qadın bir tərəfdən qocaya başına gələnləri danışır, bir tərəfdən də, göz yaşlarını saxlaya bilmirdi. Qoca diqqətlə onun dediklərini dinlədi və.. “Mən sənə kömək edə bilərəm ancaq bir şərtlə kiŞ mənə 3 aslan tükü gətirəsən. Üstəlik, bu tükləri öz əllərinlə qoparmalısan” , - dedi.
Qadın, əvvəlcə, qulaqlarına inanmadı. Çünki aslan kimi vəhşi bir heyvandan bu 3 tükü necə qopara bilərdi? Vəziyyətin çox ciddi olduğunu başa düşəndən sonra isə tükləri gətirmək üçün ola çıxdı. Çox keçmədi ki, aslanın yaşadığı meşəyə çatdı. Aslan həm çox böyük, həm də çox ac idi. Üstəlik, dayanmadan nərə çəkirdi. Qadın istər-istəməz qorxdu və arxasına da baxmadan oradan uzaqlaşdı. Ertəsi gün qadın yenə aslanın yanına gəldi ancaq o, bu dəfə əliboş deyildi. Özü ilə aslana ət də gətirmişdi. Əti aslanın yaxınlığına qoyub oradan uzaqlaşdı. Aslan ətin hamısını yedi. Ertəsi gün qadın yenə ət gətirdi. Bu dəfə əti aslana daha yaxın bir yerə qoydu. Aslan bu dəfə də ətin hamısını yedi. Beləliklə, qadın hər gün aslana ət gətirir, aslan da ətin hamısını yeyirdi. Aslan artıq qadının təhlükəsiz olduğunu başa düşmüşdü. Onu görən kimi nə qəzəblənir, nə də nərə çəkirdi. Əksinə, bir az da sevinirdi. Bu, 1-2 həftə belə davam etdi...
Bir gün qadın aslanın lap yaxınlığına gəldi. Ona öz əlləri ilə ət verdi. Sonra aslanı sığallamağa başladı. Axırda da yalından 3 tük qopardı. Aslan buna əhəmiyyət belə vermədi...
Qadın qopardığı tükləri götürüb sevinclə qocanın yanına qayıtdı. Tükləri göstərib: “İndi mən bu tükləri nə edim?” –dedi. “Artıq sən vəhşi bir heyvanla necə davranacağını öyrəndin. İndi eyni şeyin oğlun üçün də et. İnanıram ki, gec-tez onun sevgisini qazanacaqsan.” ...

 

Bir qələbənin tarixçəsi

 

O üzməyi çox sevirdi. Hər axşam üzgüçülük hovzuna gedir və saatlarla yorulmadan üzürdü.. Ustalığı artıqca sanki o daha çox diqqət mərkəzində olmağa ehtiyav hiss edirdi. Ona görə də bir gün üzgüçülük yarışında iştiran etməyi qərara aldı. Və bu qərarı aldığı günün ertəsi qəzetdə üçgüçülük yarışı ilə bağlı elan çıxdı. O, elə həmin gün yarışa yazıldı və elə həmin məşqlərə başladı. Yarış yaşadığı şəhərdəki bi göldə keçiriləcəkdi. Onların üzəcəyi məsafə isə 10 mil idi. Yarışın başlamasına cəmi 4 həftə qalmışdı. Ona görə də məşqləri sürətləndirməyə qərara aldı...
Nəhayət, yarış günü çatdı. Yarışda yüzlərlə üçgüçü iştirak edirdi. Üstəlik, onlardan on qat çox tamaşaçı var idi. Üzgüçülər əvvəlcə sıraya düzüldülər, sonra da yarışın başladığını xəbər verən tapança səsi eşidildi. Elə ilk məsafədən məşqlər öz bəhrəsini verdi. Çünki 5 millik məsafəyə çatanda o, artıq böyük fərqlə rəqiblərindən irəlidə idi. Ancaq bir qədər sonra yorulmağa başladı. İndi o həm yorulur, həm də ruhdan düşürdü. Bir azdan isə öz-özünə:Axı mən nəyi sübut etməyə çalışıram? Onsuz da, qalib gələ bilməyəcəyəm! -deyə düşünməyə başladı. Məqsədi isə bu yarışdan çıxmaq və gücünü sonrakı yarışa saxlamaq idi. Ona görə də sürətini azaltdı. Sürətini azaldan kimi, ikinci yerdəki üzgüçü hücuma keçdi. 8 millok məsafəyə çatanda onunla rəqibi arsında 100 yarddan az məsafə qalmışdı. Birdən o, sanki yenidən özünə gəldi və yenidən gücünü topladı . Artıq onda əvvəlki fikirlərindən də əsər-əlamət qalmamışdı. İndi onun tək fikri var idi: Necə olursa olsun qalib gəlmək. Ancaq 9 millik məsafəyə çatanda onunla ikinci yerdəki üçzgüçü arasında məsafə 30 yarda düşdü. Yarışın son 5 yardında isə ikinci yerdəki üzgüçü onu keçərək qalib gəldi. Sudan çıxar-çıxmaz hər iki üzgüçü təngənəfəs qumların üzərinə çökdü. Ancaq bu vaxt qəribə bir şey baş verdi. Birinci üzgüçünü təbrik edənlər sonra onu da təbrik etdilər. O isə bir anlıq öz-özündən: Axı, məni niyə? – deyə soruşdu. Çünki necə olsa, o bu yarışda məğlub olmuşdu. Bu vaxt oradan keçən bir adam təəccüb içində idi. Buna görədə yanında dayanan başqa bir adamdan: Niyə bu oğlana bu qədər maraq göstərirlər? O ki, yarışda qalib gəlmədi! Deyə soruşdu. Adam üzünü ona tutub cavab verdi: Çünki əgər iki qolu olsa idi, bu yarışda mütləq o qalib gələrdi.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

31 Yanvar 2014 20:59

Hər iki hekayəni bəyəndiyim üçün göndərmişdim
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Dark PrincesSa

31 Yanvar 2014 16:34

1 ci Gozel idi melek

Jenny J

31 Yanvar 2014 15:44

İkincisidə maraqlı idi deyesen oglanın bir qolu yoxdur
--------------------
Wow man, this is weird on acid..



Qismet directioner

31 Yanvar 2014 15:11

Aslan haqqındakı maraqlı idi.

Starbucks

31 Yanvar 2014 14:54

Ən çox 1-cini bəyəndim)Mənalı və maraqlı hekayələr idi)
--------------------
Follow İnstagram: @anti_standart

Həyat

31 Yanvar 2014 14:39

elə təxmin eləmişdim ki, kişi o cavabı verəcək))) əlaydı əllərinə sağlıq
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

A_K

31 Yanvar 2014 14:11

Birinci hekayeni oxudum maraqlıydı..
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin