Loading...
Evlilikdə məqsəd nədir?

Evlilikdə məqsəd nədir?

Loading...

Evlilikdə məqsəd nədir?

Nə istədiyini bilmək, bütün hərəkətlərini məqsədli şəkildə həyata keçirmək insan üçün çox vacibdir. Məqsədi olanın yanılma payı minimumdur. Ən bəsit işləri belə müəyyən bir məqsəd uğrunda yerinə yetirən insan, əlbəttə, evlilik kimi olduqca əhəmiyyətli bir məsələdə də həm məqsəd daşıyacaq, həm də bu məqsəd ülvi olacaq.

Ailə həyatı qurmağın bir neçə fərqli səbəbinə rast gəlirik müasir dünyamızda:

1. Yaş gəlib-çatdığı üçün evlənmək.

2. Ata-ananı, qohum-əqrəbanı razı salmaq üçün evlənmək.

3. Onsuz yaşaya bilmədiyi/bilməyəcəyi üçün evlənmək.

4. Təbii olaraq, hamı evləndiyi üçün evlənmək.

5. Ağıllanmaq üçün evlənmək, yaxud evləndirilmək.

6. Övladı olmasını çox istədiyi üçün evlənmək.

7. Artıq tək yaşaya bilmədiyi üçün evlənmək.

Maddələri uzatmaq olar. Ancaq biz bu bir neçə maddə üzərində fikirlərimizi ifadə etməyə çalışacağıq.

Yuxarıdakı maddələri tək-tək oxudunuz. Bir də bütün halında oxuyun. Tək-tək oxuduqda bunu düşünürəm: Evlilikdə məqsəd bu qədər cılız, bu qədər sadə ola bilməz. Bunların hamısını birləşdirdikdə isə ortaya başqa bir maddə çıxır:

8. Həyat yoldaşı ilə xoşbəxt olmaq, xeyirli övladlar yetişdirmək üçün evlənmək.

Məqsəd nə qədər ali olarsa, həyat da bir o qədər mənalı və hüzurlu olar.

Yuxarıdakı maddələrin biri ilə bağlı bir ailənin fikirlərini eynilə buraya alıram:

“Biz xoşbəxt bir ailə idik. 1 oğlum, 4 qızım var. Qızlarımın hamısı ağıllıdır. Amma oğlum... Əslində o da

ağıllı-başlı oğlan idi. İndi universitetdə oxuyur. 21 yaşı var. İpə-sapa yatmır. Dost mühiti yaxşı deyil. Çox pul xərcləyir. Başımıza oyun açır. Pul verməyəndə evdə sındırmadığı qab-qacaq qalmır. İndi düşünürük ki, evləndirsək, bəlkə bu hərəkətlərinə son qoyar”.

Birincisi, gənc yaşlarda bu cür çılğınlıqlar, ifratlar, böyüklərə qarşı hörmətsizliklər bəzən təbii sayılmalıdır. İkincisi, ağıllansın deyə insanlar evlənməz; ağıllanmış insanlar evlənər. Üçüncüsü, valideynin sözlərindəki “bəlkə” - bir tərəddüd ifadəsidir. Gəncin düzələcəyinə, haqlı olaraq, özləri də tam inanmırlar. Elə isə, öz övladı ilə bərabər, başqa birisini də ömür boyu bədbəxtliyə düçar etmək hansı valideynin, hansı insanın haqqı ola bilər?

Evliliyin qayəsi həm də ona görə ülvi olmalıdır ki, çıxacaq ən xırda problemlərdə boşanmaq yeganə və ya ən rahat çıxış yolu olaraq görülməsin.

Yazımızı bir alimin mövzu ilə əlaqəli dəyərli fikri ilə bitiririk: “Hədəfi və qayəsi olmayan izdivaclar, niyyətsiz əməllər kimi bərəkətsizdir”.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

gulumse

24 Yanvar 2014 22:19

yashin gelib catib o xalalar deyire taylarin evlenib sen ne vaxt evlenecen mende gerek deyem taylarin olur sen ne vaxt olecen menim 19 yasim var hele hem onun bunun sozuycun men evlenecem axmagligdi

MisSayka

24 Yanvar 2014 02:38

Sitat: Dandoline
Esebleri korlamaq )))

Bütün evlənənlər belə deyir, acep niyə winked
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Dandoline

24 Yanvar 2014 00:51

Evlilikde meqsed nedir ?! -Esebleri korlamaq )))

NICKY

22 Yanvar 2014 23:04

Ümumiyyətcə xəbər qəşəngdi +5
ağıllanmış insanlar evlənər.-bu cümlə çox xoşuma gəldi
--------------------
♡♡♡

Night Wolf

22 Yanvar 2014 21:40

bəbəş olsun ayrıdakı məqsəd çoxdu
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!