Loading...
Ən maraqlı Yeni il adətləri

Ən maraqlı Yeni il adətləri

Loading...

Ən maraqlı Yeni il adətləri

Çilidə gecə yarısı bir qaşıq mərcimək yeyənlərin bütün il boyu pullu və bərəktəli olacağına inanırlar. Bundan əlavə bayram günü ev içəridən çölə doğru süpürülür. Bununlada köhnə ilin pis ruhları evdən təmizlənmiş olur.

Yeni Zellandiyada yeni il gecəsi hamı küçəyə çıxır və qazan tava çalırlar.

İspaniyada Yeni il gecəsi hər çalan zəng səsinə görə bir üzüm giləsi yeyirlər.

Argentinada gecəyarısı sağ ayağınızı irəli uzadaraq yeni ilə sağ ayaqla girmiş hesab edilirsən. Bu bütün ilin yaxşı keçəcəyi deməkdir.

Brazilyalılar 7 dalğa üzərindən tullanmağın ilə yaxşı başlamaq üçün lazım olduğuna inanırlar. Pis ruhlardan uzaq olmaq üçün ağ geyinmək lazımdır.


Kolumbiyalılar küçədə boş çemodanla gəzirlər. Bu il boyu səyahətdə olacağın mənasına gəlir.

Şotlandiyada yecə yarısı olan kimi qonaq getməyə çalışırlar. Yeni ilin ilk anlarında qonaq gedilən evə isə bərəkət mənasına gələn kömür,pul,duz,çörək kimi bolluq simvolu olan məhsullar aparırılar.

Rusiyada isə insnlar diləklərini bir kağıza yazdıqdan sonra onları yandırır və külünü şampan bokalına tökürlər.

Argentinada yeni il gecəsi çəhrayı alt paltarının sevgi gətirəcəyinə inanırlar.

Türkiyədə qırmızı geyinmək dəbdədir. Belə ki, qırmızı alt paltarının bolluq gətirəcəyinə inanırlar.

Cənubi Afrikada köhnə elektronik əşyalar pəncərədən atılır.


Yaponlar yeni ildə başlayacaq ilin təhvil olacağı heyvanın maskasını taxırlar. Daha sonra məbədə gedirlər və 108 dəfə zəng çalırlar.

Danimarkada saatlar gecə yarısını göstərəndə stuldan hoppanırlar. Bu yeni ilə sürətlə gorərək, pis ruhları geridə qoymaq mənasına gəlir.

Panamada dekabrın 31-də pis ruhları tərənnüm edən "muneco" adlı kuklalar yandırılır.

Filipində yumru cisimlər qızıl pulu və bərəkəti xatırladır. Bunun üçündə hamının süfrəsində yumru meyvələr mütləq olur. Hətta bu gün 12 yumru formalı meyvə yemək adəti də var.

Belarusda subay qadınlar bir otağa qarğıdalı və bir xoruz buraxırlar. Xoruz kimin qarğıdalısını ilk olaraq yesə həmin qadın yeni ildə ailə quracaq demək.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Mr.HəSəN

30 Dekabr 2013 23:36

Argentinada yeni il gecəsi çəhrayı alt paltarının sevgi gətirəcəyinə inanırlar. --- scratch_

Argentinada yeni il gecəsi çəhrayı alt paltarının sevgi gətirəcəyinə inanırlar. --- scratch_

Night Wolf

30 Dekabr 2013 23:25

adət ənələrinə aid xəbər mende hazirlamaqistioyirdim yaxsi hazirlamamisam cunki jasmin hazirliyib
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

30 Dekabr 2013 23:20

Boy menim gůnűm ele mercimek supuyla keçirde, eybi yoxdu yeni ildede yeyerem;/
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Qismet directioner

30 Dekabr 2013 23:01

vaaaaay guzelmis. ay Sag ol jasminka mac