Loading...

Yeni il inancları
Maraqlı
- 28 Dekabr, 2013
- 4 266 Baxış
Loading...

Yeni ildə pulsuz qalmayın inanclara görə, bayram günü pulsuz qalanlar ili ehtiyac içində keçirəcək
Evdən zibil atmayın
Yeni il axşamı evi süpürmək və ya zibil atmaq olmaz, əks halda ailədə mehribanlıq olmaz. «Bəs bayram iməciliyi necə olsun?» deyə soruşursunuzsa, təmizlik işlərini bayrama bir həftə qalmış bitirin.
Sadəcə dekabrın 30-u evi yüngülvari yığışdırın, amma 31-i heç nəyə əl vurmayın.



Bayram masası
Süfrə müxtəlif naz-nemətlə bol olmalıdır ki, il də bolluq içində keçsin. Masaya düz-çörək qoymağı unutmayın, ənənəyə görə bu, firavanlıq simvoludur. Bayramda pulsuz qalmaq olmaz, yoxsa ili ehtiyac içində keçirəcəksiniz. Əgər pulunuz yoxdursa, borc götürün. Amma bayramqabağı borc qaytarmaq məsləhət deyil, əks təqdirdə, bütün ili borclu qalacaqsınız. Bir çoxları inanır ki, ili təklikdə keçirsə, bütün ili tənha qalacaq. Ona görə bayramda kimisə tapmağa çalışırlar, bu insanı bəyənməsələr belə. O zaman ili təklikdə keçirməsəniz belə, pis əhval-ruhiyyədə olacaqsınız. Bundansa bayramqabağı bütün qohum-əqrəbanızı telefonla təbrik edin və bayramda tək olacağınızı söyləyin.
Yəqin ki, sevdiklərinizdən dəvət alacaqsınız. Amma tək qalmaqda da pis heç nə yoxdur. Gecə küçəyə çıxın, insanlara baxın, ola bilsin əsl möcüzə baş verəcək
və siz həyatınızın böyük məhəbbətilə qarşılaşacaqsınız.



Batil inanclar
Əgər yeni il axşamı və ya yeni ilin ilk günü evinizə sahibsiz it və ya pişik gələrsə, bunun bir mənası var.
Onu evinizə gətirə bilməsəniz də, heç olmasa, yedizdirin.
Onda sizi yeni ildə uğur gözləyəcək.
Əgər yeni il axşamı sizinlə nə isə baş versə, bu bütün il boyu təkrarlanacaq.
Əgər bayram masası arxasında kimsə asqırsa, yeni il masada oturan hər bir kəsə xoşbəxtlik gətirəcək.
Əgər yanvarın 1-i satıcı ilk alıcısına böyük endirimlə mal satarsa, onda yeni ildə onu uğurlu alver gözləyir.
Əgər yeni ilin ilk gününü şən keçirsəniz, onda il boyu sizi şənliklər gözləyir.
Əgər yeni il gələndən sonra yolda qarşınıza çıxan ilk adam kişi olarsa, il sizə xoşbəxtlik gətirəcək.
Yanvarın 1-dən 7-dək yeni tanış olacağınız insanlar həyatınızda önəmli rol oynayacaqlar..
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...