Loading...
Fındığın hansı faydalı xüsusiyyətləri var?

Fındığın hansı faydalı xüsusiyyətləri var?

Loading...
Fındığın hansı faydalı xüsusiyyətləri var?

Tozağacıkimilər fəsiləsinə aid olan fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla, dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ethiyacını 100 faiz ödəyir. Tərkibində isə xolesterin yoxdur. Fındıq ləpəsinin tərkibində olan yağın 96%-i insan üçün faydalı olan doymamış turşulardan – olein və linol turşularından təşkil olunub.

Fındıq bədənə güc və enerji verir, zehni, fiziki yorğunuğu aradan qaldırır. Tərkibində olan yüksək kalsium sümükləri və dişləri gücləndirir. Fındıqda pəhriz lifi 1-3 % nisbətində olur. Bunun sayəsində bağırsaqda yaranan kimyəvi birləşmələr toksik təsirlərin, qalın bağırsaq xəstəliklərinin, qəbizliyin qarşısını alır. Serum lipid səviyyəsini və qanda olan şəkəri salır.

Fındıq ağciyər xəstəliklərində faydalıdır. Qanazlığı, həzm və qan dövranı sistemi pozuntularının qarşısını almaqda kömək edir.

Fındığın hansı faydalı xüsusiyyətləri var?

Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstlikərinin yaranmasının qarşısını alır. Müntəzəm olaraq fındıq yemək infarkt riskini azaldır.O, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir.

Fındıq qanazlığına, sümüklərin inkişafına kömək edir. Fındıq yağı böyrək daşlarını və qumunu salmağa yardım edir. O, həm də böyrək ağrılarına da yaxşı təsir göstərir. Lakin yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox istifadə məsləhət görülmür.

Fındığın yağından kosmetologiyada da geniş istifadə edilir. Dəriyə nəm, parlaqlıq, canlılıq verilir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

11 May 2015 20:01

Çoxxx Sevirem Fındıqı.)))
--------------------
Getdim Sagolun

şirin miwka

1 İyun 2014 23:41

bilmirdim oyrenmeyim yaxsi oldu shok yell

Cadi

29 Dekabr 2013 11:32

Findigi xowlyiram

Karacicek

28 Dekabr 2013 22:22

En cox sevdiyim cherezdi...

_LovelY_

28 Dekabr 2013 14:22

Bizde alinanda iki saniyeye mennen papa qurtarir ilove :D
--------------------


Don't make me sad, Don't make me cry..

Kerim4

28 Dekabr 2013 14:20

Fındığın qovurulmuşundan menimde xoşum gelir

Night Wolf

28 Dekabr 2013 12:32

Mən də fındığı xoşlayıram.
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Milashka_SL

28 Dekabr 2013 12:10

Mende qovrulmuw findig sevirem ama bildiyime gore qovrulmamiw findiq qovrulmamiwdan daha faydalidi.
--------------------

A_K

28 Dekabr 2013 11:42

Fındıqla aram yaxşıdı esasda qovurulmuş fındıqla
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin