Loading...
Yeni il gecəsinin sehirli gücü

Yeni il gecəsinin sehirli gücü

Loading...

Yeni il gecəsinin sehirli gücü

Arzularına çatmaq istəyirsən?
Yaşıl ipək və ya məxmər parçadan balaca torba tikin(və ya hazır alın). 31 dekabr günü gecə 12-yə bir az qalmış küknar və ya şam ağacı budağından yaşınızın sayı qədər tikan qırın. Hər tikanı əlinizdə bərk-bərk saxlayıb ürəyinizdə arzu tutun.Hər tikana bir arzu tutduqca onları bir-bir torbaya atın. Torbanı evdə yolkanın altına qoyun. Bayramdan sonra bir yerdə gizlədin. Gələn ilin 31 dekabrında torbanı açıb tikanlara baxın. Saralmış tikanlar yerinə yetməmiş arzuların göstəricisidir.Onları torpağa (və ya dipçəyə) basdırın. Yaşıl qalmış tikanları isə bir qaba qoyub üzərinə su tökün əllərinizi bu suda isladın.Sonra suyu tikanlarla birlikdə ərtafınıza tökün.

Çex falabaxması
Çexiyada bayram yeməyindən sonra alma götürüb niyyət tuturlar. Almanı tən ortadan iki yerə bölürlər. Əgər tumlar bütöv qalsa həmin ol arzularınıza çatacaqsınız. Əgər tumlar zədələnsə deməli o il o qədər də düşərli olmayacaq.

Ailənin maddi vəziyyətinin güclənməsi üçün
Bu ritualda ailənin bütün işləyən üzvləri iştirak etməlidir.Yumru gil qab və çoxlu qəpik pullar götürülür.İştirakçılar pulqabılarını götürüb içərisinə qəpiklər qoyurlar.Yeni il təhvil olan kimi saat 12-dən sonra rituala başlanılır.Vərəqə bu sözləri yazın:” Pullar pullara. Pullar gəlir. Pulları pələngə veririk,pələng də artırıb gətirir. Sözüm necədirsə elə də olacaq “.Kağız gil qabın içinə qoyulur ortasına isə balaca pələng fiquru yerləşdirilir.Ətrafdakılar yuxarıdakı sözləri deyə-deyə pulqabılarındakı bütün qəpikləri götürüb qabın içinə atırlar. Ritual başa çatandan sonra qabın ağzı yaşıl parça ilə örtülüb yaşıl sapla bağlanılır. Sapa 8 düyün vulurmalıdır.Bu işi ailənin ən yaşlı üzvü edir və düyünləri vurduqca yenidən həmin sözləri təkrarlayır. Qabı 1 il ərzində evdə saxlamaq lazımdır.

Dəsmalla falabaxma
Ərə getmək istəyən qızlar Yeni il gecəsi təzə dəsmal götürüb onu ipdən asırlar və bu sözləri deyirlər.”Bəxtimin payı taleyimin qisməti gəl əl-üzünü yu”.Sonra yatırlar.Səhər durub baxırlar:dəsmal yaşdırsa deməli bu il ərə gedəcək.Yox əgər qurudursa ən azı bir il gözləmək lazım gələcək.

Müasir fallar
Binada yaşayan qızlar bayram günü axşam eyvana çıxır üzü içəri tərəf dayanır. Onu ən çox narahat edən məsələ haqqında sual verir sonra üzünü çevirib yaxınlıqdakı binada işığı yanan pəncərələri sayır. Cüt say msələnin və ya cavabın müsbət və xeyirli və bu il ərzində yerinə yetəcəyini tək say isə əksini göstərir.

Kiminlə evlənəcəyini soğan göstərər
Yeni il gecəsi və ya yanvarın 7-si fala baxılır.Kiçik soğanların üstünə evlənməyə namizəd olan oğlanların adını yazırsınız.Sonra onları su dolu qaba buraxırsınız.Hansı soğan tez üzə çıxsa ordakı adın sahibi evlənmə təklif edəcək.

Ən effektli üsul arzuna tez qovuş!
Yeni il günü bayram süfrəsinə oturmazdan əvvəl ən çox istədiyin 3 arzunu kiçik kağıza yaz.Arzularını yazarkən bütün diqqətini rituala və istəklərinə yönəlt.Kağızı yanında saxla. Elə ki saat 12-ni vurmağa başladı,birinci zəngdən etibarən kağızı tez yandırıb külünü şampan dolu qədəhə səpib iç. 12-ci zəngə kimi bu ritualı başa çatdırmalısan. Əgər bir dəqiqə belə geciksən deməli həmin istəklərə çatmaq bu il müşkük olacaq.

P.S. Əksəriyyətimiz fallara rituallara inanmıram desək də bunları çox zaman sınaqdan keçiririk. Bunu da yadda saxlamaq lazımdı ki,arzuları və istəkləri yaradan bizlər olduğumuzçun onları da yalnız özümüz həyata keçirə bilərik. Fala inanmasaq da sırf maraqçun sınaqdan keçirməyə dəyər.Uzun sözün qısası “FALA İNANMA FALDAN DA QALMA"
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Incir Receli

4 Yanvar 2014 13:58

inanmiram fallara

Ulka Spencer

27 Dekabr 2013 22:24

Cex ve muasir fali eliyecem) Gorek ne olacaq)

Cadi

25 Dekabr 2013 18:21

Maraqlidi.Indiye qeedr ewitmemiwdim ki yeni ilde fala baxirlar.Berkem eledim.Xebere gore tewekkur.

Kristina

25 Dekabr 2013 18:00

hec vaxt bele fallara inanmamiwam hamisi bowdur

LlLesiARe

25 Dekabr 2013 12:13

Demeli, men bele fikirlewirem ki, bu yeni il diger bayramlardan tek ferqi odur ki, biz muselmanlara aid deyil. Xristian bayrami olduguna gore dindar ailelerde kecirilmir. sadece bir sufre acilir. Yeni yolka filan bezemey yoxdu. 2 ci sebebi de Peygemberlerle baglidir. Amma insana saat 12 olan kmi
goyde fiwenglerin sesi maraqli geliri

EyfeliTa

25 Dekabr 2013 10:04

aaa hec bilmirdim yeni ilde fala baxirlar) birinci defedi gorurem) xebercun coox saolun bunlarida bilmis oldum :)

BeLiCtIoNeR

25 Dekabr 2013 01:39

12-ci zenge kimi icib qurtarmalisan deyir.12-ci zeng nedi?yeni 12-ci deqiqeye 00;12?

gulumse

24 Dekabr 2013 20:31

heeeeeeeeeeeeeeee tesmalnan fala baxacammmmmmmmmmm

Ms.Aytac

24 Dekabr 2013 18:45

Axrinci maraqlidir yoxlamaq olar

A_K

24 Dekabr 2013 17:51

Maraq űçűn yaxşıdı. Vaxtı varıydı bele inanclardan mende eliyirdim uşaq vaxtı)
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

ıssız adam

24 Dekabr 2013 17:18

men bu sanpan falini kinoda gormusdum ve eledim ama dyen gecikmisdim BU ilde Bayram KecirmiyeciYik

Night Wolf

24 Dekabr 2013 16:36

yox bele seyler menlik deyil
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

MiSS BlaCKStaR

24 Dekabr 2013 16:16

Dəsmalla fala baxmaq :D mən bilmirdim yeni ildə fala baxırlar )
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

PERSONA_NON_GRATA

24 Dekabr 2013 15:56

Yoxlayacam yəqin ki))))





Joy.az-a qar yağır.... lovejoy