Loading...
Şaxta baba haqında nə bilrik?

Şaxta baba haqında nə bilrik?

Loading...
Şaxta baba haqında nə bilrik?


Şaxta baba qırmızı kürk geyinir, onun başında qar papaq, çiynində xurcun olur, əlində isə əsa tutur, uzun ağ saqqala, qırmızı buruna malikdir. Onu hər ölkədə bir cür çağırırılar: Azərbaycanda Şaxta baba, Rusiya və Ukraynada Ded Moroz, Gürcüstanda Tovlis Papa, Almaniyada Vaynaxtsmann, Bolqarıstanda Dyadyo Koleda, Albaniyada Babadimpi, Böyük Britaniyada Faze Kristmas, Yunanıstanda Aqios Vasilis, Danimarkada Yulemanden, İspaniyada Papa Noel, İtaliyada Babbo Natale, Makedoniyada Dedo Mraz, Hollandiyada Kerstman, Norveçdə Yulebukk, Polşada Svetiy Mikolay, Portuqaliyada Pay Natal, Rumıniyada Moş Krakiun, Slovakiyada Yejişek, Sloveniyada Dedek Mraz, Türkiyədə Noel Baba, Finlandiyada Youlupukki, Fransada Per Noel, Çexiya və Macarıstanda Mikulaş, Serbiya, Çernoqoriya, Bosniya və Hersoqovinada Dada Mraz, İsveçdə Yultomten, İndoneziyada Sinterklas, İranda Baba Noel, ABŞ və Kanadada Santa Klaus, Braziliyada Papay Noel, Çilidə Viejito Paskuero, Afrika ölkələrində Papa Noyol, İraqda Goosaleh, Əfqanıstanda Baba Çakalo, Estoniyada Jouluvana, Litvada Kaledu Snelis, Özbəkistanda Ayoz Bobo. Bu adlardan dünyada ən çox populyar olanı Santa Klausdur.

Şaxta Babanın tarixi ilə bağalı müxtəlif fikirlər mövcuddur. Bu obrazın yaranma tarixi ilə bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən-şəklə düşüb.
Əfsanəyə görə, indiki Türkiyə Cümhuriyyətinin Muğla vilayətinin Patara şəhərindəki Santa Klaus kilsəsinin Nikolas adlı keşişi olub. Bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olubmuş. Orta yaşlarında rahib Nikolas Patara şəhərin baş keşişi seçilir. Rəvayətə görə, həmin şəhərdə kasıb bir kişinin 3 qızı varmış. Bu qızlar cehiz üçün pul tapa bilmirmişlər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemin həllində olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar. Keşiş Nikolas öləndən sonra onun qəbri milyonların ümid yerinə çevrilir.

Nikolas 343-cü ildə 65 yaşında vəfat edib.

1087-ci ildə türklər Muğla vilayətini fəth edəndən sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açıb, sümüklərini oğurlayaraq İtaliyanın Bari şəhərinə aparıb, orada dəfn ediblər. Yeni il bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus-Müqəddəs Nikolay obrazının əsli də xristian dünyasında axtarılır.

Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Yeni il şənlikləri İsa Məsihin doğum gününün qeyd olunması ilə əlaqələndirilən bayramdır. Xristianlar 25-31 dekabr arasında, bir həftə bu bayramı qeyd edirlər. Şaxta Baba ilə bağlı əfsanalərdə onun fövqəlgücə malik olduğu da bildirilir. Bir əsatirə görə isə Santa Klaus müqəddəs hesab edilən yerləri ziyarət etmək üçün Qüds (Yerusəlim) şəhərinə gedir. Geriyə gəmi ilə qayıdır. Yolda gəmi fırtınaya düşür. Santa Klaus duaları ilə fırtınanı yatırır. Hətta fırtına vaxtı dənizə düşüb boğulmuş bir dənizçini də dirildir. Bundan sonra rahib Nikolas xristian dənizçilərin qoruyucu əzizi hesab olunur.

Şaxta babanın Yeni il öncəsi xeyirxah missiya ilə dünyanı dolaşaraq hədiyyə paylamaq ənənəsi ilk dəfə Almaniyada qoyulub. Bu inanc əksəriyyəti protestant məzhəbində olan Avropa xristianları arasında sürətlə yayılıb. Santa Klaus ənənəsi Hollandiyalı mühacirlər tərəfindən Amerikaya da yayılıb.

Yeni il öncəsi Şam ağacı (Yolka) bəzəmək adəti də ilk dəfə Almaniyada tətbiq olunub. Bunun əslində xristianlıqla heç bir əlaqəsi yoxdur. Hələ xristianlıqdan əvvəl bütpərəst romalılar qış fəslində həmşəyaşıl dəfnə ağacını, German tayfaları isə həmşəyaşıl küknar və şam ağaclarını kəsib evələrinə qoyurmuşlar. Onlar evlərinə bolluq və bərəkət gətirsin deyə, bu ağacın budaqlarından suxarı və şirin çörək asır, ağacı bəzəyirmişlər. Əfsanəyə görə, həmin xalqlar bununla qışın gəlməsinə baxmayaraq, öz evlərində hələ də baharın davam etdiyini simvollaşdırmaq istəyiblər.
Şam ağacını bəzəmək ənənəsi Almaniyadan bütün Avropaya və dünyaya yayılıb. XX əsrin əvvəllərində ingilis missonerlər şam ağacı bəzəmək adətini Uzaq Şərqdə, Çin və Yaponiyada da yayıblar.

Skandinaviya xalqları fəxrlə deyirlər ki, Şaxta baba Yeni ildə öz dünya səyahətini məhz onların torpağından başlayır. Onlar iddia edirlər ki, Şaxta baba Laplandiyada, yəni Finlandiyada yaşayır. Və ildə bir dəfə dünya səyahətinə çıxıb insanlara, xüsüsən balacalara hədiyyə paylayır.

Şaxta babanın nəvəsi Qar qız isə Rusiyada yaranıb. Qar qızın peyda olması qədim rus folklor ənənələrinə gedib çıxır.
Rusların İvan Kupala bayramında ocağın üstündən tullanaraq əriyən Qar qız qış və yayın əvəzlənməsinin rəmzidir.
Bir çox tarixçilər əmindirlər ki, dünya xalqlarının fərqli vaxtlarda keçirdiyi yeni il şənlikləri qədim Misirdən qaynaqlanan məhsul bayramıyla əlaqədardır. Yeni il şənliklərinə hər xalq öz əlavələrıni edib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Dark PrincesSa

30 May 2014 13:24

çox sevirəm şaxta babanı yeni ilin bəzəyidi

angel470

22 Dekabr 2013 17:28

xeberdarliq bu il Şaxta baba geln deyil o gun zenglewdik deyir rematizmamm var

FIORE

20 Dekabr 2013 21:51

Nedense mene ele gelir ki hardasa esil waxta baba var lol
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

Nahid-19

20 Dekabr 2013 08:17

Şaxta babanı deyəə bilmərəm ama Saxta baba var....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

PERSONA_NON_GRATA

19 Dekabr 2013 16:29

Kristina

19 Dekabr 2013 13:12

maraqli idi saxta baba haqqinda bir cox wey bildik girl

Simran

18 Dekabr 2013 23:53

Yeni il en cooooox sevdiyim bayramlarından biridir.Elbetteki Qar qızsız Şaxta babasız yeni ili tesevvür etmek olmaz

ToM RiDdle

18 Dekabr 2013 22:15

Saxda baba dyende etim tokulur.Santa Claus ^^ Nu onun olduquna hele de hobbi kimi inaniram )
--------------------
Tural Adrian ♥

❃FloRal❃

18 Dekabr 2013 20:25

Atalay demiş, sakallı bi adam, hediye dağıtıyor lol Nese, ele uşaqlıqdan Şaxta Babaya marağım olmayıb
--------------------

***
❃❃❃

***

Nina Guney

18 Dekabr 2013 19:54

Hec vaxt inanmamisam saxtababanin varligina)))
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Night Wolf

18 Dekabr 2013 19:20

Yeni il bayramını cox sevirem bu bayramda şaxta babanın öz yeri var
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

♣YoL_Cu♣

18 Dekabr 2013 15:51

yaxşı kişidi
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

gulumse

18 Dekabr 2013 14:45

saxta baba mene ne getrecek goresen

A_K

18 Dekabr 2013 14:00

Inanıramki dűnyanįn hansısa bir yerinde esil şaxdababa vardır mocking
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin