Loading...
Düz qarına sahib olmaq üçün 10 hərəkət

Düz qarına sahib olmaq üçün 10 hərəkət

Loading...
Düz qarına sahib olmaq üçün 10 hərəkət

Düz qarına sahib olmaq üçün pəhriz saxlamaq kifayyət etmir. Bunun üçün bir çox idman hərəkətlərinə və vərdişlərə əməl etmək vacibdir.

Rahatlanın
Stress – piyin qarın nahiyəsində yığılmasının ilk səbəbidir. O, piyin qarında toplanmasına səbəb olan kortizol hormonunun səviyyəsini artırır. Gərginliyi aradan qaldırmaq üçün belə bir hərəkət yarayar:
Sakit və rahat bir yerdə əyləşin. Ağciyərlərinizə bacardığınız qədər çox hava çəkin və asta-asta nəfəs verin. Dərindən nəfəs alaraq hər nəfəs vermə zamanı “bir” sözü söyləyin. Bu hərəkəti gündə bir-iki dəfə 5-10 dəqiqə ərzində etmək lazımdır.

Spirtli içkiləri unudun
Nahar vaxtı qəbul olunmuş bir qədəh şərab – və siz artıq şalvarınıza sığmırsınız. Alkoqol da kortizol səviyyəsini artırmaqla piyin qarın nahiyəsində toplanmasına səbəb olur.

Siqaret çəkməyin
Siqaret çəkənlərin əksəriyyəti isbat edir ki, papiros çəkmək arıq qalmaqda onlara kömək edir. Lakin məsələ ondadır ki, papiros çəkənlərin qarın nahiyəsində çəkməyənlərə nisbətən daha çox piy toplanır.

Lifli qidadan daha çox istifadə edin
Bu, çəkinin azalmasına müsbət təsir edir (liflər mədəni doldurur və aclıq hiss olunmur). Eyni zamanda qarın köpünə səbəb ola biləcək qəbzlik törətmir. Hər gün dənli bitkilər, meyvə və tərəvəz, yaxud qida əlavələri şəklində 25 – 38 q lifli qida yemək kifayətdir.

Çoxlu su için
Menstruasiya önü dövrdə çoxlu su için. Bu, orqanizmin ümumi vəziyyətinə zərər yetirmədən köpü aradan qaldırmağa kömək edəcək.

Sümükləri unutmayın
Osteoporoz – sümükləri zədələyən xəstəlikdir. Zəif onurğa sümükləri orqanizmin çəkisini saxlaya bilmir ki, bu da sonradan belin bükülməsinə gətirib çıxara bilər. Yaşınız 50 və daha çoxdursa, hər gün qida ilə 1200 mq kalsium qəbul etmək lazımdır. Yaşı 50-dən az olanlar üçün gündəlik kalsium norması 1000 mq-dır.

Aerobika məşqləri
Nə qədər ki əzələlər piy qatı ilə örtülmüşdür, heç bir fiziki hərəkət qarını düzəltməyə kömək etməz. Ən yaxşı üsul –həftədə beş dəfə 45-60 dəqiqə ərzində aerobika ilə məşğul olmaqdır.

Qarnınızı çəkin
Təsəvvür edin ki, içərinizdə qarnınızı onurğanıza tərəf çəkən bir maqnit var. Maksimal dərəcədə qarnınızı içəri çəkin və tezliklə bu, nəfəs almaq kimi bir vərdişə çevriləcək. Bunu yada saldığınız hər an etsəniz tezliklə adət edəcəksiniz.

Artıq çəkidən azad olun
Qarşınıza məqsəd qoyun- həftədə iki-üç dəfə fiziki hərəkətlər edin. Qaydalara riayət etsəniz 50 yaşınızda belə 20 yaşınızda geyindiyiniz paltara sığa biləcəksiniz.

Qarın əzələlərini yükləyin
Fiziki hərəkətləri bacardıqca ayaq üstə edin. Bu zaman qarın əzələləri də işləyir. Bu, bədəni müəyyən çəkidə saxlamaq və onu möhkəmləndirməyə kömək edir. Özünüzə fikir verin. Duruşunuz həmişə düzgün, qarın əzələləri isə içəri çəkilmiş olmalıdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

gulumse

13 May 2014 23:31

XEYRII YOXDU

❃FloRal❃

18 Dekabr 2013 20:16

Sitat: A_K
Qarnım falan yoxdu.. su içmeyin xeyirli olduğunu bilirem ama aram yoxdu çox suynan. Őzdeki qışda

Eynile mende. Hele çay stekanındakı suyu bele axracan içe bilmirem. Yarıya qeder, o da zorla içirem ki, xeyirdi
--------------------

***
❃❃❃

***

A_K

18 Dekabr 2013 19:45

Qarnım falan yoxdu.. su içmeyin xeyirli olduğunu bilirem ama aram yoxdu çox suynan. Őzdeki qışda
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

NARA.N

18 Dekabr 2013 19:25

men inanmiram bunnarnan qarin erisin idman ve dietasiz ariqlamag mumkun deyil.xebere gore twk

Suliko

18 Dekabr 2013 19:23

Qadınlarda bu problem ən çox doğuşdan sonra üzə çıxır...idman,yalnız və yalnız mütəmadi olaraq idmanla məşğul olmaq bu problemi aradan qaldıra bilər.
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Night Wolf

18 Dekabr 2013 19:21

xebere gore sagolun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

PRAQMATIK

18 Dekabr 2013 19:20

Sprinter olmaq lazım deyil..
Həftəsonları 1 saat vaxtınızı ayırın qaçın
O zaman fərqi hiss edəcəksiz güzgü qarşısında özünüzə diqqət edəndə )