Loading...
Nar haqqında maraqlı məlumatlar

Nar haqqında maraqlı məlumatlar

Loading...
Nar haqqında maraqlı məlumatlar

Nar- Punicaceae fəsiləsindəndir. Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə, yəhudilərə, yunanlara və romalılara məlum idi.

Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur.

Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.
Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.

Nar haqqında maraqlı məlumatlar

Azərbaycan Dövlət Tibb İnstitutunda cır nar meyvəsinin şirəsinin antidiabetik təsiri həm eksperimental, həm də klinik cəhətdən öyrənilmiş və müsbət nəticələr əldə edilmişdir. Nar şirəsilə 10-12 gün davam etdirilən müalicə nəticəsində xəstələrin hamısında ürək yanğısının azalması, ağızda quruluğun və acılıq hissinin itməsi, başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir.

Xalq təbabətində nar meyvəsinin qabıqlarından “nar qəzəli” adı ilə, eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir. Şəki rayonunda narda iştah artırmaq üçün “nardaşa” adlanan şərbət hazırlanır. Həmçinin cır nardan “narşərab” hazırlanır ki, bu da həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.

Nar haqqında maraqlı məlumatlar

Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi də qəbul etmək olar.

Şirin nar meyvəsinin şirəsini böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir. Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur.

Nar haqqında maraqlı məlumatlar

Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.
Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.

Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

15 Noyabr 2014 11:46

beh beh sekilde nece dadli gorsenir
--------------------
Getdim Sagolun

PERSONA_NON_GRATA

16 Dekabr 2013 16:48

Nar, nar,narrrrrrrr


-------------------------------------------

İnsan bir fabrik olsaydı, görəsən nə istehsal edərdi?!... - Əlbəttə ki bəhanə... :)

Hesretli Sevgi

13 Dekabr 2013 18:16

nari cox xosluyuram.amma bu qeder faydali oldugunu bilmirdim.tesekkur xebere gore

Arizona

13 Dekabr 2013 16:05

salam cumeniz mubarek. nar haqqinda Hədisleri de yazsaydiz ela olardi sad

Night Wolf

13 Dekabr 2013 15:09

Mən də nari xosluyuram cox faydali meyvedir
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Live you life

13 Dekabr 2013 09:20

cox xoshlayiram sexymix

Saleh Məşdağalı

12 Dekabr 2013 19:51

Xəbər üçün təşəkkür rose

Simran

12 Dekabr 2013 19:29

Narın xeyri coxdur Xoşlayıram narı

Xebere göre teşekkür

Həyat

12 Dekabr 2013 19:08

Nari xowluyuram amma sebrim catmir yemeye deneliyib veren olsa he yiyerem)))
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Nasibova

12 Dekabr 2013 18:51

duzla nyam nyam)

emin82huseynova

12 Dekabr 2013 18:16

nar coxyirlidi canim cekide ne

A_K

12 Dekabr 2013 17:17

Narın ne qeder xeyirli olduğunu gőrűnűşűnnen birde renginnen bellidi
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin