Loading...

Meyvələrin sirli söhbəti
Maraqlı
- 28 Noyabr, 2013
- 3 986 Baxış
Loading...

Meyvə insanlar üçün dadlı qidadan əlavə, orqanizmin sağlamlığını təmin edən əhəmiyyətli vasitələrdəndir. Onlardan bir çoxu A,B,C vitaminlərinin mənbəyi , bəziləri də xərçəng və digər xəstəliklər əleyhinə təsiredici funksiyalara malikdir. Həkimlərin məsləhətinə görə, hər bir insan gündə ən az bir alma və ya digər oxşar xüsusiyyətli meyvə yeməlidir. Çünki meyvə insan orqanizminin dostu sayılır. Hər bir meyvənin özünəməxsus xeyirli cəhəti var. Onların orqanizmə xeyirlərindən bəziləri aşağıdakı kimidir:
Alma:
Sinirləri və əzələləri qüvvətləndirir, fiziki və zehni yorğunluğu azaldır. Dərini gözəlləşdirir. Az kalorili olduğu üçün kökəlmənin qarşısını alır, yüksək təzyiqə müsbət təsir göstərir. İki dilim almanı gözünüzün altına qoyun və almadakı meyvə turşusunun qara halqanı azaltmasını gözləyin. Alma həmçinin, böyrəkləri təmizləyir, həzmi rahatlaşdırır.
Üzüm:
Qırmızı vı ağ üzüm yeyən insanlarda əhval-ruhiyyə həmişə yüksək olur. Üzümdə birbaşa qana qarışan 20% şəkər var. Fiziki və zehni əməklə məşğul olanlar üçün ən yaxşı dərmandır. Qanı artırır, buna səbəb, üzümün tərkibindəki dəmirdir. Üzünüzə üzüm suyu sürtüb 10 dəqiqədən sonra yusanız, üzünüz təravətlənəcək. Üzüm böyrəklərin işini tənzimləyir, ürək döyüntüsünü nizamlayır. Həmçinin, qaraciyəri təmizləyir. Qara üzüm isə yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir.
Ərik:
Şirəsində çoxlu miqdarda dəmir və kalsium olduğundan uşaqlar və hamilə qadınlar üçün xeyirlidir. Gündə 150 qram ərik şirəsi içməklə gündəlik karotinə olan tələbatı ödəmək olar. Tərkibində magnezium olduğundan ərik yüksək arterial qan təzyiqini aşağı sala bilir. Hipertoniyalı xəstələr üçün ərik əvəzsiz meyvədir. Ərik qan əmələ gətirəndir. Dəriyə və saça müsbət təsir göstərir. Xərçəngin qarşısının alınmasına kömək edir.
Kivi:
1 ədəd kividə olan C vitamini bir ədəd portağalda olan C vitaminindən 2 dəfə çoxdur. 100 qram təzə kividə 250-380 mq C vitamini olur. Əgər siz gündə 1 ədəd kivi yesəniz, C vitamininə olan tələbat ödənmiş olar. Kivi, həzmi asanlaşdırır və qəbzliyin qarşısını alır.
Əncir:
Bağırsaqların işini sürətləndirir.
Banan:
Ürəyə və əzələlərə faydalıdır. Yorğunluğu aradan qaldırır.
Vişnə:
Mineral və vitamin anbarıdır. Tünd rəngli vişnələr, açıq rənglilərə nisbətən, daha çox mineral ehtiyatına malikdir.
Portağal:
Soyuqdəymənin, qripin, ürək xəstəliklərinin qarşısını alır.
Qarpız:
Qabığındakı sink insan orqanizmi üçün vacib olan bir çox funksiyaları yerinə yetirir. Eyni zamanda, böyrəyi təmizləyir.
Armud:
Ürək-damar xəstəliklərinin qarşısını alır, aşağı qan təzyiqli insanlara xeyirlidir.
Çiyələk:
Siqaret tüstüsünün təsirlərini azaldır. Siqaret çəkilən otaqdakı insanlar gün ərzində ən azı iki gilə çiyələk qəbul etməlidirlər.
Kök:
Əlavə enerji mənbəyi yaradır. Qaraciyərin öd ifraz etməsini sürətləndirir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...