Loading...
Xəyanət gördükdə həyata küsməyin

Xəyanət gördükdə həyata küsməyin

Loading...

Ərinizin sizə xəyanət etdiyini öyrəndiniz. Əlbəttə bu vəziyyət hər qadın üçün bir faciədir. Ancaq əsla həyata küsməyin və yalnız nə edəcəyinizə qərar verin.
Gec saatlara qədər uzanan iclas və tədbirlər, əl telefonlarına gələn gizli zənglər, birdən dəyişən vərdişlər... Bütün bunlar bir böhranın işarəsidir yoxsa əlaqənizdə bir üçüncü adammı var? Heç kim qəbul etmək istəməsə də, bir çox insan aldadan və ya aldadılan olaraq, xəyanətin bir tərəfində iştirak edər. Əgər aldadılan qadın tərəfindəsinizsə, bunu həyatın real hadisələrindən biri olaraq qəbul etməyi öyrənməyiniz lazımdır. Bunu qəbul etmək istəməsəniz, başınıza bu hadisə gəldikdə uzun müddət acı çəkməyə məhkumsunuz deməkdir.

Xəyanət gördükdə həyata küsməyin

Son olaraq dərin bir nifrət hissi
Xəyanətə məruz qalan qadınlar ümumiyyətlə bənzər reaksiyalar verərlər. Əvvəl böyük bir hirs, ardından xəyalın puç olması və son olaraq dərin bir nifrət hiss edər. Çox vaxt digər qadının tanış olması, yoldaşının əlaqəsinin hər kəs tərəfindən bilinməsi, ya da uzun müddətdir davam etməsi vəziyyəti ağırlaşdıran faktlardır. Yaşananlar nə qədər acı olsa da əhəmiyyətli olan artıq sizin qərar verməyiniz lazım olan həqiqətdir. Ya münasibət davam edəcək, ya da bitəcək. Seçim hansından yana edilirsə edilsin, əvvəlcə sakit davranmalı və çarələr axtarılmalıdır.

Qətiyyətlə təzyiq etməyin!
Ayrılmaq istəmirsinizsə, yoldaşınızın və özünüzün səhvlərini nəzərdən keçirin. İrəlidə nəyi daha yaxşı edə biləcəyinizi danışın. Bütün gün ərzində sakit qalmağa çalışın. Yoldaşınızla yaxın olmağa diqqət edin. Onu hələ də sevdiyinizi və ona ehtiyacınız olduğunu bilməsinə icazə verin. Ona təzyiq etməyin. Dostu olduğunuzu və keçmişdə yaşanan gözəl günlərə geri dönə biləcəyinizi ona hiss etdirin.

Xəyanət gördükdə həyata küsməyin

Qadınlar niyə ayrılmaz?
Bir çox qadın yoldaşının xəyanətinə baxmayaraq əlaqəsini davam etdirməyi seçir. Xüsusi ilə maddi asılılıq, çox vaxt qadınların boşanmamalarının ən əhəmiyyətli səbəbləridir. Bunun xaricində təsirli olan səbəblər isə:
Uşaqların gələcəyi ilə əlaqədar qayğılar.
Yoldaşından müstəqil bir şəxsiyyətə sahib ola bilməmək.
İctimai statusu itirməmək istəyi.
Hər kişi xəyanət edər düşüncəsi.

Hədələmək çox yalnışdır!
Barışmaq niyyətində olan bir çox qadın, hirsinə məğlub olub, hiss etdiyi əsəblə yoldaşını müxtəlif vasitələr istifadə edərək hədələyər. Bunların başında uşaqlar gəlir. "Uşaqları bir daha görə bilməzsən" kimi hədələr sizə dönmək istəyən bir kişini daha çox uzaqlaşdıra bilər. Uşaqlarınızı və ya ətrafınızı yoldaşınıza qarşı qışqırtmayın. Bu vəziyyət həm yoldaşınızın dönməsini çətinləşdirər, həm də irəlidə əlaqəniz düzəldikdən sonra sizi narahat edər. Özünüzü bir az geri çəkin. Kartlarınızı açıq oynayın, amma, sirrli bir tərəfinizin qalmasına diqqət edin. Kişilər kəşf etməyə meyillidirlər. Keçmiş sevginizə və ya uşaqlara baxmayaraq qərarınız ayrılmaqdan yanadırsa, mal paylaşmasını və uşaqların (əgər varsa) kimdə qalacağı mövzusunda razılaşmağa çalışın.

Bəhanələr var, şərh yoxdur!
Psixiatriya mütəxəssislərinə görə əlaqənin pis getməsi aldatma səbəblərindən yalnız biridir. Çünki kişilər xoşbəxt olduqları halda belə xəyanət edə bilərlər:
Kişi hiperintimual ola bilər və bundan ötəri davamlı yoldaş dəyişdirər.
Asılılıq yaradan maddələrlə çətinliklərini aşmağa çalışanların yanında eşqbazlıq edənlər də var.
Həyatının daxilində müvəffəqiyyətsiz olan kəslər, yoldaşlarını aldadaraq özlərini bu şəkildə ovutmağa çalışarlar.
Başqalarına həsəd aparmaq, paxıllıq etmək xəyanətə səbəb ola bilər.
Yaşın irəliləməsi ilə birlikdə andropoz dövründə aldatmağa meyl arta bilər
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

aylin00

27 Noyabr 2013 12:29

Allah hec kıme gostermesın xeyanetı

Nahid-19

26 Noyabr 2013 04:06

Hətda əşyanı belə..
Paxıııııııııııııııııl....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

A_K

26 Noyabr 2013 01:06

I am miracle,
Dimek torbada piwik var))

Torbada pişik-mişik yoxdu. Olsa demişdim odaki həyatı boyu ola bilməz!
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

I am miracle

26 Noyabr 2013 00:58

Sitat: JE TAIME
Ivet

Dimek torbada piwik var))

A_K

26 Noyabr 2013 00:33

Sitat: I am miracle
Sen nelere qadir ola bilirmiwsen )) senden qorxulur kiz ))

Ivet fellow
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Nahid-19

25 Noyabr 2013 23:10

Ehh mən yetim daay min hoqqadan çixmişam daay xəyanət onun yanında qələt eliyir ))....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

PRAQMATIK

25 Noyabr 2013 23:04

xəyanətin küpünə girmişəm... fellow

Night Wolf

25 Noyabr 2013 21:11

men heleki tam sevmemisem ve ona gore xeyanet olunmuyub mene eslinde hec vaxt xeyanetle qarsilasmaq istemezdim
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

♣YoL_Cu♣

25 Noyabr 2013 18:47

səni başqasına dəyişənə görə mübarizə aparassan? səhvdi bu fikir, mübarizə o vaxt aparılar ki, kimsə aranıza girmək istəyir, sahiblənmək istəyir və s. xoruz ölər gözü zibillikdə qalar, xəyanət yaşanılanların heç bir mənasının dəyərinin olmadığını sübut edir, ona görə də vaxt itirmədən ayrılmax lazımdı
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

MiSS BlaCKStaR

25 Noyabr 2013 16:31

Mənim olanı heç kimlə paylaşmıram!!!Fərqi yoxdu bu bir canlıdı yada əşya!!!
Həyat yoldaşımı birinci elə birini seçərəmki məni əlinin içində saxlasın.düzdü bəzən bu bizdən asılı olmur.ama əlimdən gələni edərəm ki,gözü mənnən başqasını görməsin.hətda həyat yoldaşımı sevməsəmdə!Bu həyata bir addımlamışıq və kənar şəxslərə giriş qadağandır həyatımıza!1-2 günlük əyləngələrə hətda uzunmüddətdi olsa belə,onlara görə ailəmi dağıtmaram,əksinə dahada möhkəmləndirərəm..!!!
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

I am miracle

25 Noyabr 2013 16:20

Sitat: JE TAIME
Bu günə kimi xəyanətlə qarşılaşmamışam ama qarşılaşsam belə üzülmərəm. Çünki aynısı kəndisini bəklər

Sen nelere qadir ola bilirmiwsen )) senden qorxulur kiz ))

Həyat

25 Noyabr 2013 16:14

Mənə xəyanət olunsa və bilsəm bəlkədə mübarizə apararam yoldaşımın uğrunda çünki birinci mənim idi və yenidən onu qaytara bilərəm. Və bir daha başqasına getməyə icazə vermərəm. Mənim olanı heç kimlə paylaşmağı sevmirəm. Mən onan ayrılmıyınca onun məni atmağa ixtiyarı yoxdu. Birdəki nə deyib aldadacaq məni hər halda o ailə dağıtmaq üçün yaradılmış məxluqlardan 1000 dəfə üstünəm.
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

PERSONA_NON_GRATA

25 Noyabr 2013 16:03

Mənə xəyanət edən əri ALLAH vursun elə))))) yahoo

A_K

25 Noyabr 2013 16:02

Bu günə kimi xəyanətlə qarşılaşmamışam ama qarşılaşsam belə üzülmərəm. Çünki aynısı kəndisini bəklər
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin