Loading...

Həyatımızdakı Böyük Daşlar!
Maraqlı
- 02 Yanvar, 2010
- 3 406 Baxış
Loading...

Bu hekayə Northwestern Universiteti iş idarəsi Master Şagirdləri ilə zaman rəhbərliyi dərsi Professoru arasında keçərdi!
Professor sinifə girib qarşısında dayanan, dünyanın ən seçilmiş şagirdlərinə qısa bir müddət baxdıqdan sonra, bu gün Zaman Rəhbərliyi mövzusunda təcrübələ qarışıq bir imtahan edəcəyik dedi. Kürsüyə getdi, kürsünün altından böyük bir qab çıxartdı. Arxadan kürsünün altından bir düjün yumruq böyüklüyündə daş götürdü və daşları böyük bir diqqətlə qabın içinə yerləşdirməyə başladı. Qabın daha başqa daş götürməyəcəyinə əmin olduqdan sonra şagirdlərinə döndü və bu qab doldumu? -deyə soruşdu. Şagirdlər hamısı bir ağızdan Doldu deyə cavablandırdılar.
Professor Eləmi? dedi və kürsünün altına əyilərək bir vedrə mıcır çıxartdı. Mıcırı qabın ağızından yavaş yavaş tökdü. Sonra qabı yelləyərək mıcırın daşların arasına yerləşməsini təmin etdi. Sonra şagirdlərinə dönərək bir dəfə daha bu qab doldumu? deyə soruşdu. Bir şagird dolmadı hərhalda deyə cavab verdi. Doğru dedi.
Professor yenə kürsünün altına əyilərək bir vedrə qum götürdü və yavaş yavaş bütün qum dənələri daşlarla mıcırların arasına nüfuz edənə qədər tökdü. Yenə şagirdlərinə döndü və bu qab doldumu? deyə soruşdu. Bütün sinif bir ağızdan Xeyr deyə qışqırdılar. Gözəl dedi Professor kürsünün altına əyilərək bir dolça su götürdü və qab ağızına qədər dolana qədər suyu boşaltdı. Sonra şagirdlərinə dönərək bu təcrübənin məqsədi nə idi deyə soruşdu. Oyanıq bir şagird dərhal Zamanımız nə qədər dolu görünsə görünsün daha ayıra biləcəyimiz zamanımız mütləq vardır deyə cavab verdi.

Xeyr dedi Professor, bu təcrübənin əsas izahı... Əgər böyük daşları başdan yerləşdirməzsənsə kiçiklər girdikdən sonra böyükləri heç bir zaman qabın içinə qoya bilməzsən gerçəyidir.
Şagirdlər qarışıqlıq içində bir-birlərinə baxarkən Professor davam etdi. Nədir həyatınızdakı böyük daşlar? Uşaqlarınız, yoldaşınız, sevdikləriniz, yoldaşlarınız, təhsiliniz, xəyallarınız, sağlamlığınız, bir əsər yaratmaq, başqalarına faydalı olmaq, onlara bir şey öyrətmək! Böyük daşlarınız bəlkə bunlardan biri, bəlkə bir neçəsi, bəlkə hamısı. Bu axşam yuxuya yatmadan əvvəl yaxşıca düşünün və sizin böyük daşlarınız hansılarıdır yaxşı qərar verin.
Bilin ki böyük daşlarınızı qaba ilk olaraq yerləşdirməsəniz heç bir zaman bir daha qoya bilməzsiniz, o zaman da nə özünüzə, nə də çalışdığınız təşkilata, nə də ölkənizə faydalı olar bilmərsiz. Bu da yaxşı bir iş adamı, gerçəkdə də yaxşı bir adam ola bilməyəcəyinizi göstərər.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...