Fon yüklənir...
Загрузка...

Evli olan kişilərin başqa qadınla cinsi münasibətdə olması günahdırmı?

Загрузка...

Evli olan kişilərin başqa qadınla cinsi münasibətdə olması günahdırmı?

Bu gün insanları düşündürən əsas suallardan biri də “Azərbaycanda ailənin qurulması üçün kəbin yoxsa nikah daha vacibdir?”, “Heç bir nigah olmadan bir kişi və qadının bir yerdə yaşamasına İslamda münasibət necədir?”, “Evli olan kişilərin başqa qadınla münasibətdə olması günahdırmı?” suallarıdır.

Bu suallarla bağlı danışan ilahiyyatçı Elşad Miri ilk növbədə kəbini olmayan amma rəsmi nigahı olan cütlüklərlə bağlı sualı cavablandırıb:

“Əgər hər iki tərəfin ailəsinin razılığı varsa, mülkiyyət haqqı tapdalanmırsa və ortada hər iki tərəfin razılığı varsa bu zaman İslam rəsmi nigahın əleyhinə olmur.

Ümumiyyətlə, dini istilahda kəbin belə ifadə edilir: "Evlənmələri qadağan olmayan bir oğlanla bir qızın arasında bağlanan, müştərək həyat və nəsli davam etdirmək üçün bir əlaqə meydana gətirən müqavilədir". Kəbində hər iki cinsin bir-birinin imkanlarından istifadəetmə və birinin digəri üzərində haqqı, bir-biri qarşısında məsuliyyəti mənası da var.

Kəbindən sonra qadın özünə aid haqqlara sahib olur və malik olduğu malı istədiyi kimi istifadə edəbilmə səlahiyyətini özündə saxlayır. İslamaqədərki bütpərəstlik qaydalarından fərqli olaraq İslam hüququnun gətirdiyi prinsiplər çərçivəsində qadının hüquqları xeyli genişdir.

Uca Allah Qurani-Kərimdə insanların evlənməsini istəyir. Evlənməyə gücü çatmayanların evləndirilməsini isə cəmiyyətin borcu olduğunu söyləyir və onların ruzisini Özünün verəcəyini bildirir: "Aranızdakı subay kişiləri, qul və kənizlərinizdən əməlisaleh olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah onları Öz lütfündən varlandırar. Axı Allah genişürəklidir, biləndir" ("Nur" surəsi, 24/32).

İslam hüququna görə, kəbin kəsdirmək, evlənmək həm də ibadətdir. Çünki kəbinin şərtlərini İslam bildirir. Kəbin kəsdirib evlənənlərin də mükafatlandırılacaqları müjdələnir. İbnul-Humam (ö. 861/1457) belə deyir: "Kəbin kəsdirmək ibadətlərə daha yaxındır. Hətta evlənmək, ancaq ibadət niyyəti ilə subay qalmaqdan daha yaxşıdır" (İbnul-Humam, "Fəthul-Qadir", Bulaq-1315, II, 340). Bu islam dininin rahibliyə münasibətini də dəqiq ifadə edir”.

İlahiyyatçı dövlət nigahı olmadan, dini nigahı olmadan qadın və kişinin ər-arvad kimi bir yerdə yaşamasının İslamda zina kimi qiymətləndirildiyini söyləyib:

“Bu İslamda zinaya girir. Qurani-Kərimdə hətta zinanın böyük günah olması ilə bağlı konkret ayələr var. Kəbinsiz, rəsmi nigahın olmadan kişi və qadının bir yerdə yaşaması İslamda cinayət hesab edilir”.

Elşad Mirinin sözlərinə görə, İslam evli olan kişilərin başqa bir qadınla münasibətdə olmasının da əleyhinədir:

“Kim zəmanət verir ki, bu kişinin hər iki qadından olan övladları gələcəkdə ailə həyatı qurmayacaqlar. Təbii ki, bu hallar nigahın kəskin şəkildə pozulmasına səbəb olur. Bu da İslamda zina sayılır”.

 

P.S.: Sizlərdə öz fikirlərinizi bizimlə bölüşün...

Загрузка...

ŞƏRHLƏR

emin82huseynova

12 Dekabr 2013 18:33

zinadi gunahdi amma kiwi xeyaneti coxu xanimindan ala bilmediyi isti munasibeti qiragdan almag olur.amma coxunuda dindi kim xeyanet edir goye xanimi kobud bawa duwmur cox vaxd ozlerine bununla behane axdarirlar
gunahdi uzag olun gunahdan bacardigca

PeTTy

22 Noyabr 2013 03:28

serpil,
sözünüz varsa buyurun...

Night Wolf

21 Noyabr 2013 13:21

butun hami yazib gunahdi elbetde men de raziyam eger basqasiyla olacaydinsa niye o yaziği alib gozu yasli qoyursan
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Nahid-19

20 Noyabr 2013 22:05

Elə bil güclü söz atdın axı )))....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Ask yok

20 Noyabr 2013 22:01

Xeyanet eden kisiden alinacaq en gozel qisas yeni heyat qurub onu qarisqa hesab etmekdi

aylin00

20 Noyabr 2013 14:33

Elbetdekı gunahdı tamahkarlıqdı

serpil

20 Noyabr 2013 14:09

PeTTy,.....................

Həyat

20 Noyabr 2013 13:27

Kim nə edir özünə eliyir, günahdı amma çox elə insanların vecinədi öz nəfsinə hakim ola bilməyənlər aciz məxluqlardı
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

PeTTy

20 Noyabr 2013 01:44

Zina Allah(c.c) qatında günahdı, bu da zinadı

A_K

19 Noyabr 2013 22:04

Evli birikimi ve namaz adamı kimi onu deyimki bəli evli kişi vĕ ya qadın ona halal olmayan biriyle birlikde olursa bu zinadır. Yeni Allahın qadağa qoyduğu ve haram bildiyi bir gűnahdır. Eyer yox kişi ve ya qadın başqa birisiyle birlikde olursa bu ya ailede heves biri irine qarşı itib yadaki prablemden bezibler
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

MiSS BlaCKStaR

19 Noyabr 2013 21:28

nurca20,
Aramizda uwaq muwaq yoxdu ona goredir yeqin blush
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

LlLesiARe

19 Noyabr 2013 21:25

Menim bildiyime gore bu gunahdan cox namehrem sayilir.

Ms.Aytac

19 Noyabr 2013 21:24

beli mene gorede gunahdir

Arizona

19 Noyabr 2013 21:22

Salam. Menim bildiyime gore, insanin heyat yoldaşindan başqasiyla cinsi elaqede olmasi gunahdi. Cox üzr istirem ifademe gore. Xebere gore tesekkur minnetdaram

Devilest_Love

19 Noyabr 2013 21:22

Daha dogrusu "kim" yox "ki" yazmaq istedim.

LlLesiARe

19 Noyabr 2013 21:22

Elbetdeki gunahdir. Bir kishinin bashqa bir qadina el deymesi namehremdirse, gor bu ne derece gunadi.

Devilest_Love

19 Noyabr 2013 21:22

Mr_RoCCo,
Beli, cox heyif kim bu beledir.

Smiler

19 Noyabr 2013 21:21

vauu burda 18+ xeberlern reytinqi get gede artir))

Devilest_Love

19 Noyabr 2013 21:15

Mence gunahdir ve bagiwlanilmaz bir weydir

Starbucks

19 Noyabr 2013 21:15

Qərəzsiz ki,Günahdır...
--------------------
Follow İnstagram: @anti_standart

Mr_RoCCo

19 Noyabr 2013 21:14

İndiki dövrdə evli olan kişilərin 80-90%-nin "saxladıqları" var
--------------------
FaceBook
Instagram - ageelvevo

MiSS BlaCKStaR

19 Noyabr 2013 21:04

Elbetdeki gunahdi...!!!
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)
loading...
Загрузка...