Loading...
Allergiyaya nə səbəb olur?

Allergiyaya nə səbəb olur?

Loading...
Allergiyaya nə səbəb olur ?

Bəzən evdəki kif, toz və bu kimi başqa kiçik zərrəciklər göz allergiyasına səbəb olur. Həmçinin allergiyalar konyunktivit və astma kimi başqa problemlərlə də nəticələnir. Burun və göz allergiyalarının birləşməsi isə rinokonyunktivit adlanan xəstəliyin meydana gəlməsinə gətirib çıxarır.

Mütəxəssislər qaşınma və sulanma ilə müşayiət olunan göz allergiyalarının törətdiyi fəsadlara diqqəti cəlb edirlər. Mütəxəssislərə görə, elə allergiyalar var ki, hətta ölümə belə səbəb olur.

Allergiya törədən zərrəciklər (məsələn, kif və toz kimi) daha çox hava vasitəsi ilə yayılırlar. Ancaq bir məsələ var ki, qida və ya böcək sancmalarından irəli gələn allergiyalar hava vasitəsilə yayılan allergiyalar qədər gözlərə təsir götərmirlər. Ancaq bəzi kosmetik vasitələr, həmçinin antibiotik dərmanlar göz allergiyalarına səbəb olur.

Ən yaxşı müalicənin allergiyaya səbəb olan maddələrdən qaçmaq olduğunu ifadə edən mütəxəssislər kilim, xalça, ayaqaltı (yumşaq oyuncaqlar da daxil olmaqla) və s. kimi materiallardan uzaq olmağı, çiçək tozlarının yayıldığı dövrdə daha çox qapalı məkanlarda qalmağı, həmçinn havatəmizləyici cihazlardan və gözləri tam əhatə edən gün eynəklərindən istifadə etməyi məsləhət görürlər. Əgər allergiyanın səbəbi dəqiq məlum deyilsə, həkimə müraciət etmək və onun məsləhəti əsasında müalicə qəbul etmək lazımdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

7 İyun 2014 12:22

mende.alergiya.yoxdu.wukur
--------------------
Getdim Sagolun

Qismet directioner

10 May 2014 17:40

bir dene tozaa qarsı var.

violetta

21 Oktyabr 2013 11:51

menim hec neye alergiyam yoxdu

Night Wolf

21 Oktyabr 2013 11:02

Mende de sukur hec neye qarsi allergiya yoxdur
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

LlLesiARe

20 Oktyabr 2013 16:05

Shukur hec neye alergiyem yoxdu

İlkay

20 Oktyabr 2013 13:36

Toza qarwi mendede allergiya var