Loading...
İdmandan sonra bu yeməklərdən uzaq durun

İdmandan sonra bu yeməklərdən uzaq durun

Loading...
İdmandan sonra bu yeməklərdən uzaq durun

İdeal bədən quruluşuna sahib olmaq və sağlam həyat tərzi üçün həftədə ən az 2 dəfə idman etməliyik. İdmandan maksimum yararlanmaq, sonra isə itirdiyiniz enerjini sağlam şəkildə yığmaq üçün düzgün qidalanmaq da vacibdir. Başqa sözlə idmandan sonra qida qəbuluna ciddi fikir vermək lazımdır.

Mütəxəssislər idmandan sonra bu qidalardan uzaq durmağı tövsiyə edir.

İdmandan sonra çiy tərəvəzlərdən, qazlı içkilərdən, duzlu cipslərdən, şirniyyatlardan uzaq durmaq məsləhətdir.

Çiy tərəvəzlər hər nə qədər sağlam yeməklər olsa da, idman edəndə itirdiyiniz enerjini tam bərpa etmir. İtirilən enerjinin tam bərpası və bədən müqavimətinin düşməməsi üçün çiy tərəvəzləri zülallı məhsullarla əvəzləmək olar.

Qazlı içkilərin maddələr mübadiləsini yavaşladacaq səviyyədə olması və şəkər saxlaması zərərli hesab olunur. Bunun yerinə mineral sular içmək olar.

Kartof cipsi nə qədər cəlbedici və dadlı görünürsə də, tərkibində olan yüksək miqdarda duz, bədəndəki kalium səviyyəsinin azalmasına səbəb olur. Bu baxımdan cipslərin qəbul edilməsi məsləhət deyil.

Bəzi şirniyyatlar var ki, onları idmandan sonra qəbulu müxtəlif fəsadlara səbəb ola bilər. Şirniyyata olan ehtiyacı şokoladlı südlə əvəzləmək pis olmaz. Həm idmanda itirdiyiniz enerjini bədəninizə təmin edərsiniz, həm də kalsium ehtiyacınızı qarşılayarsınız.

Qarğıdalı yarması düzgün seçmək lazımdır. Bəzi markalar pəhrizə uyğun və məşq sonrası üçün nəzərdə tutulan yarmalar istehsal etməsinə baxmayaraq, bəzi markalar sanki şəkər anbarıdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_LovelY_

15 Oktyabr 2013 21:09

Bütün günü yatırıq idmana vaxt olmur valla :)
--------------------


Don't make me sad, Don't make me cry..

Elmir_Hamidi

15 Oktyabr 2013 20:28

Yapma Len :) ben yemesem ölürüm

PIOTRE

15 Oktyabr 2013 10:18

OOO. GUZEL BU NIYE BOYLE ne

❃FloRal❃

15 Oktyabr 2013 08:57

Dersden yada düşür ki idman elemek? lol Amma narazı deyilem özümden
--------------------

***
❃❃❃

***

LlLesiARe

14 Oktyabr 2013 20:29

Idman elemirem hec

Meslehete gore teshekkurler