Fon yüklənir...
Загрузка...

Həyat yoldaşınıza necə daha yaxın olarsınız?

Загрузка...

Qadınlar yoldaşlarıyla eyni zamanda dost olmaq, yoldaşlarının özlərini səmimiyyətlə açmalarını istəyərlər.
Bu yaxınlığı təmin etmənin 4 yolu!

 

Həyat yoldaşınıza necə daha yaxın olarsınız?

 

Yaxşı bir əlaqənin göstəricisi, eyni zamanda möhkəm bir dost da ola bilməkdir. Biz qadınlar özümüzü izah etmək, dərdlərimizi paylaşmaq mövzusunda daha rahat olsaq da eyni şey kişilər üçün etibarlı olmadıqda əlaqədə bir ziddiyət söz mövzusu olar.

 

Həmişə siz izzah edər, qarşı tərəf dinlərsə, həmişə qarşı tərəf sizin probleminizi həll etməyə çalışsa zamanla qarşıdurmalar yaranar. Təbii bu hər əlaqə üçün etibarlı deyil amma ortalama olaraq belədir deyə bilərik. Qadınlar, əlaqələrində, yoldaşlarıyla dostluq və səmimiyyət axtarırlar. Kişilərin özlərini açmalarını istəyərlər. Bunu necə edə bilərsiz?


1. Sizə içini tökməsini təmin edin.
Yoldaşınızın sizə qarşı sanki bir bağlı qutu olduqundan və sizə içini tökmədiyindən şikayət edirsinizsə doğru zamanı hələ tuta bilməmisiz. Əgər yorğunsa ya da başqa bir işlə məşğul olursa və rahatlamaq istəyirsə, ona suallarla yaxınlaşmanız nəticə verməyəcək. Yaxşı amma doğru zamanı necə tutacaqsınız? Dərhal cavab verim ... Yoldaşınızın sizə romantik mənada ən yaxın olduğu an birlikdə fəaliyyət etdiyiniz zamandır. Bu, ikinizin də yuxusunun qaçdığı yataq söhbətləri, parkda gediş ya da birlikdə qab-qacaq yuma zamanı belə ola bilər. Yoldaşınızın sizə açılmasını çətinləşdirən davranışlardan biri, gözlərinizi sabit bir şəkildə onun gözlərinə dikib "Başla izzah et" deyər kimi etməkdir. Danışarkən sizə baxması üçün məcbur etməyin. Kişilərin çoxu gözlərinə baxılmadığı zaman daha rahat danışar.


2. Sual soruşmağı sorğuya çevirməyin.
Bəzən fərqində olmadan sualları ard - arda sıralayıb sohbeti bir sorğulamağa çeviə bilərsiz. Bir az sakit olmağa çalışıb əmr tonu istifadə etməməyə, suallarınızı azaltmağa, yoldaşınızı günahlandırmağa ara versəniz necə olar? Biz deyək: Qətiliklə möcüzə olar! "Danış mənimlə!", "Niyə mənə danışmırsan?" Demək yerinə "Bu mövzu haqqında nə düşünürsən?" Deyə soruşa bilərsiniz. Sizə qarşı rahat bir şəkildə açılmasını istəyirsinizsə ona güvən və cəsarət verməlisiniz.


3. Öz sirlərinizi açıqlayın.
Bir başqasının sirrini öyrənmənin yolu, öz sirrinizi ona açıqlamaqdır. Bu, qarşınızdakı adamı cesarətləndirir. Xüsusilə yoldaşınızın paylaşmaq istəmədiyi mövzular haqqında öz həyatınızdan nümunələr verin və ortaq nöqtələr tapmağa çalışın.


4. Bəzən susmağı sınayın.
Bəzən bir insanı danışdırmaq ən yaxşı yolu susmaqdır. Bu adam yoldaşınız da olsa ... Davamlı sual soruşmaq yerinə hadisələri bir az axışına buraxmağı sınayın. Susmaq və səmimi bir şəkildə gözlərinə baxmaq, yaxşı bir dinləyici olduğunuz mesajını çatdırar qarşı tərəfə. Beləcə sizin məcburiyyətinizdən ötəri məcbur qaldığı üçün deyil, özbaşına və istədiyi üçün izah edəcək sizə dərdini.
Загрузка...

ŞƏRHLƏR

Aidan

1 Oktyabr 2013 15:57

4cü hər yerdə işə yarıyır)
--------------------
Dream it.
Wish it.
Do it.

LlLesiARe

30 Sentyabr 2013 18:00

duzdu bunlara emel elemey lazimdi.. Heleki mene lazim deyil.. Vaxti gelende mutleq emel eliyecem
loading...
Загрузка...