Loading...
Tər qoxularının qarşısını alın

Tər qoxularının qarşısını alın

Loading...
Ter qoxularını qarşısını alın.

 

Tər qoxusundan hamımız şikayətçiyik. Kimimiz nə etsək edək tər qoxusunun qarşısını ala bilmirik. Stressdən, duyğu dəyişməsindən və yay istilərinə görə artan tərləmənin önünə keçə bilmərik. Sadə qaydalarla qoxuların qarşısını almaq olar. Əslində tərləmə bədənin soyuması üçün lazımlıdır. Amma bu tərləmə səbəbindən əmələ gələn pis qoxular çox gərəksizdir.


1. Şəxsi təmizlik

 

Tər qoxusunun şiddəti sizin tər vəzilərinizin nə qədər çalışdığı və dəri üzərində nə qədər bakteriya yığıldığı ilə əlaqədardır. Tər qoxusu ağır olan insanlar digərlərinə görə xüsusilə qoltuqaltı bölgəsində 2-3 qat daha çox bakteriya daşıyarlar. Tər qoxusuna qarşı alına biləcək ən yaxşı tədbir başda qoltuqaltları olmaq üzrə çox tərləyən bölgələrdən bu bakteriyaları nizamlı olaraq yuyaraq təmizləməkdir.


2. Paltarların təmizliyi

 

Paltarlarınızın içinə sızan tər tərs bir zamanda orada olduğunu sizə xatırlada bilər. Hətta quruduqdan sonra uzun müddət eyni yerdə qalsa geyimlərinizə zərər verə bilər. Çox tərləyirsinizsə hər gün təmiz köynək geymək, yanınızda ehtiyat paltarlar saxlamaq işinizə yarayacaq. Ayaqlarınız tərləyirsə pudra və bir neçə cüt corabı çantanıza atın.


3. Dezodorant

 

Bəzi dezodorantlar sizin dəri növünüzə uyğun olmaya bilər və nə qədər vursan tər qoxusunun qarşısını ala bilməz. Özünüz üçün ən yaxşı dezodorant tapana qədər fərqli markalardan istifadə edin. Yaxşı dezodorantlar tər qoxusuna səbəb olan bakteriyaları öldürər və qoxunu aradan qaldırar.


4. Tərləməyə önləyiciləri (Antiperspirant)

 

Tər qoxusu tərləməklə başladığı üçün təri azaltmaq üçün yaxşı bir həll yolu ola bilər. Ancaq tərləmək bədən üçün lazımlı olduğundan bunu çox şişirtməmək lazımdır. Antiperspirant və dezodorantlar istifadə edərək başlaya bilərsiniz. Ayrıca bir dəri həkiminə məsləhətləşərək qoltuqaltı bölgəsində tərləməyi azaldacaq kremlər ala bilərsiniz.


5. Anti bakterial sabunlar

 

Tər önləyicilərinin və Dezodorantlarda istədiyiniz nəticəni əldə edə bilmirsinizsə və bunlar qoltuqaltınızda qıcıq gətirib çıxarırsa xüsusi anti bakterial sabun istifadə edə bilərsiniz. Həssas dərilər üçün bir digər həll isə talk pudrası və karbonatdır.


6. Pəhrizinizə nəzarət edin

 

Bol ədviyyatlı, acı yeməklər tərləməyi səbəbindən tər qoxusunu artıra bilər. Bu tip yeməklər xaricində sarımsaq, soğan və spirt çox tər istehsalına səbəb olar.


7. Stressi və siniri azaltmaq

 

Hirslilik, qayğı, həyəcan və stress tər istehsalının artmasına səbəb olar. Bu kimi duyğu vəziyyətlərinə qarşı özünüzü rahatlaşdırmağınızı öyrənin. Məsələn, nəfəs məşqlərini istifadə edə bilərsiniz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

faiq123

19 Sentyabr 2013 00:26

[center]REAXONA SAOLSUN![/center]
--------------------
Facebook profil
Twitter
Tpo.com

Gulka

18 Sentyabr 2013 13:52

ter iyyine en cox metroda dayanilmaz olur
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

❃FloRal❃

18 Sentyabr 2013 05:28

Men Çinden bir dezodprant almışdım 5-6 gün adamı terden, iyiden qoruyurdu. Yeni, çimsende yene de tesiri getmirdi, qoruyurdu.
--------------------

***
❃❃❃

***

ToM RiDdle

17 Sentyabr 2013 22:18

Antiperspirantlardan istiafde duzgundur.Ama bunu da oxumsdum ki cox az istifade etmek lazimdir.Ordaki limfalarin isine mane olr ve xerceng yaradr.Beleki spirtlerden istifade daha duzgun olr.Ter iyi veren insanlardan diksinrem.Ya adam bir az ozune baxar ..
--------------------
Tural Adrian ♥

christmas

17 Sentyabr 2013 21:51

çox lazımlı xeber idi teşekkürler

_1D_

17 Sentyabr 2013 20:56

Maraqli xeber idi tşk ay

Starbucks

17 Sentyabr 2013 20:46

Faydalı xəbərdir...Təşəkkürlər..)
--------------------
Follow İnstagram: @anti_standart

MisS

17 Sentyabr 2013 20:42

Çox sağolun xəbərə görə

БеЛосНежКа

17 Sentyabr 2013 20:01

en nifret elediyim biweydi insandan hansisa xowagelmez qoxunun gelmesi...her ozune hormet eden insan temiz olmalidi..