Loading...
Yeni il gecəsinin sehirli gücü

Yeni il gecəsinin sehirli gücü

Loading...
(Hazir CoSa_NoStRa)Yeni il gecəsinin sehirli gücü

Arzularına çatmaq istəyirsən?
Yaşıl ipək və ya məxmər parçadan balaca torba tikin(və ya hazır alın). 31 dekabr günü gecə 12-yə bir az qalmış küknar və ya şam ağacı budağından yaşınızın sayı qədər tikan qırın. Hər tikanı əlinizdə bərk-bərk saxlayıb ürəyinizdə arzu tutun.Hər tikana bir arzu tutduqca onları bir-bir torbaya atın. Torbanı evdə yolkanın altına qoyun. Bayramdan sonra bir yerdə gizlədin. Gələn ilin 31 dekabrında torbanı açıb tikanlara baxın. Saralmış tikanlar yerinə yetməmiş arzuların göstəricisidir.Onları torpağa (və ya dipçəyə) basdırın. Yaşıl qalmış tikanları isə bir qaba qoyub üzərinə su tökün əllərinizi bu suda isladın.Sonra suyu tikanlarla birlikdə ərtafınıza tökün.
Çex falabaxması
Çexiyada bayram yeməyindən sonra alma götürüb niyyət tuturlar. Almanı tən ortadan iki yerə bölürlər. Əgər tumlar bütöv qalsa həmin ol arzularınıza çatacaqsınız. Əgər tumlar zədələnsə deməli o il o qədər də düşərli olmayacaq.
Ailənin maddi vəziyyətinin güclənməsi üçün
Bu ritualda ailənin bütün işləyən üzvləri iştirak etməlidir.Yumru gil qab və çoxlu qəpik pullar götürülür.İştirakçılar pulqabılarını götürüb içərisinə qəpiklər qoyurlar.Yeni il təhvil olan kimi saat 12-dən sonra rituala başlanılır.Vərəqə bu sözləri yazın:” Pullar pullara. Pullar gəlir. Pulları pələngə veririk,pələng də artırıb gətirir. Sözüm necədirsə elə də olacaq “.Kağız gil qabın içinə qoyulur ortasına isə balaca pələng fiquru yerləşdirilir.Ətrafdakılar yuxarıdakı sözləri deyə-deyə pulqabılarındakı bütün qəpikləri götürüb qabın içinə atırlar. Ritual başa çatandan sonra qabın ağzı yaşıl parça ilə örtülüb yaşıl sapla bağlanılır. Sapa 8 düyün vulurmalıdır.Bu işi ailənin ən yaşlı üzvü edir və düyünləri vurduqca yenidən həmin sözləri təkrarlayır. Qabı 1 il ərzində evdə saxlamaq lazımdır.

Dəsmalla falabaxma
Ərə getmək istəyən qızlar Yeni il gecəsi təzə dəsmal götürüb onu ipdən asırlar və bu sözləri deyirlər.”Bəxtimin payı taleyimin qisməti gəl əl-üzünü yu”.Sonra yatırlar.Səhər durub baxırlar:dəsmal yaşdırsa deməli bu il ərə gedəcək.Yox əgər qurudursa ən azı bir il gözləmək lazım gələcək.
Müasir fallar
Binada yaşayan qızlar bayram günü axşam eyvana çıxır üzü içəri tərəf dayanır. Onu ən çox narahat edən məsələ haqqında sual verir sonra üzünü çevirib yaxınlıqdakı binada işığı yanan pəncərələri sayır. Cüt say msələnin və ya cavabın müsbət və xeyirli və bu il ərzində yerinə yetəcəyini tək say isə əksini göstərir.
Kiminlə evlənəcəyini soğan göstərər
Yeni il gecəsi və ya yanvarın 7-si fala baxılır.Kiçik soğanların üstünə evlənməyə namizəd olan oğlanların adını yazırsınız.Sonra onları su dolu qaba buraxırsınız.Hansı soğan tez üzə çıxsa ordakı adın sahibi evlənmə təklif edəcək.
Ən effektli üsul arzuna tez qovuş!
Yeni il günü bayram süfrəsinə oturmazdan əvvəl ən çox istədiyin 3 arzunu kiçik kağıza yaz.Arzularını yazarkən bütün diqqətini rituala və istəklərinə yönəlt.Kağızı yanında saxla. Elə ki saat 12-ni vurmağa başladı,birinci zəngdən etibarən kağızı tez yandırıb külünü şampan dolu qədəhə səpib iç. 12-ci zəngə kimi bu ritualı başa çatdırmalısan. Əgər bir dəqiqə belə geciksən deməli həmin istəklərə çatmaq bu il müşkük olacaq.
P.S. Əksəriyyətimiz fallara rituallara inanmıram desək də bunları çox zaman sınaqdan keçiririk. Bunu da yadda saxlamaq lazımdı ki,arzuları və istəkləri yaradan bizlər olduğumuzçun onları da yalnız özümüz həyata keçirə bilərik. Fala inanmasaq da sırf maraqçun sınaqdan keçirməyə dəyər.Uzun sözün qısası “FALA İNANMA FALDAN DA QALMA”)))

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sevka_(JoY)

24 Dekabr 2009 04:44

[/b]Vaaaaau,coooooox interestingdi..Bezileri ise,inandirici deyil..Novruz bayraminda daha yaxwi olur..Meni ere getmek yox ee,bayram erefesinde sessiya imtahanlarim maraqlandirir ?!! [b]

Aze_girl,
Ay bashiniza dönum bu quru desmal nece yash effekti vere biler axi))
--[/b]Mentiqi oturub fikirlewsek,31 Dekabr-1 Yanvarda hava soyuq olur.Ona gore de Desmal havanin nemliyini goturecek..[b]
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

EHLIKEF

23 Dekabr 2009 13:37

Teshekkur cox maraqlidi

Privacy

23 Dekabr 2009 01:40

[hide][/hide]tsk

Guller22

23 Dekabr 2009 01:32

Twk.

LARACROFT

22 Dekabr 2009 23:14

Maraqlıdı ama inandırıcı deyil.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

LP GIRL

22 Dekabr 2009 20:25

men inaniram e bele weylere)) winked

Kevin

22 Dekabr 2009 17:49

Sitat: Aze_girl
Aha sinayacam mocking


Gedim dua edim, adım birinci çıxsın deyə)))
--------------------
Моя девушка ведьма

Aze_girl

22 Dekabr 2009 17:46

Sitat: Kevin
ən yazacaqsan mənim adımı?))

Aha sinayacam mocking

Kevin

22 Dekabr 2009 17:40

Sitat: Aze_girl
Qorxdun?Indiden xeberdarliq eledim ki,yeni hazir olde bilmek olmaz mocking


Sən yazacaqsan mənim adımı?))
--------------------
Моя девушка ведьма

Aze_girl

22 Dekabr 2009 17:19

Sitat: Kevin
bir dənə çox bilmiş sizsinizdə))

Qorxdun?Indiden xeberdarliq eledim ki,yeni hazir olde bilmek olmaz mocking

Kevin

22 Dekabr 2009 17:10

Sitat: Aze_girl

Bir adamin fanatlari 7sinede o adamin adini yazsinlar.


bir dənə çox bilmiş sizsinizdə))
--------------------
Моя девушка ведьма

Aze_girl

22 Dekabr 2009 16:48

Sitat: Londra
Bunu mütləq etmək lazım.Hansısa bir sogan üzə çıxacaq da,tez yapışırsan oğlanın yaxasından ki mənə dəxli yoxdu sən faldan çox bilmirsən ki,orda sənin adın çıxıb)

Bir adamin fanatlari 7sinede o adamin adini yazsinlar.Ureklerinide buz kimi tutsunlar.Onsuz bilecekler ki,hansini sechseler o chixacaq.Sonrada subut kimi sheklin cheksinler.Tutsunlar onun eteyinden ki,faldan chixmisan meni almalisan.O insanda mecbur olub alsin.Bildinde kimi deyirem mocking

Sitat: Londra
Aze nəsə şübhəli aparırsan ha özünü,sevgi mövzularında maraqlı şərhlərin,belə falabaxmalara marağın nəsə deyir.İcazə ver şübhələnim səndən.

Deyilesi derd deyilmocking

Sitat: Londra
Ən effektli vasitədən isə istifadə etmə,zəhərlənərsən bayram axşamı)

Basha dushmedime kagiz qarishiq nece ichmek olar.Bu fali kim keshf edibse Allah agil versin))

music_is_my_world

22 Dekabr 2009 16:34

Sitat: Fairy Dreamer
yadima dusse

yaddawa ne gelib olmemiwem ki))))hemiwe oldugu kimi yaddawin burdadi)))bir yerde baxarig))))

Aze_girl

22 Dekabr 2009 16:21

Səhər durub baxırlar:dəsmal yaşdırsa deməli bu il ərə gedəcək.

Ay bashiniza dönum bu quru desmal nece yash effekti vere biler axi))Belke mende sinayim?Deyirem birden bext achilar evim yixilar.Yox men istemirem mocking

-Jasmin-

22 Dekabr 2009 14:58

gulmek tutdu meni mocking mocking
tesekkur

denizim

22 Dekabr 2009 14:23

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Elif_87

22 Dekabr 2009 14:20

Fala heç vaxt inanmamışam... Bundan sonrada inanacağımı zənn etmirəm... Təşəkkür xəbər üçün...

MR.QARRI

22 Dekabr 2009 13:54

Mən fala inanmıram!!!

Tena

22 Dekabr 2009 13:27

Ehhhh) Taleyimizi belə fallar həll etsəydi,hər şey maraqsız olardı fellow

Afrodita

22 Dekabr 2009 13:20

Çex falabaxması

Bunu bacima deyecem etsin.Kakraz oxudug fakulte de cex-ingiliis dilidi.Senetine uygun bir fal olar biggrin
Maraqli xeber idi,Music.Duzdu hemise oxuyuram bele seyleri,amma hec vaxt etmemisem))