Fon yüklənir...
Загрузка...

Döş xərçəngində doğru bilinən 15 səhv

Загрузка...
Döş xərçəngində doğru bilinən 15 səhv

 

1. Hər 6 aydan bir məmə ultrasəsi etdiririk. Mamoqrafiyaya ehtiyac yoxdur, mamoqrafiya şüaları xərçəng xəstəliyinə gətirib çıxarır!
Döş xərçənginin erkən diaqnozunda baş üsul mamoqrafiyadır, digər üsullar mamoqrafiyanın köməkçisi ola bilərlər.

2. 40 yaşdan aşağı qadınlara mamoqrafiya çəkilməsi düzgün deyil!
Əgər qadının şikayəti yoxdursa darama mamoqrafiyasını 40 yaşa qədər etmirik. Ancaq qadının ailəsində risk varsa, məmə başından axıntı gəlirsə, döşdə kütləvi kimi tapıntılar varsa erkən yaşda da olsa mamoqrafiya edilə bilər.

3. Döş MR'ı etdirincə mamoqrafiya etdirməyə ehtiyac yoxdur!
Döş MR'ı çox həssas bir tədqiqdir. Ancaq məmə MR'ı və mamoqrafiya bir-birini tamamlayan, bir-birinin yerinə keçməyəcək tədqiqdir. Bu səbəblə hər il mamoqrafiya etdirilməlidir. Çünki döş xərçənginin birdən çox növü vardır. Döş xərçənginin 9 mm'nin altında tutsa müalicə etmə şansımız yüzdə 98 nisbətindədir. Döş xərçənginin erkən diaqnoz edilməsi çox əhəmiyyətlidir.

4. Döş xərçəngi tək tipdir, yaşlılarda daha yavaş irəliləyir!
Hər kəsin xərçəngi özünə xüsusidir, özünə aiddir. Edilən araşdırmalara görə döş xərçənginin yeni tipləri var.

5. Döş xərçəngi əməliyyatı əsnasında edilən araşdırmada linfa bezi təmizdirsə nəticə qətidir!
Az miqdardakı xərçəng hüceyrəsi əməliyyat sırasındakı araşdırmada yüzdə 10-15 nisbətlərində edilirlər. Əməliyyat sonrasında edilən patoloji araşdırma nəticəsində qətidir.

Döş xərçəngində doğru bilinən 15 səhv

6. Mamoqrafiya və biopsiyadaki şiş ölçüləri eynidir!
Mamoqrafiya xərçəngin olduğu bölgəni göstərər. Biopsiyada əldə edilən nəticə mamoqrafiyadan əldə edilən nəticə eyni olmaya bilər. Mamoqrafiyada əldə edilən nəticələrin çox vaxt xərçənglə əlaqəsi olmaya bilər.

7. Şəkər xərçəng toxumasını böyüdər!
Xərçəng hüceyrələri bədəndəki normal hüceyrələrə görə daha çox şəkər istehlak edər, bu elmi baxımdan bir gerçəkdir və doğrudur. Ancaq şəkər istehlak etmək, xərçəngi hərəkətə gətirər və ya sürətləndirər deyə elmi bir həqiqət yoxdur.

8. Kemoterapiya immuniteti çökdürür!
Bədənin immunitet sistemi ikiyə ayrılar:
a - Xərçənglə döyüşən əsl hüceyrələrin olduğu sistem.
b - Sadə immunitet hüceyrələrinin olduğu sistem.

Kemoterapiya xərçənglə döyüşən əsl hüceyrələrin olduğu immunitet sisteminə zərər verməz. Sadə immunitet hüceyrələrinə zərər verər.

9. İmmunitet sistemini yaxşı bəslənərək gücləndirmək mümkündür!
İmmunitet sisteminin dərmanlarla təzyiqlənməsinə qarşı ediləcək çox bir şey yoxdur. Göbələk yesə immunitetimiz güclənərmi deyə suallar verilir. Bu sahədə qidaların təsiriylə əlaqədar bir çox elmi iş aparılır. Ancaq tək başına bir qidanın immuniteti gücləndirdiyini bağlı elmi bir məlumat yoxdur.

10. Kemoterapiya sonrasında çıxan saçları boyatmak xərçəngin təkrarlanmasına gətirib çıxarar!
Bu sahədə çox elmi araşdırmalar edildi. Ancaq saç boyatmağın təkrarlanması artırdığına bağlı bir nəticə tapılmadı.

Döş xərçəngində doğru bilinən 15 səhv

11. Döş xərçəngi olanlar doğa bilməz, icazə yoxdur!
Əgər bir qadına döş xərçəngi diaqnozu qoyulubsa, erkən dövrdə doğurmasına icazə verilmir. Ancaq uzun bir dövrü xəstəliksiz olaraq keçirə bilibsə, bu edilən testlər ilə də təsdiqlənibsə, həkiminin icazəsi ilə hamiləliyə icazə verilir. Ya da gənc xəstələr haqqında danışılan olduğunda, yumurta hüceyrələri və yumurta toxuması saxlana bilir.

12. Döşün tamamilə çıxarılması xərçəngin sıçramasını önləyər!
Elmi araşdırma nəticələrinə görə, məmə qoruyucu cərrahı və döşün tamamilə çıxarılması arasında, xəstəliyin təkrarlanması baxımından fərq yoxdur. Döş tamamilə çıxarılsa da xəstəlik təkrarlana bilər. Sinə divarında, ya da başqa orqanlarda təkrarlanma olur.

13. Ailəsində xərçəng yoxdursa məmə xərçənginə rastlanmaz, ailəsində varsa rastalana bilər!
Ailəsində süd vəzisi xərçəngi olan kəslərdə rastlanma riski vardır, ancaq ailəsində süd vəzisi xərçəngli bir adamın olmamağı o adamda da xəstəliyin olmayacağı mənasını verməz. Bəzi qadınlar döş xərçəngiylə əlaqədar gen mutasiyasını daşıyır, amma xəstələnmir. Bəziləri xəstələnir. Bunun zəmanəti yoxdur.

14. Tamamlayıcı tibbdən fayda görülməz!
Tamamlayıcı tibb ot, zibil qaynatmaq deyil. Yoqa, mutasiya, sənətlə məşğul olmaq, hobbi əldə etmək xəstələr üçün son dərəcə faydalıdır. Xərçəngi məğlub etmiş kəslərə biz daim nələr iləsə məşğul olmaqlarını təklif edirik. İdmanla məşğul olmalıdırlar, bəslənmələrinə diqqət etməlidirlər. Çəki almaq, estrogenlər artırır, bu da xərçəng riskini artırır. Kilonu qorumaq üçün gündə templi olaraq 45-60 dəqiqə arasında idman edilməsini təklif edirik.

15. Xərçəng yoxlamasında PET-BT üzündən çox radiasiya alınır!
BT səbəbiylə radiasiya şüası verildiyi doğrudur. BT xərçəngin yerini təyin etmək üçün istifadə edilir. PET - BT həqiqətən lazımdırsa radiasiyadan qorxmaq gərəksizdir.
Загрузка...

ŞƏRHLƏR

Karacicek

17 İyul 2013 22:29

ALLAH hec kese gostermesin!!! AMIN!!!

Həyat

17 İyul 2013 18:06

Bizim nəslin qadınlarında olmuyub böyük ehtimal ki? məndə də olmaz Allah hamıdan uzaq etsin amin
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Arizona

17 İyul 2013 15:12

Sebishko, salam. Amin

Sebishko

17 İyul 2013 14:39

Allah gostermesin cox agir dertdir.Insanin canindan sirin bu dunyada hecne yoxdur kim ne deyir desin.Ne pul-para, ne sevgi,nə də ki basqa bir sey hec ne insanin vecine olmur.Hamidan uzaq qonsumuzda bu xesteliye tutulmusdu.Cox sukur indi lap yaxsidir.Neler cekdiyini bir o bir Allah bilir men yalniz uzaqdan heyatinin nece deyisdiyini gorurdum.Allah hamidan uzaq elesin.AMİN!!!
--------------------
<3<3<3<3<3

mikecolins

17 İyul 2013 14:17

Amin deyirəm mən də

Smiler

17 İyul 2013 13:55

ALLAH hamidan uzaq elesin

TiPa_PiSsKoPaTkA

17 İyul 2013 13:45

Allah heckimin bawina getirmesin..

Givenchy

17 İyul 2013 13:29

ALLAH heckime gostermesin,AMIN INW ALLAH

PeTTy

17 İyul 2013 13:10

Xerçeng xestesi olmaq isteyirem :)

Sweet girl ...

17 İyul 2013 12:59

Allah uzaq eləsin.Amin.

DeCeL BaLa BaWa BeLa

17 İyul 2013 12:36

hec kimin bawina gelmesin..Allah uzaq elesin

violetta

17 İyul 2013 12:30

Allah hamidan uzaq elesin

RİHANNA GİRL

17 İyul 2013 11:35

Allah uzaq elesin.......

Sevinc...

17 İyul 2013 11:25

ALLAH HAMIDAN UZAQ ELESİN
loading...
Загрузка...