Loading...
Duman

Duman

Loading...
Həyat


İlk dəfə Londona gələn bir adam səhər gəzməyi qərara aldı. Yola yeni çıxmışdı ki, birdən ətrafı qalın bir duman aldı. Adam:"necə olsa, bir azdan qalxar!"-deyib yoluna davam etdi. Ancaq duman qalxmaq əvəzinə bir az da qalınlaşdı. Bir azdan ətrafı "ağ bir qaranlıq" bürüdü. Geri qayıtmaq istəyəndə isə artıq nurnunun ucunu belə görə bilmirdi.

 

Həyat


Elə bu vaxt naməlum bir şəxs çiyninə toxundu və:

-Sizə nə isə lazımdır?-deyə soruşdu.

Adam sanki bunu gözləyirdi və tez:

-Bağışlayın, dumanda yolumu azmışam. Otelimə qayıtmaq istəyirəm,-deyə cavab verdi.
Naməlum şəxs: -Əlinizi mənə verin, oteliniz iki addım yaxınlıqdadır,-dedi və adamı arxasınca aparmağa başladı.

Bir qədər sonra bir binanın qarşısına gəldilər. Naməlum şəxs:

-Buyurun, bu da oteliniz,-dedi.

Adam əvvəlcə dumanın içində üzünü görə bilmədiyi bu şəxsə təşəkkür etdi, sonra da:

-Görünür, siz belə dumanlara alışmısınız. Necə oldu ki, yolu tapdınız?-deyə soruşdu..

Naməlum şəxs isə bu cavabı verdi:

-Dumanın mənim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki mən koram..


P.S."Görmək istəməyən insan qədər kor insan yoxdur" (Conatan Svift).

 

Həyat
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Eva_1

4 İyul 2013 21:17

mənalıdı
deməkki getdiyimiz yeri görmək üçün bəəzən gözümüz belə bizə kömək etmir
--------------------

cucewka

21 İyun 2013 19:38

super hekayedi.ama menasini derk eden ucun.....

Həyat

21 İyun 2013 18:17

Sitat: БеЛосНежКа
esas oxumaq deyilki oxuyub nese anlamaqdi...cox sagolun cox beyendim menasi bawa duwene boyukdu...

Düzdü kor-koranə oxumaq yox anlamaq lazımdı özünü hekayədə hiss eləmək lazımdı siz də bunu bacardız qızlar təşəkkür hamınıza give_ros
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

serpil

21 İyun 2013 16:54

-Dumanın mənim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki mən koram..

БеЛосНежКа

21 İyun 2013 12:22

P.S."Görmək istəməyən insan qədər kor insan yoxdur" (Conatan Svift).


esas oxumaq deyilki oxuyub nese anlamaqdi...cox sagolun cox beyendim menasi bawa duwene boyukdu...

_LovelY_

21 İyun 2013 05:05

Çətin ki,çoxu anlaya ləzət elədi,mənalıdır.
--------------------


Don't make me sad, Don't make me cry..

Sevinc...

20 İyun 2013 21:32

Ela hekayedi lezzet eledi

Sweet girl ...

20 İyun 2013 21:25

P.S."Görmək istəməyən insan qədər kor insan yoxdur" (Conatan Svift).
Çox gözəl ibrətamiz hekayədir.Təşəkkürlər Həyat! good

Smiler

20 İyun 2013 21:09

geseng hekayedi ama heyf ki qisadi

PeTTy

20 İyun 2013 21:08

İbretamiz hekaye,çox azı anlayacaq indi.

Twetty

20 İyun 2013 20:56



Beyendim...

❃FloRal❃

20 İyun 2013 20:39

Çox beyendim,ela hekayedi
--------------------

***
❃❃❃

***