Loading...

Hikmət damlası
Maraqlı
- 06 İyun, 2013
- 2 465 Baxış
Loading...

“Bu gün də heç kim gəlmədi”...
Bir neçə il bundan əvvəl Londonun kənar məhəllərindən birində yaşlı bir qadın öldü. Qadının evində gənclik illərindən tutduğu bir gündəlik var idi. 45 illik bir “ömrün” bütün hadisələri, ailəsi ilə keçirdiyi günlər,dostları ilə yaşadığı anlar,sevinclər,kədərlər...günbəgün bu gündəlikdə qeyd olunmuşdu. Əslində bu qeydlərdə elə əhəmiyyətli bir şey yox idi. Ancaq dəftərin son iki illik hissəsindəki qeydlər çox düşündürücü idi. Düz iki il dəftərin hər gününə ancaq bu sözlər yazımışdı: “Bu gün də təkəm... Bu gün də heç kim gəlmədi”...

Tülkülər və dovşanlar.
Bir alim tələbələri ilə meşədə gəzirdi. Bu vaxt bir tülkünün bir dovşanı qovduğunu gördü. Alim dovşanı göstərdi və:
-Qədim bir rəvayətə görə dovşanlar tülkülərdən daha sürətli qaçırlar,-dedi.
Tələbələrdən biri səbəbini soruşdu. Alim cavabı isə belə idi:
-Çünki tülkülər bir günlük yeməkləri üçün, dovşanlar isə bütün həyatları üçün qaçırlar.

Sual
Müəllim ilin son imtahanı üçün sinifə girmişdi. Bütün tələbələr həyacanla sualları gözləyirdilər. Müəllim əvvəlcə sinifə nəzər saldı. Sonra stullardan birini stolun üzərinə qoyub:
-Sizə 100 ballıq bir sual verəcəyəm. Mənə bu stulun mövcud olmadığını isbat edin,-dedi.
Və imtahan başladı.Kimisi fikirləşir, kimisi də dayanmadan nə isə yazırdı. Ancaq iki dəqiqə keçməmişdi ki, tələbələrdən biri cavabı yazdı və imtahan vərəqini müəllimə verib sinifdən çıxdı. Nəticələr elan ediləndə tələbələr arasında 100 bal alan bir tələbə var idi. Oda imtahanı iki dəqiqəyə başa vuran tələbə... Cavab isə çox sadə idi: “Hansı stulun?..”

OXŞAR XƏBƏRLƏR
Загрузка...