Loading...

Simvol bilgisi
Maraqlı
- 30 May, 2013
- 4 067 Baxış
Loading...





Simvol sözü köhnə yunan dilindən götürülmüşdür. Bir əşyanın
yarısının digərinə qovuşmasından yaranan sumbolon sözündəndir. İnsanlar hər zaman gizli
bilgiləri ötürmək üçün simvollardan istifadə ediblər. Bu şəkildə simvollar əfsanələrə,
müqəddəs mətinlərə işlənmişdir. Onların anlamını bilənlər, onları deşifrə edərək gizli
anlamlarına qovuşmuşlardır. Ayrıca, hərfləri rəqəmlərə, rəqəmləri hərflərə çevirən, müxtəlif
mənaları ifadə edən geometrik şəkillər, piktogramlar və ideogramlar inkşaf etdirilmiş, hər
əşyaya və ya canlıya məcazi adlar verilmişdir. Simvollar adi və ya qarmaşıq şəkillərdən
əmələ gələ bilər. Bunlar, rəqəm,hərf, geometrik bir şəkil, təbiətdəki bir canlı, əşya və ya
bunların birləşməsindən əmələ gələ bilər. Hamısının üzərində bir düşüncə yükü vardır və
kəsinliklə təsadüfi özəlliklər daşımazlar. Simvollar onlarla maraqlanmayana heçnə
verməzlər. Fəqət,anlayana ifadə etdikləri məna çox dərindir. Simvolizim,bir düşüncənin və
ya onların rəqəmlərlə yaxud hərflərlə anladılmasıdır. Ətrafımızdakı hər
hərfin,rəqəmin,geometric şəkillərin özlərinə məxsusu anlamları,enerjiləri vardır.
Simvolizmin ən dəyərli yanlarından biri bir simvolun anlamını itirmədən illərcə işlədilməsidir.
Lakin,bəzən bunlara başqa anlamlar qataraq işlədənlərdə olur,bunun üçün onları öyrənərkən
daha diqqətli olmaq lazımdır. Simvolizmin tarıxı çox uzun keçmişə malikdir. Sirlərin dili
olan simvolizm; gizləyərək açıqlar, açıqlayaraq gizlər. İnsanoğlu minlərcə ildirki hər zaman
qayalara,divarlara rəsm çəkmək ehtiyacı duyarlar. Yazının keçmışı isə 5000 ili keçməz.

Piktografi; Düşüncələri və fikirləri anladan şəkil formalı ilk yazı
sistemidir.Çizilmiş, boyanmış yada oyulmuş rəsimlər aracılığı ilə insanlar arasındakı əlaqə
və fikri izah edər. İşarə: Sənətin və qrafikin təməlini oluşdurar.
Piktogram; Latınca kökü olan boyamaq ve Yunanca kökü olan
“izləmək,yazmaq” sözcüklərindən törəmiş şəkli yazı sistemidir. İlkin çağlarda yazı əvəzinə
işlənən yazılar hazırda Piktografiyanın əsasını təşkil edir.
Qayaların çizilməsinə petrogram, bu qayaların qazılması,oyulmasına da petroglif denir.
Onlar tarixi aydınlatmaqda yardımcı olarlar.
İdeografi; Rəsim sənətiylə yazı arasındakı əlaqəni təmsil
edər.Yazının müxtəlif tərəflərini anladar .
İdeogram;Bir düşüncənin ya da bir əşyanın səs cəhətdən ifadəsinin
olmamasını göstərər. İdeogramların səs baxımından ifadəsi yoxdur.
Yazı; Danışıq səslərini qrafik bir sistemlə ifadəsidir. İlk insanlar öz fikilrəi üçün sadəcə
simvollardan daha sonralar isə bunu yazıya çevirəcək qədər inkşaf etdirmişlər.

Mağara insanları, Misirlilər, Finikiyalılar, Köhnə Yunanlılar və Romalılar Əlifbanın
yaranmasında vacib rol oynamışlar. İlk yazı Mesapotamiyada E.Ə. 3000illərində
Şumerlərin yaratmış olduqları piktogramlardan törəmiş olan və yumşaq gil lövhə üzərində
yazılan Çiyi yazısıdır. Normal halda sağdan sola yazılan Çiyi yazısı bəzi mənbələrdə
yuxarıdan aşağıya yazıldığıda görülmüşdür B.E. 1-ci yüzilliyin sonuna qədər işlədilmişdir..
Akkadlar, Elamlılar, Aşşurlular, Babillər, Hititler, Kasitler və Urartular da rəsim yazısı
olaraq ortaya çıxan bu yazıdan istifadə etmişlər.
Misirlilərdə eyni zamanda 24 hərfdən ibarət herogliflər və bunun
yanında 500 sözcükdən ibarət bir mükəmməl yazı növü yaratmışdılar. İşarət; uyarma, yol
göstərmək duyurmaq anlamındadır.
Köhnə mədəniyyətlərin öz əşyalarını bəlirləmək üçün basdıqları işarələr günümüzdə ailə
simvolu və yer, şirkət quruluş v.s. markası olaqraq işlədilməkdədir.Adı bildiyimiz üzük
sadəcə bir dairə anlamda işləndikdə otorite anlamını ifadə etməyə başlar. İç-içə keçirilmiş
yumru dairələr isə olimpiadanın nişanəsidir. İşarətin bir parçası olan simvol daha dəqiq
mənanı ifadə edər. Yaxşı bir formada hazırlanmış bir simvol mesajdan daha artığını verə
bilər.

Astronomi insan mədəniyyətinin ən qədim budaqlarından biridir.
Inanılması mümkün olmamaqla birlikdə Mesopotamiya’nın, Misirin, Orta Amerikanın və
Uzaq Şərqin ulduzlarla əlaqədər rahib bilim adamlarının Astronomi haqqında dedikləri 6000
ildən artıqdırki günümüzə qədər heç dəyişmədə gəlib çatmışdır. Onların dediyi bir ilin 365
gün və 8 saatdan ibarət olduğu günümüz üçün hələdə geçərlidir. İnsanoğlu tarıx boyunca
təbiət üstü qüvvələrin varlığına inanmış,və onlarda qorxmuşdur, görünmeyen güçlerin
varlığına inanmış ve korkmuştur. Bu şeytani güçlerle savaşmak için sihir ve mistik
sembolleri ile kendince silahlar geliştirmiştir. .Və bu şeytanı qüvvələrlə savaşmaq üçün
özünə əfsun,sehir və simvollardan istifadə etmişdir.
Tək tanrılı dinlərədə simvollardan istifadə olunmaz. Sadəcə roma və Katolik kilsələrində
dinsəl simvollar çox yayqındır. Bəzənsə çox adi olan və məna ifadə etməyən işlədilən
simvollarda olur. Hərflər,rəqəmlər, aritmetik işarələr kimi.
Grafik simvollar ifadələrin anlaşımasında, miqdar ilə bilginin
dəqiqləşdirilməsində yararlıdır.
Bir simvolda ən önəmli ollan ikibaşlı yozumun sına yol verilməməsdir. Eyni şeyi ifadə edən
bir çox simvollar vardır. Və bəzəndə bir birinə çox oxşayan lakın bir birilə heç bir əlaqəsi
olmayan simvollarada rast gəlmək olar.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...