Fon yüklənir...
Загрузка...

Hikmət damlası

Загрузка...
Hikmət damlası



Ad günü

Artıq evlənmiş, oğul-uşaq sahibi olmuşdu. Bir gecə yarısı saat 03:30-da telefon zəng çaldı. Telefondakı səsə anasının səsi idi. Bu gözlənilməz zəng ona o qədər də xoş gəlməmişdi. Odur ki, az qala var gücü ilə:
-Nə var, nə istiyirsən? Bu gecə yarısı niyə məni narahat edirsən? Səhər zəng etsəydin, olmazdı?-dedi.
Anası incik bir səslə cavab verdi:
-Bundan 25 il əvvəl sən də məni narahat etmişdin. Gecə yarısı, saat 03:30-da. Ad günün mübarək olsun!..

 

Hikmət damlası

 

Alim və axmaq

Fransızlar Fransa Elmlər Akademiyasında işləyən məhşur rus alimi Mixayıl Lomonosovu sevmir və tez-tez onu “sancmağa” çalışırdılar. Bir dəfə öyrədilmiş bir təlxək Lomonosovun cibinin deşik olduğunu görür və onun cibinə baxaraq: “Deşikdən alim görünür?”- deyə soruşur. Lomonosov isə halını pozmayaraq: “Yox, deşikdən axmaqlar baxır”,-deyə cavab verir.

 

Hikmət damlası

 

Kitabın adı

Bir yazıçı bir kitab çıxarmışdı. Kitabın adı: “Çirkin qadınlara tövsiyələr” idi. Kitab heç satılmadı. Yazıçı kitabın adını dəyişdirir. Bu dəfə kitabın adı: “Necə gözəl ola bilərəm?” oldu. Kitabın bir hissəsi satıldı. Yazıçı kitabın adını yenə dəyişdirdi. Bu dəfə kitabın adı:”Gözəl qadınlara tövsiyələr” oldu. Və kitabın hamısı satıldı...

P.S. Heç bir qadın özünü çirkin hesab etmir.
Загрузка...

ŞƏRHLƏR

cucewka

12 İyun 2013 17:50

AD GUNU hekayesi daha maraqli idi wink2

Smiler

8 İyun 2013 14:57

birincisi lap maraqli geldi

Sevinc...

2 İyun 2013 21:15

En maraqlısı birincidi hemde çox menalıdı

Mələk

30 May 2013 10:30

Ad günü
bunu bilirdim
ən çox xoşuma gələn alim və axmaq

♣YoL_Cu♣

29 May 2013 22:38

Məna kəsb edən hekayələrdir... alimin cavabı da məqsədəuyğun idi


----------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

❃FloRal❃

29 May 2013 21:39

En maraqlisi 1-ci si idi
--------------------

***
❃❃❃

***

Just love me :)

29 May 2013 17:01

Maraqli idi tewekkurler.

ben ve sen

29 May 2013 15:37

Tewekkurler

Kristina

29 May 2013 14:59

AD GUNU ILE BAGLI OLAN MEQALE DAHA COX XOWUMA GELDI

Eva_1

29 May 2013 14:35

Sitat: Həyat
Ana övladın atmıyıb oğlu evlənib ayrı yaşıyır.Bəyəndiyin üçün təşəkkür

biiy hə o tərəfdəndə baxmaq lazımdı ))) yes
--------------------

Həyat

29 May 2013 14:30

Sitat: БеЛосНежКа
ozunu cikin hesab eden qadin artiq yawamagin ve gozelliyin ne oldugunu bilmir mence....

hə düzdü
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

БеЛосНежКа

29 May 2013 14:23

Ad günü

ne olur olsun boyusekde neynesekde analarimizin gozunde hemiwe uwagiq.. nece olur olsun ana hemiwe en birinci ovladini duwunur onuncun yawayir...

P.S. Heç bir qadın özünü çirkin hesab etmir.

ozunu cikin hesab eden qadin artiq yawamagin ve gozelliyin ne oldugunu bilmir mence....

cox sagolun cox maaqli hekayeler idi...

Həyat

29 May 2013 14:19

Sitat: Eva_1
həyati hekayələrdi həqiqətən ana görəsən övladını niyə qoyub gedibki indi təbrikini telefonla deyir ? nə olursa olsun heç bir ana övladını atmamalıdır
Çox bəəyənirəm bu xəbəri

Ana övladın atmıyıb oğlu evlənib ayrı yaşıyır.Bəyəndiyin üçün təşəkkür give_ros
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

PeTTy

29 May 2013 14:18

Ad günü hekayesine pis oldum,övlad ne qeder pis olsa da ana daim onu xatırlayır.

Eva_1

29 May 2013 14:17

həyati hekayələrdi həqiqətən ana görəsən övladını niyə qoyub gedibki indi təbrikini telefonla deyir ? nə olursa olsun heç bir ana övladını atmamalıdır
Çox bəəyənirəm bu xəbəri
yes
--------------------

SwAg VaMpIrE

29 May 2013 14:12

P.S. Heç bir qadın özünü çirkin hesab etmir.

ÇİRKİN QADIN YOXDUR.BAXIMSIZ QADIN VARDIR

ZENDAYA

29 May 2013 14:08

Ad günü

Artıq evlənmiş, oğul-uşaq sahibi olmuşdu. Bir gecə yarısı saat 03:30-da telefon zəng çaldı. Telefondakı səsə anasının səsi idi. Bu gözlənilməz zəng ona o qədər də xoş gəlməmişdi. Odur ki, az qala var gücü ilə:
-Nə var, nə istiyirsən? Bu gecə yarısı niyə məni narahat edirsən? Səhər zəng etsəydin, olmazdı?-dedi.
Anası incik bir səslə cavab verdi:
-Bundan 25 il əvvəl sən də məni narahat etmişdin. Gecə yarısı, saat 03:30-da. Ad günün mübarək olsun!..
BU COX GOZEL IDI
loading...
Загрузка...