Loading...
Dost...

Dost...

Loading...
Həyat o qədər qəribədir ki... Bu həyata gəldikdə çox balaca oluruq, lakin buna baxmayaraq biz o qədər xoşbəxt oluruq ki, qəlbimizdə nə kin olur, nə də qəm. Böyüdükcə isə biz daha az xoşbəxtlik yansıdırıq ətrafımıza, mehribanlıq azalır, sevməyi unuduruq və ətrafımızda o qədər az insan qalır ki, hansını ki sadəcə tanış deyil, əsl dost adlandırmaq olsun.

Dost...


Əlbət hər birimizin həyatında sirlərini paylaşdığı sirdaşı vardır. O bizi sadəcə bir sözdən anlayar, dəstəkləyir, o bizim hər zaman köməyimizə gəlir, məsafə və zamandan asılı olmadan, sadəcə çağırmağın yetərli... O an elə düşünürsən ki onlar hər zaman yanında olacaq, heç bir zaman ayrılmayacağınızı sanırsan... Axı o sənin ən yaxınındı, nə ola bilər ki sizi ayıracaq- sualını özünə verərsən. Lakin bu bir həyatdı, əlbət nələrin olacağı bəlli deyildir...

 

Dost...


Zamanla dostların çoxalar, o əsl dost kölgədə qalar. Onun sözləri anlamsız, onun inciməsi, küsməsi sənin üçün mənasız olar. Onu itirmək belə sənə mənasız gələr, axı artıq tək o deyil sənin yanında, artıq həyatında çoxdur səni çox istəyən, hər gün səni xoş sözlərlə bürüyən insanlar. Və beləcə o insan silinər həyatından...
Zaman keçir və sənin həyatına elə bir insan gəlir ki, o sənin hər şeyin olur. O sənin həyatının mənası olur, sənin həyatın olur. Axı artıq həyatında sənə çox doğma olan O var, onunla bağlı xoşbəxtlilər həyatını bürüyər. Və bu zaman kənarda olan dostlarına zamanın qalmaz. Ətrafındakılara daha az vaxt ayırırsan, sənə dəyərli olan dostlardan an-ba an uzaqlaşarsan sənin bu halını anlamadıqlarından, və tədricən onlar səndən ayrılıb gedər. Maraqsız həyatından bezib səni buraxıb gedərlər... Hətta özün belə həyatında sadəcə onun olduğunun fərqində olmursan. Artıq heç bir dost sandıqların yoxdu həyatında, lakin bunun səbəbi sənin onlara lazım olmaman və ya sənin pis biri olmağın deyil. Onlar sənin üçün eyni dəyərdə olduqları halda sadəcə səninlə deyillər.
Fərqinə vardığında üzülürsən, və əl sallayıb “demək ki onlara lazım deyiləmmiş, eyb etməz, əsas mənim istəklim mənimlədi və heç məni buraxmaz” deyib keçirsən. Həyatın acı oyunu o zaman öz sözünü deyir və gün gəlir ki, sənin üçün yeganə dəyərli və yanında olan insan səninlə ayrılmaq məcburiyyətində olur. Həmin an sadəcə yalnız qalırsan, sənin dəstəyə ehtiyacın olduğu an yanında heç kim olmur səni dinləməyə...
Lakin bir gün sənə zəng gələr, sən qapını açarsan və qarşında birini görərsən, hansının ki gəlişini heç gözləmərsən. O sənin əsl dostundur. O insan ki, onu bilmədən acılayıb həyatımdan çıx demişdin... Lakin buna baxmayaraq o səndən üz çevirməyib sənə gəlibdi, sənin necə olduğunu soruşub halınla maraqlanır, yenidən sənə görə narahat olur... O gəlibdi, çünki sən tək qalmağı seçərkən o sənin dəstəyə ehtiyacın olduğunu bilir, sənin hər bir etdiklərini anlayır və sənin zamanında çox gözəl bir dost olduğunu unutmur... Sadəcə bir anla deyil, ööncədən yaşanılan anlarla səni dəyərləndirir... Çünki o sənin dostundur...


P.S. Dostlarınızı qoruyun, ən çətin anda yanınızda olan insanları dəyərləndirin... Xoş anınızda, sevincinizdə yanınızda çox insan olar, lakin sən yatmayıb ağlayarkən səninlə birgə ağlayanı unutma, baş ucunda durub sənin adını çəkib dua edənini unutma. Çünki onlara dəyər vermərsən, lakin bir gün gələr yenidən həmin çətin anın gələr və o an əsl dosta ehtiyacın olar...

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

a_y_a_n

27 İyul 2014 19:15

men dostumu secerdim <<

Gunay

18 İyun 2014 15:50

Sitat: populduz ve barbie
sual.menden.cavap.sizlerden.(((...sevgilinizi.secerdiz..yoxsa..tostunuzu..)))...

??

Dostumu secerdim gozel

emiwka

6 İyun 2014 20:25

sual.menden.cavap.sizlerden.(((...sevgilinizi.secerdiz..yoxsa..tostunuzu..)))...
??
--------------------
Getdim Sagolun

Starbucks

20 Aprel 2014 19:32

O gəlibdi, çünki sən tək qalmağı seçərkən o sənin dəstəyə ehtiyacın olduğunu bilir, sənin hər bir etdiklərini anlayır və sənin zamanında çox gözəl bir dost olduğunu unutmur... Sadəcə bir anla deyil, ööncədən yaşanılan anlarla səni dəyərləndirir... Çünki o sənin dostundur...

Kövrəldim...
--------------------
Follow İnstagram: @anti_standart

_РуСаЛКа_

16 İyun 2013 16:11

Çevrem genişdi, çox tanışım var ama dost başqadır... esl dostum 1 nəfərdi.. 14 ildi ki bir yerdəyik.. uşaqlıgımızdan bu günə hər şeyi bərabər yaşamışıq...bizi ən gözəl bir birimiz tanıyırıq, bəzən bir birimizdən başqa heç kimsəmiz olmur.. Dost çox dəyərli və gözəldi əgər dogru insandırsa...

Sevinc...

11 İyun 2013 17:50

Menim üçün dostluq önemlidi amma dost seçiminde çox vaxt yanılmışam amma indi biriynen dostluq edirem ela qızdı

Mrs_DirectioneR

19 May 2013 22:06

4ever Friendship :)

ben ve sen

17 May 2013 19:47

O baxır necə dosta dot olur uzə gulur arxaca danısır elə dost var sən sadiq olur

Glamour Angel

14 May 2013 16:13

Esil dost ikinci "MEN"demekdir.Ona özün kimi inanmalisan,güvenmelisen.Amma birseyide unutmayin,inanmadiginiz,güvenmediyiniz birine sirr vermeyin.Iki adamin bildiyi artiq sirr deyildir ve sirrini dostuna deme,dostunun da dostu var,sözlerini unutmayin ki,zerer görmeyesiniz drinks wink2

БеЛосНежКа

14 May 2013 14:21

dost...men ozum heqiqetende dost canliyam hemiwe dost bileceyim insanin sevincinde de kederli gununde de yaninda olmagi bacariram...ama hemiwe mene lazim olanda niyese heckimin yadina duwmurem..ona gore dost deyen insana inanmiram..taniwlarim coxdu etrafimda ama oyrenmiwemki insanin ailesinden bawqa heckimse ona can yandirmaz...

DeCeL BaLa BaWa BeLa

14 May 2013 11:22

Menim etrafimdaa dostum coxx olub lakin birinin yeri menim ucun ayriydi onudaa pisss gunumdee sinadim ve esl dost olmadigini gordum ve indi bilirem ki heyatda esl dost yoxdur buda insana cooxx aci verir lovely

Reco88

14 May 2013 01:12

men dostluqa inanmiram. dostum ailemdir

Mələk

13 May 2013 21:26

mən heç vaxt dostdan yarımamışam bilmirəm niyə.ama özüm dostluğu sevirəm dəyərləndirirəm.bəlkə də düzgün seçim etməmişəm.

naxcivanli gozel

13 May 2013 20:18

MEN dostumu sinagdan kecirmiwem deyirlereee dost dar gunde taninara,heqiqetende dedim bax esl dost budur.hetda bezi vefasiz insanlar oldu heyatimda amma o menden men de ondan berk berk tutundug.pis gunumuzde hemiwe bir birimizin yaninda oldug indide eledi .dostik seni coooox isteyirem. drinks

ZENDAYA

13 May 2013 18:16

men dostumu her zaman deyerlendirib qoruyuram cox sagol

❃FloRal❃

13 May 2013 18:09

Menim dostum hemise menim yanimda olur,sagolsun
--------------------

***
❃❃❃

***

ıssız adam

13 May 2013 17:50

yaxin dostum var cox sinaqdan kecirmisik bir birimizi hamisindanda uzu ag cixmisiq

LOVE SEVGI

13 May 2013 17:48

ESIL DOST VAR....

A_K

13 May 2013 16:45

Dost yoxdur, düşmən var!
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

PeTTy

13 May 2013 15:44

Repden bir misra:
Sene baxıram düzgün,axı sen menim güzgüm,dost...

Eva_1

13 May 2013 15:17

Insana ən sadiq dostu zaman göstərir
yes
--------------------

Smiler

13 May 2013 15:16

Dostlarınızı qoruyun, ən çətin anda yanınızda olan insanları dəyərləndirin... Xoş anınızda, sevincinizdə yanınızda çox insan olar, lakin sən yatmayıb ağlayarkən səninlə birgə ağlayanı unutma, baş ucunda durub sənin adını çəkib dua edənini unutma. Çünki onlara dəyər vermərsən, lakin bir gün gələr yenidən həmin çətin anın gələr və o an əsl dosta ehtiyacın olar...

kenzo-1991

13 May 2013 15:13

Dostlarınızı qoruyun, ən çətin anda yanınızda olan insanları dəyərləndirin... girl