Fon yüklənir...
Загрузка...

Hikmət damlaları

Загрузка...
Hikmət damlaları

Hikmət damlaları

Haqsız, yoxsa haqlı?
Məhşur filosof Sokrat (e.ə.470-399-cu illər) o dövrün idarəsi tərəfindən edama məhkum edilmişdi. Günahı isə “dövlətin rəsmi ilahlarına inanmamaq, başqa bir ilaha inanmaq və üstəlik, bu fikirlərini yaymaq“ idi. Edam ediləcəyi gün həyat yoldaşı yanına gəldi və ağlayaraq: “Eh, Sokrat! Haqsız yerə edam olunursan” -dedi, Sokrat isə gülərək, belə cavab verdi: “ Nədir, yoxsa sən mənim haqlı yerə edam olunmağımı istəyirsən?”

Hikmət damlaları

Müvəffəqiyyətin “açarı”
Gənc sığortaçı gərgin bir iş gününün sonunda nəhayət böyük bir iş adamından istədiyi görüşü almağa nail olmuşdur. Gənc sığortaçı iş adamının dəbdəbəli otağına girəndə iş adamının ona ilk sözü bu oldu: “Sizi təbrik edirəm! Bu gün sizin üçün uğurlu bir gün imiş. Bu gün məni görmək istəyən bir neçə sığortaçı da var idi. Ancaq mən heç birini qəbul etmədim”. Gənc sığortaçı cavab verdi: “İşinizin çox olduğunu bilirəm. Ancaq bir şey etiraf etmək istəyirəm. Bu gün sizdən görüş istəyən o biri sığortaçılarda mən idim!

Hikmət damlaları

Ən böyük dərs!
Bir adma Sakit okeanın ortasında azmışdı. Kiçik bir qayıqda 21 gün okean sularının qoynunda qaldı. Ancaq çox keçməmiş xilasedicilər onu xilas edəcək, o isə bu hadisədən sonra Amerikada böyük şöhrət qazanacaqdı. Bir gün məhşur amerikalı yazıçı Deyl Karnegi Edvard Rikenbaker adlı bu adamın yanına gəldi və yaşadığı bu “təcrübədən“ hansı dərs aldığını soruşdu. Adamın verdiyi cavab isə bu idi: “Bu təcrübədən aldığım ən böyük dərs budur: əgər insanın içə biləcəyi qədər suyu və yeyə biləcəyi qədər çörəyi varsa, həyatda heç bir şeydən şikayət etməyə haqqı yoxdur...
Загрузка...

ŞƏRHLƏR

Starbucks

12 May 2013 17:36

--------------------
Follow İnstagram: @anti_standart

PeTTy

11 May 2013 16:26

Sokrat qeşey deyib aaa,amma Sokrat edam olaraq ölmüyüb mence...

Həyat

11 May 2013 13:21

Sitat: Eva_1
ehh Haqli olani indi ciyerini cixardirlar harda qaldi haqsiz olani
bəyəndiyim xəbərlərdən di ardı olsun

ardı olacaq gülüm
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Mələk

11 May 2013 13:00

Müvəffəqiyyətin “açarı”
supper təşəkkür

Eva_1

11 May 2013 12:57

ehh Haqli olani indi ciyerini cixardirlar harda qaldi haqsiz olani
bəyəndiyim xəbərlərdən di ardı olsun
yes
--------------------

ZENDAYA

11 May 2013 12:09

3 de cox menali idi 1ci haqqda biraz fikirlesenden sora basa dusdum tewekkur

A_K

11 May 2013 12:05

Birincisi maraqlıydı
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

❃FloRal❃

11 May 2013 11:21

Bele xeberler çox xoşuma gelir
--------------------

***
❃❃❃

***
loading...
Загрузка...