Loading...
Kişilərin 7 böyük qorxusu

Kişilərin 7 böyük qorxusu

Loading...

Kişilərin 7 böyük qorxusu!


O, cazibədar, yaraşıqlı və güclüdür. Hər qızı arxasından qaçdıra biləcək qədər də müvəffəqiyyətlidir...
Bəzi zamanlar kilonuzdan şikayətçi oldunuzmu? Və ya köhnəsi qədər gözəl olmadığınızı və bu səbəblə də kişinizin başqalarına baxdığını düşündünüzmü? Əgər belə narahatlıqlarınız varsa sizə gözəl bir xəbərimiz var. Ən az sizin narahatlıqlarınız qədər kişinizin də bəzi narahatlıqları var. Artıq o da ən az sizin qədər necə göründüyünə əhəmiyyət verir. Geyiminə, saçına diqqət yetirir. Kilo aldıqda kədərlənir, keçəl qalmaqdan isə, ödü partlayır.


Sizə kişilərin qorxduğu 7 şeyi təqdim edirik…

 

Kişilərin 7 Böyük Qorxusu


Kiçiklik qorxusu


Bütün qadınların bildiyi kimi kişilər cinsi orqanlarının ölçülərinə çox əhəmiyyət verərlər. Çoxu kişi üçün birlikdə olduğu qadınların cinsi orqanlarının böyüklüyü də əhəmiyyətlidir. Bu səbəblə kişinizin özünü yaxşı hiss etməsi üçün onunla bərabərkən onun sizi xoşbəxt etdiyini vurğulayın. Ona "Möcüzə bir bədənin var və ya səni çox bəyənirəm" kimi şeylər söyləyə bilərsiniz. Ona əsla elə olmadığı halda "Tanrım çox böyük" kimi şeylər söyləməyin. O, bu söylədiyinizin gerçək olmadığını bildiyi üçün, bu mövzuda özünə olan etibarsızlığı daha da artacaq.

 

Kişilərin 7 Böyük Qorxusu


Pul qazana bilməmə qorxusu


Hər qadın, kişisinin müvəffəqiyyətli, xarakterli və yaraşıqlı olmasını istər. Ayrıca kişilərinin iç gözəlliyə də əhəmiyyət verməsinə diqqət yetirərlər. Təbii siz də daha az yeyərək 38 bədənə çatsanız heç pis olmaz. Burada əhəmiyyətli olan kişinin özünə hansı mövzularda nə qədər etibarlı olduğunu hiss etməsidir. Xüsusilə pul mövzularında bəzi kişilər hər vaxt üçün qadınlardan üstün olmaq istəyərlər. Yoldaşlarının özlərindən çox pul qazanmalarından narahat olarlar. Siz də çalışırsınızsa və ondan çox qazanırsınızsa, əmin olun bu onu çox narahat edir. Hətta bir gün evə çox böyük miqdarda bir çeklə gəlməniz onun ən böyük kabusu ola bilər. Ondakı bu qorxunu məğlub etməniz üçün sizə bəzi tövsiyələrimiz var. Əvvəlcə pulun həyatınızda o qədər əhəmiyyətli bir yeri olmadığını ona hiss etdirin. Onu pulsuz olsaydı belə çox sevəcəyinizi, sizin üçün onun xarakterinin ön planda olduğunu söyləyin.

 

Kişilərin 7 Böyük Qorxusu


Rədd edilmə qorxusu


Kişilər çox dəyişik varlıqlardır. Çoxu kişi sırf rədd edilmə qorxusundan ötəri xoşlandığı adama yaxınlaşa bilməz. Özündə əskiklik hiss edən kişilər ümumiyyətlə qarşı cinsə yaxınlaşmaqda çətinlik çətinlik çəkərlər. Sizinlə birlikdə olduqlarında isə, hər vaxt sizə nə qədər romantik və də istəkli olduqlarının siqnallarını verməyə çalışarlar. Sizinlə ortaq nöqtələri olduğuna inanmanızı təmin edərlər. Bu səbəblə sizin belə vəziyyətlərdə ona köməkçi olmanız lazımdır. Əgər siz də ondan xoşlandınızsa bunu ona bir şəkildə bildirməlisiniz. Ən kiçik bir jestlə ya da sözlə ona "Mən də səndən xoşlandım, sabah görüşə bilərik siqnalını verə bilərsiniz. Bu şəkildə onun özünə olan etibarını yenidən qazandırmış olarsınız.

 

Kişilərin 7 Böyük Qorxusu


Keçəl qalma qorxusu


Bruce Willis və Sean Connery, bir çox qadın tərəfindən çox seksual və yaraşıqlı sayılır. İkisinin ortaq nöqtəsi isə, keçəl olmaları. Həkimlər kişilərin çoxunun iyirmili yaşlardan etibarən saçlarının tökülməsini qaçınılmaz olaraq xarakterizə edir. Ayrıca yenə araşdırmalar, kişilərin keçəl qalmalarıyla yüksək testesteron səviyyələri arasında bir əlaqə olduğunu da göstərir. Ətrafınızdakı kişilərə diqqət yetirin çoxunun keçəl ya da keçəl olmaq üzrə olduğunu görə bilərsiniz. Əgər sevgilinizin də belə bir problemi varsa ona davamlı olaraq bu halıyla çox seksual göründüyünü söyləyin.

 

Kişilərin 7 Böyük Qorxusu


Çox tük qorxusu


Tətildəsiniz və bir neçə gündür gördüyünüz çox yaraşıqlı bir kişilə ilk dəfə çimərlikdə qarşılaşdınız. Amma paltarını çıxartdığı anda görürsünüz ki o kiçik diametrli bir qorilladır. Artıq ona ilişməyə davam edib etməmək sizə qalmış. Bəzi qadınlar belə çox tüklü kişilərdən xoşlanarlarkən, bəziləri də nifrət edər. Amma kişilər çox tüklü olmaqdan çox da məmnun deyildirlər. Bu vəziyyətdə sizin onu rahatlaşdırmanız lazımdır. Əgər onun bu halından narahat deyilsinizsə, onu bu halıyla çox bəyəndiyinizi ona söyləyin. Əgər narahatsınızsa, ona nəzakətli tüklərdən xilas olmanın bəzi yolları olduğunu söyləyə bilərsiniz.

 

Kişilərin 7 Böyük Qorxusu


Ailənizlə tanış olma qorxusu


Sizə görə ailəniz sıravi bir şəhərdə, sıravi bir həyat yaşayan, sıravi bir cütlükdür. Amma kişi yoldaşınıza görə ailəniz sizin haqqınızda qərar vermə səlahiyyəti olan, hakim mövqeyində olan kəslərdir. Bu səbəblə ailənizlə tanış olma mövzusu hər açıldığında sizi bir şəkildə sovuşdurarlar. Bir şəkildə onu razı salıb, ailənizlə tanış olmaq üçün yola çıxdığınızda etməniz lazım olan bəzi şeylər var. Əvvəlcə ona ailənizlə tanış olmaq üçün gəldiyinə çox xoşbəxt olduğunuzu və ona olan güvəninin daha da artdığını söyləyə bilərsiniz. Hətta ailənizdən qorxursa ona ailənizin köhnə yoldaşlarınızla da tanış olduğunu və onları çox sevdiyini söyləyin.

 

Kişilərin 7 Böyük Qorxusu


Bağlanma qorxusu


Bir kişi üçün öz özünü idarə edə bilməsi çox əhəmiyyətlidir. Və bu avto-idarənin həyatda xoşbəxt ola bilmək üçün tək açar olduğuna inanarlar. Bir kişi hamısıyla aşiq olduğunda içindən "Tanrım, bütün idarəmi itirdim. Gücsüz bir kılıbık oldum" deyə düşünər. Duyğuları elə çoşqun olar ki həyatının tək məqsədi sizi xoşbəxt etmək olar. Sizi itirməkdən də çox qorxar. Belə vəziyyətlərdə kişi yoldaşınız sizə "Sənə olan eşqim məni qorxutmağa başladı." kimi sözlər söyləyə bilər. Sizin cavablarınız əhəmiyyətlidir. Məsələn ona "Həyatım bu hisslərin çox normaldır. Mənə qorxularını etiraf etdiyin üçün çox cəsursan" kimi sözlər söyləyə bilərsiniz.

 

Kişilərin 7 Böyük Qorxusu
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

БеЛосНежКа

17 May 2013 21:41

maraqlidi...ama baglanma qorxusunu men tek kiwilere aid etmezdim... puah

ıssız adam

14 May 2013 21:10

demeli sizde nedense qorxursuz

İlkay

8 May 2013 19:03

Baglanmaq qorxusu tek kiwilerde deyil bu her kesde ola bilir..

Eva_1

8 May 2013 17:41

BUnlar qorxudan başqa öz psixologiyalarında yaratdığı bir kompleksdi. Özgüvəni itirmək hər iki tərəfdə olarsa o zaman heç bir qorxu qalmaz.
Maraqlı idi bilmədiklərimi bildim və azada olsa necə rəftar edəcəyimi konkretləşdırdım təşəkkürlər
yes

Sitat: Eva_1
Özgüvəni itirmək hər iki tərəfdə olarsa o zaman heç bir qorxu qalmaz.

sorry səhv yazdım Özgüvəni itirmək deyildə qazanmaq olarsa
--------------------

A_K

8 May 2013 15:43

bu kişilərdə yaman moda düşübləre saytda nea
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

DeCeL BaLa BaWa BeLa

8 May 2013 10:39

Bağlanma qorxusu


Bir kişi üçün öz özünü idarə edə bilməsi çox əhəmiyyətlidir. Və bu avto-idarənin həyatda xoşbəxt ola bilmək üçün tək açar olduğuna inanarlar. Bir kişi hamısıyla aşiq olduğunda içindən "Tanrım, bütün idarəmi itirdim. Gücsüz bir kılıbık oldum" deyə düşünər. Duyğuları elə çoşqun olar ki həyatının tək məqsədi sizi xoşbəxt etmək olar. Sizi itirməkdən də çox qorxar. Belə vəziyyətlərdə kişi yoldaşınız sizə "Sənə olan eşqim məni qorxutmağa başladı." kimi sözlər söyləyə bilər. Sizin cavablarınız əhəmiyyətlidir. Məsələn ona "Həyatım bu hisslərin çox normaldır. Mənə qorxularını etiraf etdiyin üçün çox cəsursan" kimi sözlər söyləyə bilərsiniz.

NICKY

7 May 2013 23:09

hmm demeli bele...
--------------------
♡♡♡

ZENDAYA

7 May 2013 22:56

en boyuk qorxu mence kecel qalmadi hec kim istemez bnu

PeTTy

7 May 2013 22:29

Ümumiyyetle oğlanların nedense qorxması mene çatmır,oğlan cesaretli olmalıdı,bele xırda şeylere qorxmaq lazımdı,qorxanda da bizi itirmekden qorxsunlar bu qeder...

Mələk

7 May 2013 22:21

Keçəl qalma qorxusu

haha var elələrin tanıyıram çox qorxurlar