Loading...
Hər insan biraz yalnızdır...

Hər insan biraz yalnızdır...

Loading...
Həyat hər zaman istədiyimiz şəkildə irəliləməz. Bəzən acı çəkdirər, bəzən də xoşbəxtlik verər. Amma insan həmişə axtarış içərisindədir. Ümidi, dincliyi bütün həyatı boyunca axtarmışdır. Əslində məqsədi bir az sevgi görməkdir insanoğlunun. Tale cizgisi insanın həmişə sorğuladığı bir anlayış olmuşdur. Bəzən üsyan edər, bəzən də məqsədsiz olaraq sarılar bu taleyinə. Sorğulamaq istəyər, amma bacara bilməz, çünki o da bilir taleyinə yeniləcəyini. Və sorğuladıqca tək qalar.
Əslində hamımız bir az yalnızıq. Kimi axtardığı eşqi tapmaq istəyərkən, kimisi də taleyinin arxasından gedərkən tək qalmışdır. Həyatda həmişə bir əskiyimiz olmuşdur, ya da qanayan bir yaramız. Müalicə edə bilmədiyimiz, üstünə düşündükcə bizi daha çox yandıran elə dayanan bir yaramız var. Bizi yalnız qılan əslində bu qanayan yaralarımızı müalicə edilə bilməməsidir. Kim əl atmaq istəsə qapılarımızı bağlayar ona. Çünki bu yara bizim taleyimizdə deyə qəbul edirik. Bu qəbul ediş var olduqca da təkliyə möhtac olarıq.

 

Hər insan biraz yalnızdır...

 

Həyatda olub bitənlər bizdən müstəqil olaraq inkişaf edər kimi görünsə də, əslində hamısında bizim bir payımız vardır. Dəqiq mübtədası mövqeyində ikən özümüzü elə xırdalıqlarda gizləyər ki, gizli mübtədanın arxasında belə sığıntı olmağa razı qalarıq. Öz varlığımızı anlamazkən, başqa varlıqları sorğulayarıq. Kədərlənərik, amma dilə gətirmək istəmirik. Sevərik, həm də "onun üçün ölərəm" deyərcəsinə sevərik, amma əsla söyləyə bilmərik. İsyan edirik, qırar, tökər yuyar, amma əsla istədiyimizi ala bilmərik. Artıq içimizdə fırtınalar qopar, amma biz hələ də təkliyin mübtədası olmaqdan kənar gedə bilmərik.
Taleyimizin qırmızı xəttlərini bəlkə biz çəkmədik, amma o xəttləri aşmaq bizim əlimizdədir. Bəzən həyatda hər şeyi silib yeni bir başlanğıc etmək lazımdır. Amma biz həmişə bu başlanğıcları keçmişdə axtarmışıq. İçində bolca "kaş" saxlayan bir çox cümlənin yorğunluğu hələ də atılamamışdır bizdən. Amma biz başlangıçlarımızı indiki vaxtda axtarmadıqca təklik arxamızı buraxmayacaq. Buna görə artıq kaş deyil olacaq deməyin zamanıdır. İndi oturun, dərin bir nəfəs alın. Amma sevdiyinizi söyləmək, isyanınızı məntiqlə həll etmək üçün əsla "kaş ki" deməyi gözləməyin. Söyləyin sevginizi, hayqıran, eşitmək istəyən onsuz da duyacaq. Eşitməyən onsuz da sizin üçün kar olmuş deməkdir. Öz yalnızlığınızdan isə buraxın həyat onu tək buraxsın.

 

Hər insan biraz yalnızdır...

 

İndi tək qalmağın deyil, təkliyi silməyin zamanıdır...
Unutmayın ki, tək olmaq deyil tək buraxılmaq hər zaman daha pisdir.
Yalnız qalmamaq diləyiylə...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

12 İyun 2014 20:49

men tek qalmaqi yalniz qalmaqi sevmirem
--------------------
Getdim Sagolun

Night Wolf

12 Avqust 2013 01:15

menim fikrimce marali xeber idi amma mennce daha yaxsi olbiler
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Law

21 İyun 2013 22:18

indi tek qalmagin deyil,yalnizligi silmeyin zamanidir cb

БеЛосНежКа

17 May 2013 21:58

Əslində hamımız bir az yalnızıq. Kimi axtardığı eşqi tapmaq istəyərkən, kimisi də taleyinin arxasından gedərkən tək qalmışdır. Həyatda həmişə bir əskiyimiz olmuşdur, ya da qanayan bir yaramız. Müalicə edə bilmədiyimiz, üstünə düşündükcə bizi daha çox yandıran elə dayanan bir yaramız var. Bizi yalnız qılan əslində bu qanayan yaralarımızı müalicə edilə bilməməsidir. Kim əl atmaq istəsə qapılarımızı bağlayar ona. Çünki bu yara bizim taleyimizdə deyə qəbul edirik. Bu qəbul ediş var olduqca da təkliyə möhtac olarıq.

ZENDAYA

21 Aprel 2013 21:08

tenha olanda mene ele gelir yalniz ozunu fikirlesirsen basqa qaygi cekmek mecburiyyetinde de deyilsen

Mələk

21 Aprel 2013 18:47

bəzən yanında nə qədə çox adam olsa belə özünü tək hiss edə bilərsən.bəzən də tək olsan da özünü xoşbəxt sanarsan tək olmarsan

B.Nigar

21 Aprel 2013 12:23

Sonuncu cümlələrdən facebook statusu olaraq istifadə edə bilərsiniz. mocking

LOVE SEVGI

21 Aprel 2013 10:22

AXIRINCI COX MENALIDI.HEC KES TEK QALMASIN AMIN.

zizishko

21 Aprel 2013 09:15

ini tek qalmagi deyil., tekliyi silmeyin zamanidi.. cig

Ziya008

21 Aprel 2013 02:30

Teklik chox pis bir weydiki .. amma bir terefdende baxanda insan heyata tek gelir tekde gedir ..

Crisellux

21 Aprel 2013 01:16

Qargalar suru ile, qartallar YALNIZ ucar!!!! smile

ADELE

21 Aprel 2013 01:03

Təşəkkür edilmə sayı: 1
smile
--------------------
Hatasız Kul Olmaz

DonnA

20 Aprel 2013 23:49

təbiki.hər insanin danışmadığı, içində saxladığı sözləri var.hansıki onu paylaşsa tək qalar.əslində mən belə fikirləşirəm insan özü özlüyündə tək qala bilirsə o yalnız sayılmır.insana ən yaxını özüdü
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Sevinc...

20 Aprel 2013 23:49

Yalnızlıq çox pisdi heç ALLAH heç kese göstermesin amma bezen her şeyden bezirsen heyat beledi no

PeTTy

20 Aprel 2013 23:32

Olur arada ele bilirsen heç kimin yoxdu,yalnızsan,hamı atıb gedib,Allah(c.c) heç kime göstermesin!

Olur arada ele bilirsen heç kimin yoxdu,yalnızsan,hamı atıb gedib,Allah(c.c) heç kime göstermesin!

MÖMİNƏ

20 Aprel 2013 23:24

[quote][/[quote][/quote]Ümidi, dincliyi bütün həyatı boyunca axtarmışdır. Əslində məqsədi bir az sevgi görməkdir insanoğlunun. Tale cizgisi insanın həmişə sorğuladığı bir anlayış olmuşdur. Bəzən üsyan edər, bəzən də məqsədsiz olaraq sarılar bu taleyinə. Sorğulamaq istəyər, amma bacara bilməz, çünki o da bilir taleyinə yeniləcəyini.

BU SÖZLƏRDƏN SONRA NƏ YAZIM?ELƏ İFADƏ ETMİSİZKİ..........MƏN ANCAQ SUSURAM. cray

Nahid-19

20 Aprel 2013 23:09

Əsgər gedənə qədər tək qalmazdım ama artıq öyrəşmişəm..

Məni tək buraxanı Tanrı çüt etməz....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

MiSS BlaCKStaR

20 Aprel 2013 22:55

ndi tək qalmağın deyil, təkliyi silməyin zamanıdır...
Unutmayın ki, tək olmaq deyil tək buraxılmaq hər zaman daha pisdir.
Yalnız qalmamaq diləyiylə...
bu superdi...
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

_LovelY_

20 Aprel 2013 22:51

Yalnizligi sevirem eslinde <3
tekem tek buraxilmamiwam hec kimi sevmirem day ne edim ? :D
--------------------


Don't make me sad, Don't make me cry..

gunes batarken

20 Aprel 2013 22:20

men tenha deyilem sukur ALLAHA ki gozel ailem var allah hamiya gozel aile qismet elesin hec zaman tek qalmasinlar

Ask yok

20 Aprel 2013 22:09

Sitat: Mr_J☺KeR
Boş versənə tək olmaq superdi

hmm ye iç kef et

JoKeR

20 Aprel 2013 21:50

Boş versənə tək olmaq superdi

ALLAH BƏNDƏSİ

20 Aprel 2013 21:31

İndi tək qalmağın deyil, təkliyi silməyin zamanıdır...
Unutmayın ki, tək olmaq deyil tək buraxılmaq hər zaman daha pisdir.
Yalnız qalmamaq diləyiylə...

super

İndi tək qalmağın deyil, təkliyi silməyin zamanıdır...
Unutmayın ki, tək olmaq deyil tək buraxılmaq hər zaman daha pisdir.
Yalnız qalmamaq diləyiylə...

tewekkur

Eva_1

20 Aprel 2013 21:06

Tənha insanların həyatı sevmələri onların çox insanların qazana nilmədikləri uğurudur..
--------------------