Loading...
Baobab ağacı

Baobab ağacı

Loading...
Baobab ağacı


Baobab Afrikadan Avstraliyaya qədər geniş bir coğrafiyada yetişən, gövdəsi nəhəng ölçülərə çatan ağac növüdür.
Dünyada 3000 yaşına çatan nümunələri vardır. Ölkəmizdə ərazidə yetişdirilməsi, tropik bir ağac olduğu üçün mümkün deyil. Amma ev bitkisi olaraq yetişdirilə bilər. Çox uzun ömürlü bir ağacdır. Boyu 18 metr hündürlüyünə çata bilir. Gövdə ətrafı 30 metr, diametri 9 metr ölçülərindədir. Bu yumşaq və məsaməli nəhəng gövdə yarpaqlar ilə budaqlara görə sanki bir su anbarı vəzifəsini icra edir. Ağac, budaqların uclarını aşağıya doğru əydiyindən bir qübbə formasını alır. Buna görə bu ağaca "başıaşağı ağac" adı da verilmişdir. Bir çox Afrikalı, bu ağacın başıaşağı böyüdüyünə inanar.


Baobab ağacı


Bəzən, baobab ağacının ana gövdəsinin ətrafı 28 metrə qədər nəhəng ölçülərə çata bilir. Yüksəkliyi 25-30 metri belə keçə bilir. Gövdənin 50-100 mm. qalınlığında bir qabığı vardır. Bu qabıq boz qəhvəyi rəngdədir. Yarpaqlar əl böyüklüyündədir və barmağa bənzəyir 5-7 yaprakçığa bölünmüşdür. Qışda yarpaqları tökülür və bahar və ya yaz başında yenidən çıxarlar.Geniş sallanan çiçəklər diametri 200 mm.-ə çatır. Ağ rəngdə və şirin qoxuludurlar. Ağacın çiçəyi oktyabr, dekabr ayları arasında sallanan budaqların ucundakı böyük tumurcuqlardan, günortadan sonra açarlar. Çiçəklər 24 saat içində, qəhvə rəngini alıb pis bir qoxu alaraq tökülürlər. Maraqlıdır ki, tozlanma gecələr çiçək yarasaları tərəfindən həyata keçirilir.

 

Baobab ağacı

 

Baobab ağacı


Ağacın meyvələri böyük və yumurta formalıdır (120 mm.ölçüsündə) və sarımtıl qəhvəyi tüklərlə örtülüdür. Odun şəkilli xarici qabığın içində, sərt, qara, böyrək şəkilli toxumları örtən quru bir toz vardır. Bu ağımtıl tozdan, suyla qarışdırılaraq limonadı xatırladan bir içki hazırlayırlar. Bu içkidən eyni zamanda insanlarda qızdırmanı aşağı salınmasında da istifadə edilər. Meyvələri yeni yetişərkən acı olduğundan şəkər tozu əlavə edilib yeyilir.

 

Baobab ağacı


Ağacın ən dəyərli qismi isə meyvə nüvələrindən çıxarılan Baobab yağıdır. Baobab yağı, Baobab toxumlarının sıxılması ilə əldə edilir. Baobab toxumlarında sağlam bir dəri üçün lazımlı olan A, C, D, E, F vitamini və beta-karoten, amin turşuları, tartarik turşusu vardır.
Bu ağac quraq bölgələrin bitkisi olduğu üçün yavaş böyüyən bir növdür. Əsasən Afrika və Hindistanda yetişdirilən bu ağac getdikcə tükənmə təhlükəsiylə qarşı-qarşıya qalır.

 

Hazırladı: Eva_1
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Icell

24 Aprel 2013 15:01

sadece dunyaca en boyuk govdeli agac oldugunu bilirdim))

balaca_oqlan

23 Aprel 2013 07:50

MARAQLIDI OXUDUM XEBERE GORE TWEKKUR

_LovelY_

22 Aprel 2013 12:26

Bu agaci biologiyadan 6ci sinifdekecmiwdik diyesen en kok agac idi yada yo nem yadimdan cixibe
--------------------


Don't make me sad, Don't make me cry..

Səməd

21 Aprel 2013 23:03

Cox maraqli xeberdi twk

ToM RiDdle

21 Aprel 2013 21:25

Biologiyadan bildiyim qederiyle 40 adam el ele tutsa gucle daireye alirlarmiw.Ve etrafinda hec bir bitki bitmir.6 da kecmiwdim ama guclu yaddaw hesabina ... ;))
--------------------
Tural Adrian ♥

ZENDAYA

21 Aprel 2013 20:10

marqlidir ama meyvesi cox gozeldi twk

cox qeseng meyvesi var maraqlidir

Mələk

21 Aprel 2013 19:10

qəribə görünüşü var e ağacın

Starbucks

21 Aprel 2013 18:20

Həqiqətən də maraqlı ağacdır.Amma deyim ki,Sekvoya adlı bir ağac var onun haqqında oxuyun.Çox maraqlıdır ay
--------------------
Follow İnstagram: @anti_standart

Ziya008

21 Aprel 2013 17:27

Maraqli aqacdi)..

Sevinc...

21 Aprel 2013 14:57

Bu ağacın adın eşitmişdim amma elede çox melumatım yox idi çiçeklerin gözel görünüşü var xebere göre tşk

❃FloRal❃

21 Aprel 2013 13:06

Meyvesinden dadmaq isterdim
--------------------

***
❃❃❃

***

RİHANNA GİRL

21 Aprel 2013 12:44

pis agac deyil

Mr.Mansur

21 Aprel 2013 12:11

Çox maraqlı Ağacdı Meyvəsidə Xəbərə Görə Təşəkkürlər
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

B.Nigar

21 Aprel 2013 12:05

Çox maraqlı meyvəsi var.

LOVE SEVGI

21 Aprel 2013 11:37

maraglidi.

PeTTy

21 Aprel 2013 11:28

6cı sinif Atlasda görmüşdüm adını,o vaxtdan xoşum gelirdi bu ağacdan.