Loading...
21 il ötdü...

21 il ötdü...

Loading...
Soyqırımı akt nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb, 1275 nəfər əsir götürülüb

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 21 ili tamam olur.

 

21 il ötdü...

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

 

Daha ətraflı → Xocalı soyqırımı

 

21 il ötdü...


21 il ötdü...


21 il ötdü...


21 il ötdü...


21 il ötdü...


21 il ötdü...


21 il ötdü...


21 il ötdü...


21 il ötdü...


21 il ötdü...


İşğaldan 61 gün əvvəl

 

 

Qətliamın 6 dəqiqəsi

 

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

28 Fevral 2013 02:42

Crisellux,
ne istiyirsiniz yazın hamsına cavab yaza bilerem...

Crisellux

28 Fevral 2013 00:56

PeTTy,
Yazdiqlarindan sonra sene deyilecek cox sozum var, amma daha men bildiyimi bilenden sonra yazsam nolar, yazmasam nolar......

PeTTy

27 Fevral 2013 07:32

Crisellux,
menim yazıma baxın belke sözünü yazmışam yeni tam eminlikle bildirmemişem,men özü de ağzıma geleni yazmıram olanları yazmışam bizim milletin 99%nin heç yadına düşmür Qarabağ,ancaq 26 Fevral yada düşür,onda başlayırlar vetenperver olmağa,amma heç bilmirler Şuşa,Xankendi ve s ne vaxt işğal olunub,men de bilmirem,çünki ordan digergin düşenler bu tarixi bilmeyenden sonra men bilsem nolar,bilmesem nolar...

_LovelY_

27 Fevral 2013 00:22

ALLAH butun wehidlerimize rehmet elesin...
--------------------


Don't make me sad, Don't make me cry..

Crisellux

27 Fevral 2013 00:05

PeTTy,

Butun milletin adindan danismaq lazim deyil. Ola biler vetenperver insanlar cox deyil, amma il boyu bu acilarla yasayan insanlar da var. Her defe o hadiseleri gozleri onune getiren insanlar var.Cunki men ozum de Qarabagdanam ve menim qohumlarim arasinda Xocali da hele de itkin dusenler var. Her defe onlari gorende neler cekdiklerini gorurem. Ona gore de her aglina geleni yazma. Menim ucun Qarabagda Xocali da 1 gun deyil 365 gundur

♣_EmRe AyDıN_♣

26 Fevral 2013 23:13

Sitat: Radiohead
https://www.facebook.com/photo.php?fbid=165916373558750&set=a.137603516390036.31

778.133748690108852&type=1

Bunuda oxusaz lap yaxşı olar. O çox güvəndiyiviz ulu öndərivizə görə oldu bular hamısı :)

Deyirem temiz xestesende (

Leyy.

26 Fevral 2013 22:09

ozumuzun yadina bir ilden bir duwen bu qirgina Obamanin munasibet bildirmesini gozleyirdik?

Mr.HəSəN

26 Fevral 2013 21:28

21 ildir ki qarabag alib basa cixa bilmirik....

KuKulKa girl

26 Fevral 2013 21:12

ALLAH ehmet elesin olenlere, yawayanlara ise ALLAH seb versin. ermeni celladlarinda ALLAH belalarini versin. AMIN

♣YoL_Cu♣

26 Fevral 2013 20:54

Belə yarım- yamalaq millətin, evsiz eşiksiz səfil həyatı yaşayan qaçqın xalqı olan dövlətin eurovision keçirməsi, inkişafdan dəm vurmağı, nələrləsə bəns eləməyi nəyinə yaraşır? Bu qədər çətindir, kiçicik bir (dövlət belə hesab olunmaz) millətlə mübarizə aparmağı? Bu qədər çətindir,tamamlamaq Azərbaycanı? Bu gedişlə, bu fikirləNə Qarabağ, nə də ki başqa bir yer geri qayıtmaycaq, hələ sözdə vətənin keşiyini çəkməyə gedən əsgər oğullarımız bir- birini qırıb tökməkdən əl çəkə...özü ilə müharibə aparan bir millətə düşmın lazım deyil... Yerimizdə saymağa davam eliyək

--------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

gulya91

26 Fevral 2013 20:53

ALLAH REHMET ELESIN BUTUN SEHIDLERIMIZE.amma bir soz deyimki cox heyif olenin canindan.

gulnar1

26 Fevral 2013 20:50

sad ehhhhhhhhhh

Karacicek

26 Fevral 2013 20:39

ALLAH şəhidlərimizə və Xocalıda öldürülən bütün insanlara rəhmət eləsin! Amin!!!

hecne ebedi deyil

26 Fevral 2013 20:31

Radiohead,
tam raziyam heyif o wehidlereki qannari yerde qalir onnar bilseydilerki gelecekde olkeni beleleri idare edecek.... ne bilim ey vallah ne deyesenki her weyin sebebkari FIL QULAGINDA YATAN xalqdir..... onnar gozden perde atib istediklerini edirler xalqda ancaq perdenin bu birisi terefindekini gorur ve saf kimide inanir bu uje safliq deyiley AXMAQLIQDIR!!!
Allah wehid ailelerine sebr versin

m.Hesenzade,
istiyirsiniz vetenperverlik deyin isteyirsiniz bawqa bir wey men fikirlerimi hemiwe aciq aydin wekilde bildirmiwem hec vaxtda heckesden qorxmamiwam bu olkede bildiyime gore soz azadligi var!! Her kes oz sozunu deye biler uzagi diger pozulan qaydalar kimi bu qaydalarida pozacaqlar ve meni aradan goturecekler

ben ve sen

26 Fevral 2013 20:00

Biz mektebde oxuyandan bunun haqinda danisirlar ne deyim Allah rehmet eylesin eh

Mrs_DirectioneR

26 Fevral 2013 19:21

nc söz tapmıram ALLAH bəlavızı versin AMİN!!!!! ALLAH şəhidlərə rəhmət etsin!!!

ADELE

26 Fevral 2013 18:01

Allah bütün Şəhidlərimizə rəhmət eləsin..
--------------------
Hatasız Kul Olmaz

DEL PYERO

26 Fevral 2013 17:40

ALLAH REHMET ELESIN.
kimlerinse oyunlarlnln qurbanl oldu bu yazlq gunahslz millet.

Ask yok

26 Fevral 2013 16:43

Bir gün Xocalını yada salmaqnan özümüzü vətənpərvər hiss edirik..Xocalıdan veriliş gedəndə kanalı dəyişirik..Budu vətənpərvərlik?Biz özümüz öz insanlarımıza,şəhidlərimizə dəyər vermiyənnən sora başqa dövlətlərdən hörmət gözləməyimiz düzgün deyil

Diloş

26 Fevral 2013 16:01

21 il ötdü ötəcəydə...Bayramlarda o gün oldun gələn il Qarbağda keşrək və ya matəmlərdə biz gün gələcək intiqamımızı alacağıq boş-boş sözlər sərf edir millət...Dərmiri isti-isti döyərlər indiyə qədər bir şey eləmədiz sabunluğdan başqa innən belədə heç nə edə bilmərsiz.Çünki sabuluğ davam edir.Hakimiyyətə gətirdiz öndəriniz olan o insanı niyə bütün bunlara son qoysun deyə.Amma sonu nə oldu Qarabağı almaq yerinə parklara kafel aldılar.Şəhidlər xiyabanını yad edərkən vətən üçün millət üçün qan tökən şəhidlərə bircə dənə qərəfil qoyurlar onlar önündə BAŞ əymirlər amma iş o öndərinizə gələndə çoxlu güldə qoylacaq kəsiləsi o başlaq onun önüdə əyiləcək.Bax budur bizim ünsürlər!!!

M.Seyidzadeh

26 Fevral 2013 15:59

Bu zülmü insanlara yaşadanlar cəhənnəm atəşində yansınlar.Inşallah ümid edirəm ki, gələn il də 22 il ötdü deməyəcik.. !

Devilest_Love

26 Fevral 2013 14:06

Sitat: PeTTy
Burda bezileriniz yazırsınız aaa vetenperverlik,26 fevral,Xocalı ancaq bu gün yada düşür,qalan günler unudulur,belke bunu yazanlar siz de elesiniz,bu bir neçemizin problemi deyil,bütün milletimizin problemidi,mende de eledi sizin kimi yalandan yazmayacam ki her gün yadıma düşür,düşmür inanın heç kimin de yadına düşmür ve o facieni gören o nesil de ölüb gedenden sonra heç kimin de yadında düşmeyecek,belke de meni qınayacaqsınız,amma inanın vecime deyil,sadece heqiqetleri yazdım...



Duzdur men de her gun yadima salmiram, amma bezileri var ki yalniz bele gunlerde vetenperverlik hissi yaranir. Amma bu gun sozlerimi geri aliram cunki men demiwdim ki bele gunler yadlarina duwur bezilerinin wehidlerimiz sen deme hec yadlarina duwmeyenler var imiw bu gun mektebde ders kecen mellimlerden hec biri Xocali haqqinda daniwmadi here oz derdinde idi 1 deqiqelik sukut da etmedik. Sag olsun kostitusiya muellimimiz hemiwe daniwir bize o daniwdi. Yoxsa hami gelib meni bayramla tebrik edir matem oldugu halda. Neem ewi. Menim sozlerim her kese aid deyil.

Sitat: Eva_1
İcitmaiden basqa
İctimai her gun gosterir Xocaliyla bağli sujet

Mələk

26 Fevral 2013 14:01

Sitat: _Bella_
Allah Şəhidlərə rəhmət,ermənilərə lənət eləsin !

A M İ N ! ! !

Sitat: Eva_1
ctimai her gun gosterir Xocaliyla bağli sujet

HƏ DÜZDÜ ONU UNUTMUŞAM SORRY

_Bella_

26 Fevral 2013 13:43

Allah Şəhidlərə rəhmət,ermənilərə lənət eləsin !
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

İlkay

26 Fevral 2013 12:49

Ne demek olar Allah her birine Rehmet etsin yerleri nurla dolsun..

Kristina

26 Fevral 2013 12:40

XOCALI SOYQIRIMINDA OLENLERE ALLAH REHMET ELESIN ERMENILERINDE ALLAH CEZASINI VERSIN

A_K

26 Fevral 2013 12:18

Allah verir omsuzda cezalarini.Hamsi qacir ermenistannan.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Eva_1

26 Fevral 2013 11:51

İcitmaiden basqa
İctimai her gun gosterir Xocaliyla bağli sujet
--------------------

Mələk

26 Fevral 2013 11:42

Sitat: PeTTy
Burda bezileriniz yazırsınız aaa vetenperverlik,26 fevral,Xocalı ancaq bu gün yada düşür,qalan günler unudulur,belke bunu yazanlar siz de elesiniz,bu bir neçemizin problemi deyil,bütün milletimizin problemidi,mende de eledi sizin kimi yalandan yazmayacam ki her gün yadıma düşür,düşmür inanın heç kimin de yadına düşmür

bəli tam razıyam.çoxu inkar etsə də hamımız beləyik.adi bir təqvimdə heç bir tv kanallarda,saytlarda bu haqda xəbərlər qoyulmur.ancaq 26 fevral 20 yanvar belə gunlərdə yada salırlar.təqvimin hər bir gunundə insanlara xatırlatmaq lazımdı bu acını

Radiohead

26 Fevral 2013 10:55

https://www.facebook.com/photo.php?fbid=165916373558750&set=a.137603516390036.31
778.133748690108852&type=1


Bunuda oxusaz lap yaxşı olar. O çox güvəndiyiviz ulu öndərivizə görə oldu bular hamısı :)
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz