Loading...

Bu gün dahi şəxsiyyət ulu öndər Məmməd Əmin Rəsulzadənin doğum günüdür
Əsas bölmə
- 31 Yanvar, 2012
- 4 841 Baxış
Loading...
Bu gün Azərbaycan Cumhuriyyətinin ilk dövlət başçısı , Azərbaycan türk xalqının əsil qurtarıcısı və Öndəri unudulan və ya unutdurulan ama hər zaman heykəlləri parklarda yox əsil vətənpərvə ürəklərdə ucalan dahi şəxsiyyət , dəyərli dovlət xadimi tarixçi türkçü Şərqdə və bütün Türk dünyasında ilk demokratik cumhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Onun Azərbaycan xalqına tarixinə nələr bəxş etdiyini rus və erməni zülmündən qırğınlarından hansı çətin şəraitdə maddi vəsait olmadan necə cumhutiyyət qurmasını sözlərlə ifadə etmək mümkünsüzdür . Onun həyatından siyasi və bədii fəaliyyətindən nə qədə istəsən yazmaq olar lakin bunun haqqında bir o qədər də əsərlər var məncə hər bir Azərvaycan vətəndaşının ən azı Azərbaycan adlı dövlətin var olmasını bu gün üçün real edən bu düha adam haqqında oxuması özünün bir şərəf borcudur. Yəni bu bizim əslində “çiyinlərimizin borcudur”! Unudulan və ya unutdurulan əslində layiq oladuğu dəyərin milyonda birini belə bu gün görməyən bu şəxsiyyət üçün bu gün nəsə yazmaq əslində bizim sadəcə kiçik bir şərəf borcumuzdur . Onun haqqında heç səhivələrcə yekə yekə qırmızı haşıyələr və dəbdəbəli cümlələr və ya bolluca təriflərlə dolu bir məqalə yazmağa belə ehtiyac yoxdur heç bu bizim həddimizə belə deyil çünki onun qoymətini və dəyərini Tarix verib artıq! Sadəcə biz bu böyük şəxsiyyət Ulu Öndərin qarşısında baş əyir ona bizə miras qoyduğu və heç vaxt enməyəcək üç rəngli bayraq , əbədi himn və bizi məhv olmaqdan qurtaran Azərbaycan Dövləti üçün sonsuz bitməz tükənməz minnətdarlığımızı bildirirk . Nə yaxşı ki Rusya çar zülmündə əzilən məhv olan öz milli kimliyi unutdurulan bu yazıq müsəlmanlara ( o vaxtı Azərbaycan türkləri öz milli kimliyini unutdururdular onlara ümumi olaraq müsəlmanlar deyilirdi və Azərbaycan maarifçilik hərakatı və milli azadlıq hərakatı başlamayana qədər bu xalqın əksəriyyəti türk olduğunu anlamırdı )Tanrı sizin kimi bir şəxsiyyət bəxş etdi . Nə yaxşıkı siz Azərbyacan xalqının həyatına mənəviyyatına və bütün tarixinə ir əbədiyyət günəşı kimi doğdunuz . Məhəmməd Əmin Rəsulzadə bu üç rəngli bayraq enməyincə və Azərbaycan respublikası məhv olmayınca heç vaxt ölməyəcəkdir !
SƏN BIZIMSƏN, BIZIMSƏN,
DURDUQCA BƏDƏNDƏ CAN...
YASA, YASA ÇOX YASA,
EY SANLI AZƏRBAYCAN..!
Haşıyə : Ən acınacaqlısı isə onun qəbri hələdə Vətəndən uzaqdadır. Ruhu isə Azərbaycan həsrətilə Ankarada uyuyur. Deyəsən bu nankor vətən heç bu dahi şəxsiyyətin sümüklərinə belə sahib ola bilməyəcək !




SƏN BIZIMSƏN, BIZIMSƏN,
DURDUQCA BƏDƏNDƏ CAN...
YASA, YASA ÇOX YASA,
EY SANLI AZƏRBAYCAN..!
Haşıyə : Ən acınacaqlısı isə onun qəbri hələdə Vətəndən uzaqdadır. Ruhu isə Azərbaycan həsrətilə Ankarada uyuyur. Deyəsən bu nankor vətən heç bu dahi şəxsiyyətin sümüklərinə belə sahib ola bilməyəcək !






Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...