Loading...
Qurban Bayramınız Mübarək!

Qurban Bayramınız Mübarək!

Loading...
Qurban Bayramınız Mübarək!

Qurban Bayramı haqqında

Qurban Bayramı - Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Qurban Bayramının tarixi - Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.
İbrahim Peyğəmbərin oğlunu Allaha qurban etmək istəməsi

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.

Qurban Bayramı Azərbaycanda - Üç səmavi dinin - Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var.

Qurban bayramı islam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

Müqəddəs Quranda Qurban bayramı barədə - "Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".

İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.

Şərtləri - İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə. (Vikipediya)


Qurban Bayramınız Mübarək!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

DReaM

16 Noyabr 2010 23:45

cumleden bayraminiz mubarek ALLAH butun dualirinizi qebul etsin rose

Vamp

16 Noyabr 2010 21:46

Men de butun tebriklere qosuluram)
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Ronnie_7

16 Noyabr 2010 21:28

Məndə öz adımnan Joy.Azlıları və bütün dünya müsəlmanlıları təbrik edirəm..
Qurbanınız qoyun olsun..Allah qurban kəsənlərində qurbanını qəbul eləsin...
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

_Zac_Efron_

16 Noyabr 2010 20:57

Muqeddes Qurban Bayraminiz mubarek.Qoy etdiyiniz dualar kesilen qurbanlar kimi ALLAH terefinden qebul olunsun.AMIN.
--------------------
Лучше умереть стоя, чем жить на коленях

D-e-V-i-L

16 Noyabr 2010 20:43

4ox sagol seninde bayramin mubarek

kissed_a_girl

16 Noyabr 2010 19:55

Hər zaman, hər günümüz belə müqəddəs və dəyərli olsun. İnşallah!

Arzu

16 Noyabr 2010 19:34

Bütün müsəlmanları təbrik edirəm eviniz ruzulu süfrəniz bərəkətli olsun AMİN

witch_ifi

16 Noyabr 2010 19:34

Bayraminiz Mubarek:)

BakıLıLaR

16 Noyabr 2010 19:19

Mende butun Musulmanlari tebrik edirem !

Jovy

16 Noyabr 2010 19:17

Qurban bayramıniz mubarek

ChocoLatte

16 Noyabr 2010 19:12

Butun muselmanlarin bayramini tebrik edirem...Nece bele gozel bayramlara...

MASTER-SAN

16 Noyabr 2010 18:45

Qurban Bayraminiz Mubarek ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Angel01

16 Noyabr 2010 18:25

Tebrikler hamini bayram munasibeti ile

ASLAN_CABARLI

16 Noyabr 2010 17:40

butun muselmanlari tebrik edirem

10-suz

16 Noyabr 2010 16:56

bayraminiz mubarek

__lovely__

16 Noyabr 2010 15:52

Xalqımın müqəddəs bayramını təbrik edirəm...

Xəyalpərəst

16 Noyabr 2010 15:23

Qurban bayramınız mübarək, bütün Joy.Az! Bütün xalqımı, bütün türk xalqlarını, bütün müsəlmanları bu müqəddəs bayram münasibətilə təbrik edirəm!

User of Joyaz

16 Noyabr 2010 14:24

Mende her kesi tebrik edirem!

ibo_saz

16 Noyabr 2010 13:19

HAMINIZINI Qurban bayrami munasibeti ile tebrik eliyirem... evinizden ruzi bereket eksik olmasin..! aze lovejoy

Baliq

16 Noyabr 2010 13:16

Bütün Müsəlmanların Qurban Bayramı Mübarək Hər kəsin Qurbanı qəbul olunsun

Mamedovich

16 Noyabr 2010 12:44

Bütün Müsəlman xalqının Bayramı mübarəkdi!

MR.QARRI

16 Noyabr 2010 12:42

JOY.AZ-lılar BAYRAMINIZ MÜBARƏK..................

İrmak

16 Noyabr 2010 12:23

Bütün Azərbaycanın Qurban bayramın təbrik edirəm.!

--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

BLaCKSTaRIN

16 Noyabr 2010 11:44

haminin bayramini tebrik edirem..nece bele bayramlara

music_is_my_world

16 Noyabr 2010 11:12

Hamının Qurban bayramını təbrik edirəm...

SabishKa

16 Noyabr 2010 11:02

Qurban Bayramınız Mübarək!

Hitch

16 Noyabr 2010 10:44

Qurban bayramınız mübarək.

Kewha

16 Noyabr 2010 10:36

Butun Azrbaycanda ve Xaricda yawayan muselmanlarin bagramin tebrik edirem..........
Joy.azlilarinda..........

VaMPirka

16 Noyabr 2010 09:54

Qurban bayrami munasibetiyle sizi tebrik edirem !!!!!!!!!!!!!

LeiLa

16 Noyabr 2010 09:38

Qurban bayramınız mübarək inşalllah bu bayram gözəl keçər hamımız üçün!
--------------------
Одно из самых обычных заблуждений состоит в том, чтобы считать людей добрыми, злыми, глупыми,
умными. Человек течет, и в нем есть все возможности: был глуп - стал умен, был зол - стал добр,
и наоборот. В этом величие человека. И из-за этого нельзя судить человека... Ты осудил, а он уже
другой.