
Cristiano Ronaldo haqqında yeni xəbərlər
- 26 Noyabr, 2012
- 18 052 Baxış
İspan nəhəngi Real Madriddə forma geyinən və keçdiyimiz aylarda bu komandada xoşbəxt olmadığını söyləyən Cristiano Ronaldo, futbol formasındakı R.Madrid emblemini forma nömrəsiylə bağlayaraq, diqqət çəkən bir hərəkətə imza atdı.
İspaniyada Real Madrid forması geyən dünyaca məşhur ulduz futbolçu Cristiano Ronaldonun son etdiyi hərəkət çox müzakirə ediləcəyinə bənzəyir. Keçdiyimiz aylarda R.Madriddə bədbəxt olduğunu açıqlayan və bunun səbəbini R. Madridin rəhbərliyində görən Ronaldo haqqında o zamandan bəri bir çox şayələr çıxmışdı.
AS qəzetində yayılan xəbərə görə, qabiliyyətli oyunçu bu səfər formasındakı R. Madrid emblemini forma nömrəsi olan 7 rəqəmiylə bağlayaraq, kluba mesaj verdi.
Maaşından məmnun olmadığı və komandadan ayrılmaq istədiyi danışılan Portuqaliyalı ulduz, bu səfər də komanda Athletic Bilbao matçı əvvəlində otelə girdiyi sırada çəkilən şəkil müzakirələri yaxşıca alovlandırdı.
Ronaldonun, eşofmanının üstündə olan R.Madrid emblemini, forma nömrəsi olan 7 ilə bağlayaraq, komandaya "mən daha böyüyəm" mesajı vermək istədiyi iddia edildi.






Dünyanın ən yaxşı futbolçularından biri olan Cristiano Ronaldo xeyriyyəçiliyiylə Ərəb dünyasının simpatiyasını qazandı. Ronaldo, Fələstinli uşaqlar üçün əhəmiyyətli bir addım atdı. Portuqaliyalı ulduz 2011-ci ildə qazandığı qızıl ayaqqabını açıq artırmaqla satışa çıxardı. Bu açıq artırmadan 1,5 milyon Avro gəlir əldə edilərkən, rəqəmin hamısı Real Madridin xeyr işlərinə xərcləmək üzrə qurduğu fonda təhvil verildi. Bu pulla Qəzzədəki uşaqlar üçün məktəb tikilməsi planlanır. Real Madridin bu fondla 66 ölkədə 167 məktəbin tikilməsinin köməkçi olduğu öyrənildi.


