
Magazine news
- 19 Noyabr, 2012
- 3 000 Baxış
TUBA BÜYÜKÜSTÜNDƏN BÖYÜK MÜVƏFFƏQİYYƏT
Pərəstişkarları tərəfindən həsrətlə gözlənilən Tuba Büyüküstünün yeni serialının fragmanı daha ilk gündən rekordları qırdı.
Baş rollarında Tuba Büyüküstün və İlker Aksumun iştirak etdiyi, hekayəsini Qaçış Planı (The Next Three Days) filmindən alan "20 Dəqiqə" ilk fragmanı tamaşaçılara təqdim edildi.
Gözəl aktrisanın baş rolunda oynadığı serialın fragmanı bir saatda 500 minə yaxın baxışa çatdı.
Bir müddətdir ekranlardan uzaq qalan Tuba Büyüküstünün serialının istənilən reytinqə çatıb çatmayacağını isə böyük maraqla gözlənilir.



Armağan Çağlayan, Bergüzar Korelın aktrisalığına sərt bir dillə tənqid etdi.
Armağan Çağlayan, 'Karadyı' serialında Kenan İmirzalıoğlu ilə baş rolu paylaşan və 'Hakime Feride' xarakterinə həyat verən Bergüzar Korel 'i sərt bir dillə tənqid etdi.
Bergüzar Korelın aktrisa olmadığını söyləyən Armağan Çağlayan, Twitter səhifəsinə "Bergüzar Korel 'aktrisa' deyənin ürəyini qıraram. Söyləyim də kimsə qırılmasın!" qeyd etdi.




Ən çox danışılan adlardan olan Paris Hiltonun Məkkədə mağaza açması ortalığı qarışdırdı..
Hilton otellərinin varislərindən olan Paris Hiltonun Səudiyyə Ərəbistanının Məkkə şəhərində açdığı çanta və aksesuar mağazası ictimai mediada müzakirələrə səbəb oldu.
Amerikan maqazin dünyasının məşhur adı Hilton, əvvəlki gün atdığı tweetdə 'Məkkədə yeni açılan mağazamı sevəcəksiniz!' deyərək yeni şöbəsinin təqdimatını etmiş və bir də mağazanın şəkilini paylaşmışdı. Ancaq ictimai mediada bir istifadəçi 'Əylənirsənmi körpə!' deyərkən, bir başqa istifadəçi isə 'porno ulduzu' deyə xarakterizə etdiyi Hiltona Məkkədə mağaza açma icazəsni verən Səudiyyə səlahiyyətliləri qınadı.
HİLTON: SƏUDİYYƏ ƏRƏBİSTAN-da 5-ci MAĞAZAMDIR
Partiya Hilton isə "Bu Səudiyyə ərəbistanıdakı 5-ci mağazamdır. Hamısı birlikdə 42 mağaza edir. Markamı daha da böyütdüyüm üçün qürur duyuram" tweetini atdı.





