Loading...

Aygün Kazımovanın qızı nişanlandı
Magazin
- 08 Oktyabr, 2012
- 15 146 Baxış
Loading...

Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın nişanlanması haqda xəbərlər dolaşır. Facebook sosial şəbəkəsində Aygün Kazımova adına açılan rəsmi səhifələrdə xalq artistinin qızına təbriklər ünvanlanır.
Sənətçinin prodüseri Tolik (Tarix Əliyev) SİA-ya açıqlama verərək yayılan xəbəri təkzib edib: “Nə nişanlanmaq? Bu insanlar nə danışırlar? Dünən İlqarənin nişanı yox, ad günü idi. Nişan barədə söhbət belə yoxdur. Bunlar hamısı yalandır”.
Tolik onu da əlavə etdi ki, Aygün xanım qızının ad gününü ancaq ailə içində qeyd edib: “Aygün xanım səfərdən dünən dönüb və o an da qızını təbrik etməyə tələsib. Bu il ad günü keçirmədik. Aygün xanım və qızı İlqarə ailə içində qeyd etdilər”.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...