Loading...
Şou-Biznes Xəbərləri

Şou-Biznes Xəbərləri

Loading...
Şou-Biznes Xəbərləri

Yalçın Rzazadə: "Elariz sözün həqiqi mənasında sənətkardır

Xaql artisit Yalçın Rzazadə müğənni Elarizə dəstək cıxıb. Yalçın Rzazadə bu qərara məclislərin birində Elarizin canlı ifasını dinlədikdən sonra gəldiyini söyləyib: "Elariz sözün həqiqi mənasında sənətkardır. Onun özünəməxsus ifa tərzi, ampluası var. Ola bilər ki, kimlərsə onun ifasını bəyənməsin. Amma mən bir sənətkar kimi etiraf edirəm ki, Elariz gözəl oxuyur. Bundan başqa, bəzi sinəsinə döyən tanınmış müğənnilərdən fərqli olaraq, Elarizin canlı ifası da təmiz və səliqəlidir. Elə müğənnilərimiz var ki, fonoqramla səsi gözəl səslənir. Ancaq canlı oxuyanda, adamı dəhşət bürüyür. Sanki fonoqramdakı gözəl səs onlara məxsus deyil. Ancaq Elarizdə belə deyil. Üstəlik də Elariz bir çoxlarından fərqli olaraq saatlarla canlı oxuya bilir ”

Xalq artisti tərəfindən haqqında bu cür yüksək fikirlər eşidən Elariz isə öz növbəsində böyük sənətkara minnətdarlıq edib.

“Yalçın Rzazadə əvəzolunmaz sənətkardır. O, Azərbaycan estradasının təməlini qoymuş sənətkarlarımızdandır. Belə bir şəxsiyyətin haqqımda bu cür yüksək fikirlər söyləməsi mənim üçün böyük şərəf və fəxrdir. Yaxşı ki, səhnəmizdə bu cür sənətkarlar var”, - deyə o vurğulayıb.

Şou-Biznes Xəbərləri

Müğənni Elnur: "Sevdiyim insanı hələ tapmamışam..."

Mətbuatda müğənni Elnurun mart ayında evlənəcəyi ilə bağlı xəbərlər yayılsa da, ifaçının özü bunların həqiqətə uyğun olmadığını deyib. Mətbuata açıqlama verən Elnur bu cür şayiələrə öyrəncəli olduğunu bildirib.

“Toy barədə xəbəri mən də eşitmişəm. Amma mart ayında heç bir toy olmayacaq. Bu cür şayiələrə artıq öyrəncəliyəm. Bir də görürsən ki, məni kimləsə evləndirirlər, sonra da boşadırlar", - deyə müğənni bildirib.

Bununla belə Elnur evlənmək niyyətini də gizlətməyib: "Evlənmək fikrim var, lakin bu, yaxın tarixdə olmayacaq. Çünki sevdiyim insanı hələ tapmamışam. Ailə elə bir şeydir ki, onunla zarafat etmək olmaz. Düzdür, bəzi həmkarlarım bunu reklam xatirinə edir. Amma mən ailə qursam, özümə həqiqi toy edəcəyəm, yalançı yox".

Şou-Biznes Xəbərləri

Nüşabə Ələsgərli özünü qoruyur..

Müğənni Nüşabə Aləsgərli özünü "donuz qripi"ndən qorumaq üçün maska alıb. İfaçı onu xarici səfərə getdiyi zaman taxdığını söyləyib.

"İstənilən insanla görüşdə o sənə əl verib görüşür və ya öpüşür. Mən hamını gigiyena qaydalarına əməl etməyə səsləyirəm. Mən xarici ölkəyə gedəndə özümlə maska götürdüm. Dünyanın bir çox ölkələrində bu virusdan insanlar ölür. Ona görə də biz ehtiyat etməliyik. Bununla zarafat etmək olmaz. Maska Azərbaycanın bütün apteklərində satılır. Elə də bahalı deyil", - deyə o vurğulayıb.

Şou-Biznes Xəbərləri

Manana qızının ad gününü keçirməyəcək

Manana qızı Yelizaveta üçün ad günü keçirməyəcək. Bu barədə mügənninin prodüsseri məlumat verib. Gürcü müğənnisi qızının ad gününü əvvəlcə təntənəli keçirməyi düşünsə də, sonradan fikrindən daşınıb. Sənətçi dekabrın 10-da qızının 1 yaşını öz yaxınları və Gürcüstandan gələn qohumları ilə qeyd edəcək.

Onu da qeyd edək ki, müğənni keçən il qızının anadan olması münasibəti ilə möhtəşəm bir tədbir keçirmişdi.

Anspress
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nilay

18 Dekabr 2010 16:20

yeriyox

UKA

6 Noyabr 2009 22:53

Maraqli deyil...

guiza96

6 Noyabr 2009 20:00

tesekkurler xebere gore

KeNaN T.T.

6 Noyabr 2009 19:40

winked

DeadDoll

6 Noyabr 2009 18:16

hmm twk! fellow

_axmedov_

6 Noyabr 2009 18:08

yerivar
--------------------
26 10 1992

Nifret

6 Noyabr 2009 18:06

şou bizness?
orxancheg off

EHLIKEF

6 Noyabr 2009 17:16

Maraqlanmiram milli shou biznesten

Suliko

6 Noyabr 2009 16:27

Elarizin apardigi bir cox toylarda iwtirak etmiwem ve heqiqeten de toylari cox gozel aparir,canli ifasi da eladir...Manani ve qizini tez-tez gorurem mehlede,qonwumuzdu ) Cox wirin bir qizi var..!
Xeberler ucun tewekkur
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

LARACROFT

6 Noyabr 2009 15:11

Bizim şou-biznes mənə maraqlı deyil.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Elif_87

6 Noyabr 2009 12:50

Hmm..tşk xəbərə görə...